Qərb Rusiyanın məxfi sənədlərini ələ keçirdi - Moskva xəyanətkar AXTARIŞINDA

15:00 20.07.2018 453
Qərb Rusiyanın məxfi sənədlərini ələ keçirdi - Moskva xəyanətkar AXTARIŞINDA

Rusiyada hipersəs raketi məlumatlarının Qərb xüsusi xidmət orqanlarına satılması ilə bağlı araşdırma başladılıb.

Zamantv.az modern.az-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Mərkəzi Maşınqayırma Elmi-Araşdırma İnstitutunda (MMEAİ) axtarışlara başlayıb.

Nəşrin məlumatına görə, informasiya sızmaları Birləşmiş Raket-Kosmik Korporasiyasının (BRKK) əməkdaşı ilə bağlıdır.

Belə ki, BRKK-nın Araşdırma və Analiz Mərkəzinin direktoru Dimitri Payson məlumatları qərb kəşfiyyatına satmaqda şübhəli bilinir.

"İnformasiya sızmasının Dimtri Paysonun sıx əlaqə saxladığı Mərkəzi Maşınqayırma Elmi-Araşdırma İnstitutunun əməkdaşları ilə bağlı olduğu müəyyən olunub" – nəşrin informasiya mənbəyindən bildirilib.

Paysonun və institutun əməkdaşlarının kabinetlərində axtarışlar aparılır.

Axtarışlar barədə informasiyanı "Roskosmos" dövlət şirkətinin mətbuat katibi Vladimir Ustimenko da təsdiq edib.

"Dövlət korporasiyasının baş direktoru Dimitri Roqozin bizim təhlükəsizlik xidmətimizə istintaq orqanlarına maksimum yardımçı olmağı tapşırıb" – Ustimenko bildirib.

İstintaq dövlətə xəyanət maddəsi ilə onlarla işçinin ünvanında sızdırılmış sənədlərin axtarışlarını həyata keçirir.

Sənədlər əsasən yeni hipersəs raketlərinin quruluşu və istifadə edilən texnologiya ilə bağlıdır.

Hazırda hipersəs raketlərinin hazırlanması ilə "Taktiki raket silahlanması" korporasiyası məşğul olur. Baxmayaraq ki, bu sahə dövlətə aid olmayan şirkətin səlahiyyətindədir, "Roskosmos"un tabeçiliyində olan institutun əməkdaşlarının da materialların bəzi əsaslı hissələrinə girişi olub.

Payson da öz növbəsində əvvəllər həmin institutda işləyib. Daha sonra isə o "Sokolov" fonduna kosmos texnologiyaları və telekommunikasiya sektorunun elmi direktoru vəzifəsinə keçib. Orada Payson kosmik fəaliyyətlərin məqsədyönlü planlaşdırılması, dövlət-özəl tərəfdaşlığı, kosmosda beynəlxalq əməkdaşlıq, kosmik fəaliyyət sahəsində texnoloji platformalar və sair fəaliyyətlə məşğul olub.

Mənbənin məlumatına görə, axtarışlardan bir neçə gün öncə Dmitri Paysona yeni heyətdə onun sahəsinin nəzərə alınmadığı üçün işdən çıxarıldığı bildirilib.

Qeyd edək ki, Rusiyanın fantastik silahları sırasında hipersəs raketləri xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, bu raketlərdən hazırda əsas sınaqları keçirilən "Kinjal" (Xəncər) raketi səsdən 10 dəfə sürətlə hərəkət edir. Bu xüsusiyyət indiyə kimi məlum olan bütün raketdən müdafiə sistemlərini bu raket qarşısında əhəmiyyətsiz edir. Bundan əlavə bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi yeni "Avanqard" hipersəs qanadlı raketinin istehsalına başladığını elan edib. Bu yeni raket isə səsdən 20 dəfə sürətlə uça bilir. Hər iki raket nüvə başlığı ilə təchiz oluna bilir. Ən əsası isə hazırda ABŞ-ın bu silaha qarşı müdafiə vasitələri yoxdur.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR