Suriyanın Əs-Suveydə şəhərində güclü partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış bazarın ərazisində terrorçi-intiharçı tərəfindən törədilib. Hadisə zamanı ölənlərin sayının 38 nəfər olduğu bildirilir, yaralananların dəqiqi sayı qeyd edilmir.
Daha öncə isə Suriya ordusu İŞİD terror təşkilatına aid iki terrorçu-intiharçının hücumlarının qarşısını alıb.
Bundan başqa, Duma kəndi sakinləri də 4 silahlını zərərsizləşdiriblər.
Zamantv.az