Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Zamantv.az "publika.az"a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 32 komanda iştirak edib.
Çempionlar yolunda mübarizə aparan təmsilçimiz "Qarabağ"ın da mümkün rəqibləri bəlli olub. Təmsilçimiz Albaniyanın "Kukesi" klubunu keçərsə, 3-cü mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşcaq.
Zamantv.az