Xüsusi ƏMƏLİYYAT: Qarabağa silah daşıyan gizli emalatxana aşkarlandı və... - ŞOK FAKTLAR

12:00 24.07.2018 711
Xüsusi ƏMƏLİYYAT: Qarabağa silah daşıyan gizli emalatxana aşkarlandı və... - ŞOK FAKTLAR


Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları silah qaçaqmalçılarına qarşı xüsusi əməliyyat keçirib. Nəticədə yüzlərlə silah-sursat ələ keçirilib. Məlumatlara görə, qaçaqmalçılar Ukraynanın Donetsk bölgəsinə və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz silah aparırlarmış. Bu bölgələrə daşınan silahlar iki gizli emalatxanada istehsal olunurmuş.

Zamantv.az "publika.az"a istinadla xəbər verir ki, FSB silah qaçaqmalçılarının Avropa İttifaqı ölkələrindən Rusiya ərazisinə silah daşıdıqları haqda məlumat yayıb.

Məlumata görə, qaçaqmalçılardan odlu silahın 400 vahidi götürülüb, həmçinin, böyük miqdarda avtomat silah (25 pulemyot, 30 avtomat, 70 tapança), yüz ədəd tüfəng, 158 ədəd rovelver tapança, qumbaratan və minaatanlar və s. müsadirə olunub.

Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti Andrey Koşkin danışır ki, silahlar bir qayda olaraq "isti nöqtələrdən" və qeyri-stabil ölkələrdən gətirilir: "Lakin bəzən Avropa ölkələri kimi qanunun yaxşı işlədiyi ölkələrdən də silahlar gətirilə bilər. Silah Rusiyaya iki məqsəd üçün "idxal edilir". Birincisi, "yükboşaltma" məqsədilə. Rusiyadan potensial münaqişə bölgələrinə aparılır. Rusiyanın ətrafında birdən daha çox münaqişə bölgəsi var. Ələ keçirilən silahlar arasında tank əleyhinə minaların və qumbaraatanların olması bunu deməyə əsas verir.
İkincisi, daxildə terrorçulara satılır. Bu haqda prezident Vladimir Putin dəfələrlə danışıb. Bildirib ki, Rusiya Federasiyasında müxtəlif terror qruplaşmalarının, həmçinin, radikalların aktivləşməsi müşahidə olunur. Atıcı silahların, döyüş sursatlarının və partlayıcı maddələrin sifarişçiləri bu qruplaşmalar ola bilər".

Əməliyyat nəticəsində iki gizli emalatxananın fəaliyyəti sıradan çıxarılıb. Bu emalatxanalarda odlu silahların müasirləşdirilməsi və döyüş sursatlarının istehsalı həyata keçirilirmiş. İstehsal olunan silahların Donetskə və Dağlıq Qarabağa "ixrac edildiyi" deyilir.

A.Koşkin deyir ki, bu iki bölgədən silah sifarişləri olduğu üçün gizli emalatxanalar yaradılıb.

Görünür, Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunu silahlandırmaq üçün daha ucuz başa gələn qaçaq yollarla silah-sursat əldə edir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ