Ekspert rus silahlarının Ermənistana göndərilməsi barədə: Bu, metallomdur

16:40 23.07.2018 517
Ekspert rus silahlarının Ermənistana göndərilməsi barədə: Bu, metallomdur


Ermənistan hökumətinin başında müalicə edilməz bir xəstəlik var - ucuz populizm. Gah baş nazir oğlunu Qarabağda xidmət keçməyə göndərir, gah hərbi xarakterli mövzularda məntiqsiz bəyanatlar səsləndirir.

İndi onlar yüksək səslə deyirlər ki, Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi tamamilə başa çatıb.

Sonxeber.az bildirir ki, bu fikirləri "oxu.az"a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu məsələni başa düşmək üçün razılaşmanın hansı şərtlər altında imzalanmasını bilmək vacibdir:

"Rusiya bu müqavilənin Şoyqunun rus ordusunun müasir silahlarla təmin olunması bəyanatından sonra imzalayıb. Təbii ki, bütün silahlar köhnə, istifadə müddətini başa vurmuşdur", - hərbi ekspert bildirib.

Ehtiyatda olan polkovnik əlavə edib ki, o zaman rus ekspertlər Rusiyanın hərbi parklarındakı köhnəlmiş silahlardan azad olmaqla bağlı fikirlər səsləndirirdilər. Bu cür köhnə silahlara ehtiyacı olan ölkə tapmaq lazım idi.

Niyə Ermənistan?

Müsahibimiz bildirib ki, Ermənistan borcunu ödəyə bilməyən ölkədir, erməni mətbuatı yazıb ki, yuxarıdakı müqaviləyə əsasən, 200 milyon dollar həcmində kreditin ödənilməsində müəyyən gecikmələr mövcuddur.

"Moskva "paslı metallardan" canını qurtardı, Ermənistan isə bu köhnəlmiş silahlara sahib çıxan tərəf oldu", - hərbi ekspert əlavə edib.

O deyib ki, Ermənistan müdafiə naziri David Tonoyanın bu məsələ ilə bağlı bəyanatı gülünc görünür.

"Məsələ ilə bağlı danışan erməni nazir bildirib ki, bu silahlar moderndir və hətta Rusiya silahlanmasında da yoxdur", - azərbaycanlı hərbi ekspert qeyd edib.

Müsahib xatırladıb ki, Azərbaycan ordusunun büdcəsi Ermənistanın ümumi büdcəsi qədərdir.

"Təbii ki, Ermənistan bu köhnə silahlara da sevinir. Necə deyirlər, bəy verən atın dişinə baxmazlar. Amma bu, Yerevanın Bakı ilə silahlanma yarışına qoşulması demək deyil. Erməni hərbi rəhbərliyinin populist ifadələrində məntiq yoxdur.

Ölkə öz ordusunda olmayan silahları başqa ölkələrə necə sata bilər? Burada bir cavab var – bu silahlar texniki sınaqdan keçməyib və silahlanmaya daxil edilməyib", - Ramaldanov qeyd edib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT