Fuad Muradovun 100 günlük “salnaməsi” və “vəd olunan torpaqlar” - ciddi bir irəliləyişin olmadığı da görünür

11:15 31.07.2018 518
Fuad Muradovun 100 günlük “salnaməsi” və “vəd olunan torpaqlar” - ciddi bir irəliləyişin olmadığı da görünür

Son prezident seçkilərindən sonrakı təyinatlardan üç aydan çox vaxt keçir və bu müddətdə mediada adı daha çox hallanan yeni təyinat almış yüksək çinli məmurlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur. Düzdür haqqında yazılan neqativ yazılarla medida Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yeni şefi Sahil Babayevdir. Necə deyərlər Sahil Babayev elə ilk gündən mətbuatın hədəfindədir və bu belə də davam edir.

Fuad Muradov isə ötən 100 gün ərzində daha çox piar kampaniyaları ilə diqqəti cəlb edib. Gah baş redaktorlar üçün verdiyi qonaqlıqlardan, gah dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları rəhbrələri ilə görüşlərindən çəkdirdiyi şəkillərlə yerli KİV-lərin bəzəyinə çevrilmiş gənc diaspor şefinin fəliyyəti ilk baxışdan müsbət təəssürat doğurur. Lakin fəaliyyəti diqqətlə izləyənlər üçün ciddi bir irəliləyişin olmadığı da görünür.

Əslində baş verənlər Fuad Muradovun şəxsi PR-na işləyən görüntülərdən başqa bir şey deyil. Başa düşürük ki, disaporla iş sahəsində elə bir bərbad durum var ki, bu vəziyyəti düzəltmək üçün illər lazım gələcək. Amma yeni sədrin bu vəziyyəti düzəltmək üçün “yol xəritəsi” yoxdur. Əgər olsaydı, ermənilərə “xox” gələn populist bəyanatlardansa, bu fəəliyyət xəritəsini təqdim edərdi. Etməyib, çünki yoxdur.

Amma buna baxmayaraq Fuad Muradov hər yerdə “yeni strategiyadan” danışır. APA-nın Rusiya bürosuna verdiyi açıqlamada “Bizim diaspor məsələri ilə bağlı strateji istiqamətimiz olmalıdır. Bu istiqamət təkcə Rusiyadakı deyil, digər ölkələrdəki diaspor təşkilatlarımızın da yaşadıqları ölkə ilə Azərbaycan arasında körpü rolunu oynamasından ibarətdir”, deyən Fuad Muradov bu istiqamətlərin konkret olaraq nədən ibarət olduğunu hələ də bəyan etməyib. Bildiyimizə görə Fuad Muradov diaspor təşkilatların nümayəndələri və jurnalistlərlə görüşlərdə də tez-tez “yeni strategiya” ifadəsini işlədir.

Əslində yeni strateji istiqamətə heç ehtiyac da yoxdur və axtarmağa da dəyməz. Çünki bu istiqamətlər hələ 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərmanında müəyyən edilmişdi. Həmin fərmanda diasporla işin strateji istiqamətləri çox açıq və konkret şəkildə müəyyən edilmişdi.

Belə görünür, F. Muradov özünü diaspor işinin bilicisi sayaraq xaricdə yaşayan soydaşlarımzla yeni strateji istiqamətlərə ehtiyacın olduğunu düşünür. Lakin həmin yenilik barədə hələ ki, bir kəlmə də danışmır. Danışdqıları isə H. Əliyevin zamanında müəyyənləşdirdiyi konsepsiyadan kənara çıxmır. Elə isə hansı yenilikdən söhbət gedir?

Əslində yeni strategiyaya yox, diasporla işin təşkilinin taktiki hədəflərini müəyyən edən konspetual bir sənədə - “yol xəritəsi”nə ehtiyac var. Cənab Muradovun cızdığı “xəritə” isə özündə kor-koranə, konseptual yanaşmadan uzaq görüşləri, yeyib-içmək məclislərini ehtiva edir. Fuad Muradovun həm media, həm disapor təşkilatlarının rəhbərləri ilə görüşlərinin sonuclarına baxsaq, zəngin yeyib-içmək məclislərindən çox da fərqlənmir. Hamı toplanır, bir-birinin üzünə tərif deyilir, badələr toqquşdurulur, səhərisi gün isə heç nəyin dəyişmədiyi, hər şeyin köhnə qaydada davam etdiyi bəlli olur.

Məsələn, yeni sədr Ukraynada diaspor təşkilatları ilə görüşəndən, daha doğrusu, yeyib-içəndən sonra belə məlumat yayıldı ki, Fuad Muradov dost ölkədəki həmin təşkilatları barışdırıb. Ancaq Ukraynda yaşayan soydaşlarımız bildirirlər ki, hazırda vəziyyət əvvəlkindən fərqlənmir: Diaspor təşkilatlarının rəhbərlərinin biri digərinə tabe olmaq, koordinasıyalı fəaliyyət göstərmək fikrində deyillər. Ukraynadakı həmyerlilərimizdən biri Fuad Muradovun Ukrayna səfəri haqqında bir qədər ritorik danışıb: “Fuad Muradov gəldi, diaspor təşkilatlarının rəhbərləri ilə deyib- güldü, “öz müdrik məsləhətlərni” verdi, məclisdən sonra hamı evinə dağlışdı, vəssalam... Yenə də “Köhnə hamam, köhə tas””, deyə Ukraynadan olan diaspor nümayəndəsi MilliYol-a bildirib.

Təşkilat rəhbərləri ölkə və millət xatirinə bir-birinə güzəştə getmək fikrində deyillər, biri digərini haqsız sayır. Bəs Fuad Muradov nədən belə tələskənlik etsin?

Xatırladaq ki, təqribən iki həftə əvvəl Ukraynaya səfər edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədir Fuad Muradovun uzun illər boyu yola getməyən iki diaspor nüməyəndəsini, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevlə Ukrayna Azərbaycancılıların Birləşmiş Təşkilatının sədri Hikmət Cavadovu barışdırması haqqında məlumat yayılıb. Lakin Ukraynadan olan həmyerlimiz MilliYol-a bildirib ki, bu barışıq formal xarakter daşıyır və tərəflər arasında heç bir əməkdaşlıq perespektivləri görünmür.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin apreldən üzü bəri fəaliyyətinə diqqət yetirsək, görərik ki, sözügedən sahədə heç bir ciddi irəliləyiş yoxdur, lakin mediada Fuad Muradovun çoxlu görüş şəkilləri və adının saysız zikr olunduğu məlumatlar var.

Əcəba, cənab Muradov bu görəvə komitə üzərindən öz PR-ı ilə məşğul olmaq üçün təyin olunmuşdumu? Komitə onun şəxsi QHT-sidirmi? Bizcə yox!
Mənbə: MilliYol.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY