"Qarabağ "tonqal"ı Rusiyanın özünü də yandıracaq" – Rusiyalı ekspert

18:00 26.07.2018 527
"Qarabağ "tonqal"ı Rusiyanın özünü də yandıracaq" – Rusiyalı ekspert

"Ermənistana və Paşinyana bu formada "xəbərdarlıq etmək" Rusiyaya qətiyyən sərfəli deyil".

Rusiyalı politoloq, xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert Qriqori Trofimçuk Yenicag.ru-ya müsahibəsində Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgərlərinin iştirakı ilə Panik kəndində baş vermiş insident, Kremlin Qarabağ münaqişəsinin tərəflərinə silah ixracı və digər məsələlərə toxunub.

Bir müddət əvvəl Ermənistana səfər etmiş Qriqori Trofimçukun sözlərinə görə, hazırda Qarabağ münaqişəsinin həlli yollarına münasibət baxımından, Azərbaycan cəmiyyətinin müharibə ovqatına köklənməsi diqqəti xüsusilə cəlb edir:

"Mənə belə gəlir ki, 2016-cı ilin şiddətli aprel döyüşlərinə baxmayaraq, Ermənistan cəmiyyəti bu məsələlərə daha sakit yanaşır. Bu da aydındır, Azərbaycandan fərqli olaraq, Ermənistanın tələsməyə yeri yoxdur. O baxımdan, Azərbaycan əhalisinin bütün sosial qruplarının müharibə ovqatında köklənməsi diqqətdən yayınmır və narahatlıq doğurur. Eyni zamanda, Azərbaycanın mülki əhalisinin Qarabağ məsələsində passiv mövqe tutmasının Ermənistanda razılıq doğurması da vurğulanmalıdır. Ancaq aydın məsələdir ki, hansısa gərginlik və ya hətta müharibə olmasa, ehtiraslar öz-özünə səngiməyəcək.

Azərbaycan vətəndaşlarının əksəriyyəti hesab edir ki, müharibə başlayarsa, onlara hər hansı yük düşməyəcək – Azərbaycan Ordusu lazım olan bütün işləri həll edəcək. Ona görə də müharibənin alovlanmaq ehtimalı onlara nəinki qorxulu görünmür, hətta bunu məmnunluqla gözləyirlər.

Ermənistan cəmiyyəti ölkədə baş vermiş hakimiyyət dəyişikliyindən razı qalsa da, hələ ki hər hansı ciddi dəyişikliklərin şahidi deyil. Ancaq fikrimcə, yeni hökumətin korrupsiya ilə mübarizə və digər vədlərinə baxmayaraq, Ermənistanda sosial vəziyyətin ağırlaşması ümumi gərginliyin artması ilə nəticələnəcək. Hələ "etimad ağacı" yanmaqdadır. Rusiyaya münasibətə gəldikdə isə deyə bilərik ki, Ermənistanın yeni hökumətinə etimad tükəndikdə, Moskvanı "günahkar" çıxarmağa çalışacaqlar. Bunun əlamətləri artıq Panik kəndində baş vermiş hadisədən sonra daha açıq şəkildə görünür".

Trofimçuk bildirib ki, Panik hadisələrini Rusiyanın Ermənistana və şəxsən Nikol Paşinyana təhdidi və ya xəbərdarlığı kimi qiymətləndirmək doğru olmazdı:

"Ermənistana və Paşinyana bu formada "xəbərdarlıq etmək" Rusiyaya qətiyyən sərfəli deyil. Çünki bu davranış onun öz əleyhinə çevrilə bilər. Qeyd edim ki, Permyakovun bir ailənin üzvlərini güllələməsi olayını yerli əhalinin yaddaşından silmək mümkün deyil. Eyni zamanda, əhalini o hadisələrin sadəcə, təlim olduğuna inandırmaq da çətindir. Panikdə baş verən insident hərbi baza komandanlığının primitiv səhlənkarlığının nəticəsidir. Çünki orduda da mülki xidmətdə olan məmur təfəkkürü hökm sürür. Sizin ifadənizlə desək, Paşinyanı "qorxutmaq" işi başqa kanallarla həyata keçirilir. Məsələn, bu çərçivədə tanınmış rusiyalı ekspertlərin Azərbaycanın işğaldan azad etdiyi ərazilərə getmələrini, orada konfrans keçirmələrini qeyd edə bilərik. Belə məsələlərdə ordunu işə salmaq təhlükəlidir. Bu halda Ermənistanın üzünü birdəfəlik Qərbə çevirməsi mümkündür. Ancaq bütün hallarda 102-ci hərbi bazanın ətrafında baş verən hadisələrin intensivləşməsi ciddi narahatlıq doğurur".

Ekspert Rusiyanın həm Azərbaycana, həm də Ermənistana silah satışını regionda hərbi balansın qorunmasına cəhd kimi qiymətləndirsə də, bu məsələdə Kremlin sırf kommersiya maraqlarının olduğunu da inkar etməyib:

"Ancaq Rusiya silahlarından istifadə olunmaqla müharibənin alovlanması Rusiyaya lazım deyil. Çünki bu halda Qarabağ "tonqalı" Rusiyanın özünü də yandıra bilər".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...