Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əməliyyat olunub.
Zamantv.az xəbər verir ki, aktrisanın vəziyyəti yaxşıdır. Bu haqda şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əməliyyat uğurla keçib:
"İndi həkimindən soruşdum, dedi, reanimasiyadadır. Əməliyyat yaxşı keçib. Panikaya gərək yoxdur. Sabah görüşünə icazə aldım. Xəstəlik uşaqlıq boynunda olan kiçik eroziyadan başlayıb. Sonra Tünzalə mədə kiçiltmə əməliyyatı keçirib ki, arıqlasın. Yeməyi azalıb, immuniteti aşağı düşüb və xəstəlik sürətlənib".
Zamantv.az