Vaqif Abdullayev yol üstünədir? - Oqtay Şirəliyev Beyləqanın kurasiyasına iddia edir

17:30 31.07.2018 733
Vaqif Abdullayev yol üstünədir? - Oqtay Şirəliyev Beyləqanın kurasiyasına iddia edir


İş adamı Qəhrəman Qəhrəmanov Səhiyyə nazirinin köməkliyi ilə icra başçısı olmaq istəyir. Bunun üçün də Qəhrəmanov iş adamlarını Vaqif Abdullayevə qarşı qışqırdır...

Vaqif Abdullayev rayon sahibkarlarını “aylıq xərac”la boğaza yığıb. Beyləqandan PİA.az-a daxil olan məlumata görə icra başçısının son aylar sahibkar və iş adamlarına qarşı təzyiqləri daha da artıb. Bu isə təbii ki, əhalinin aparıcı sinfi olan iş adamlarını, orta və xırda sahibkarları hakimiyyətdən incik salmaqdadır. Bu barədə PİA.az-a ünvanladıqları şikayət məktubunda bir neçə orta sahibkar bildirilir ki, Vaqif Abdullayev tərəfindən tərəfindən iş adamlarına qarşı edilən təzyiqlərin əsas səbəbi onlardan hər ay yığılan qanunsuz “xərac”dır ki, Vaqif Abdullayev hər ay bu “xərac”ları artıqmaqla rayonda narazılığı daha da böyüdür..

Şikayətçilərin bildirdiyinə görə icra başçısı Beyləqan şəhərinin mərkəzində inşa etdirdiyi muzey və icra hakimiyyətinin qarşısının təmiri adı altında, ya da ayrı-ayrı yerlərin inşa və təmir olunması bəhanəs ilə iş adamllarından dayanmadan pul yığır. Vaqif Abdullayevin sahibkarları incitməsi isə artıq onların səbrini daşırıb və bu üzdəndə onlar problemi ictimailəşdirərk ölkə rəhbərinin diqqətinə çatdırmaqdan başqa yol görə bilmirlər.

Hal-hazıırda rayonda icra başçısı ilə sahibkarların arasında qarşıdurma o həddə çatıb ki, sahibkarlar birləşərək Vaqif Abdullayevin vəzifədən alınması üçün əlbirliyi ilə çalışırlar. Qeyd edək ki, daxil olan şikayəti araşdırdığımız zaman maraqlı vəziyyətlə üzləşdik. Məlum oldu ki, orta və xırda sahibkarlar Vaqif Abdullayevi yola salmaq üçün birləşiblər. Beyləqanda bir neçə mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, icra başçısına qarşı birləşən sahibkarlar yaxın vaxtlarda Vaqif Abdullayevlə bağlı ölkə rəhbərliyinə müraciət edəcəklər.

Oktay Şirəliyev Ziya Məmmədovun və Fazil Məmmədovun vəzifədən alınmasından sonra bir neçə rayonun kurasiyasını ələ keçirmək istəyir.
Qəribədir ki, narazı sahibkarların başında isə Səhiyyə naziri Oktay Şirəliyevin yaxın adamı kimi tanınan, rayonda mal-qara bazarının sahibi Qəhrəman Qəhrəmanovun dayandığı bildirilir. Rayonda gəzən söz-söhbətdəndən də belə çıxır ki, yaxın həftələrdə Vaqif Abdullayevin vəzifəsindən çıxarılacağı və onun yerinə Qəhrəman Qəhrəmanovun təyin edilməsi ehtimalları böyükdür. Belə ki, rayonda gəzən şayiələrə görə bu məsələyə Səhiyyə naziri Oktay Şirəliyevin qarışıb və nazirin adı çəkilən iş adamıına ciddi dəstək verdiyi bildirilir.

Qəhrəman Qəhrəmanova yaxın olan başqa bir mənbə isə PİA.az-a bildirib ki, Beyləqanda Oktay Şirəliyevin yaxın adamı kimi tanınan Qəhrəman Qəhrəmanovun Beyləqana icra başçısı təyin olunması ehtimalı doğurdan var. İstisna olunmur ki, Oktay Şirəliyev Ziya Məmmədovun və Fazil Məmmədovun vəzifədən alınmasından sonra bir neçə rayonun kurasiyasını ələ keçirmək istəyir.

Qeyd edək ki, Beyləqan icra başçısı Vaqif Abdullayev ölkə mətbuatında adı ən çox mənfi obrazlarda çəkilən şəxslərdən biridir. Həmçinin başçının rayonda qazandığı imic də artıq hakimiyyətin imicinə ziyan vurmaqdadır. Bu üzdən də yaxın həftələrdə Vaqif Abdullayevin vəzifədən alınmasını istisna etmək olmaz.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.(Pia.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ