Avropa azərbaycanlıları niyə deportasiya edir?..

11:15 25.07.2018 489
Avropa azərbaycanlıları niyə deportasiya edir?..


Dövlət Miqrasiya Xidmətinin son hesabat tədbirində qurumun rəisi Vüsal Hüseynov Azərbaycan vətəndaşlarının xarici ölkələrdən deportasiya olunması məsələsinə toxunub. Bildirib ki, son 6 ay ərzində Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib.

Maraqlıdır, niyə azərbaycanlılar üz tutduğu ölkələrdən deportasiya olunur?

Bunun səbəbləri nədir?

Sonxeber.az bildirir ki, Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

Qaçqın statusu almaq niyə müşkülə çevrilib?

"Xaricə üz tutan azərbaycanlılar arasında bir qismi var ki, onlar həmin ölkədə qaçqın statusu almaq və bu statusla yaşamaq istəyirlər. Təxminən 10 il bundan qabaq müraciət edənlərn 7- 8%-i qaçqın statusu ala bilirdi. Sonra isə bəlli məsələlər baş verdi. Almaniya və digər Avropa ölkələri güclü qaçqın axınına məruz qaldı. Nəticədə, xüsusən də hərbi münaqişələrin baş verdiyi ölkələrdən gələn insanların siyahıdan çıxarılmasına və təxirə salınmasına başlanıldı. Hətta münaqişə bölgələrindən olmayan şəxslərin müraciətlərinə sərt yanaşılmağa başlanıldı".

"İnsanlar deportasiya olunmaq istəmədikdə isə..."

Azər Allahverənovun sözlərinə görə, bəzi hallarda azərbaycanlılar arasında deportasiya olunmaq qərarına qarşı çıxanlar da olur.

"Son 2-3 ilin statistikasına nəzər salsaq görərik ki, digər ölkələrdən müraciət edənlərin təxminən 2-3%-nə müsbət cavab verilir. Bu o deməkdir ki, 95% müraciət edən şəxslərdən imtina edilir. Təbii ki, imtina cavabı verildikdə həmin şəxslərin tək yolu qalır... O da həmin ölkəni tərk etmək... Təbii, onların böyük əksəriyyəti ölkəni tərk etmək niyyətində olmur. Orada qalmaq, qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olmaq istəyirlər. Statuslarına görə qeyri-qanuni miqranta çevrilirlər. Məsələn, azərbaycanlıların ən çox üz tutduğu ölkə arasında Almaniya dayanır. Bir neçə dəfə bəzi həmyerlilərimizin sənədləri saxta olduğundan Azərbaycana deportasiya edilmək qərarı çıxarılıb. Amma həmin qərara qarşı azərbaycanlılar intihara belə əl atıblar. Təbii, bu cür hallar doğru deyil. Belə olan halda Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş var. Bu saziş çərçivəsində Avropa İttifaqının ərazisində aşkar olunan qeyri-qanuni miqrantlar öz ölkəsinə qaytarılır. Təbii ki, qaytarılmazdan öncə, Azərbaycana həmin şəxslərlə bağlı müraciətlər göndərilir. Azərbaycan tərəfi həmin müraciəti dəyərləndirir. Ola bilsin ki, həmin şəxsin sənədlərində müəyyən problemlər var, ya da heç sənədləri yoxdur. Əgər Azərbaycan tərəfi həmin şəxslə bağlı müsbət cavab verdikdə readmissiya sazişi çərçivəsində qeyri-qanuni əsaslarla ölkə ərazisində yaşayan şəxs Azərbaycana qaytarılır. Digər bir qism insanlar var ki, çoxsaylı hökumət qurumlarına müraciətlərə əhəmiyyət verməyərək ölkə ərazisində qalmağa üstünlük verirlər. Müxtəlif bəhanələr gətirirlər. Belə olduqda həmin ölkənin hüquq-mühafizə orqanları daha sərt addımlar atmaq məcburiyyətində qalırlar. Həmin addımlar ondan ibarətdir ki, qapını döyüb həmin şəxsi mühafizə altında maşınla hava limanına gətirib təyyarəyə mindirirlər. Yəni təyyarə vasitəsilə deportasiya edirlər, öz ölkəsinə qaytarırlar".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu