Moskvada 1,6 aylıq körpə yaşayış binasının 13-cü mərtəbəsindən yıxıldıqdan sonra sağ qalıb.
Zamantv.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskva Baş İstintaq İdarəsinin rəisinin baş köməkçisi Olqa Vradiy deyib.
Onun sözlərinə görə, hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları bədən xəsarətləri alan körpəni xəstəxanaya aparıblar.
İlkin məlumata görə, oğlan uşağı evdə dayə ilə birlikdə olub. Dayənin başı qarışanda körpə pəncərənin qabağına çıxıb, pəncərən açıb və yıxılıb. Onun yıxılma gücünü ağaclar zəiflədib. Hazırda körpəyə beyin silkələnməsi, qarnın küt zədələnməsi diaqnozu qoyulub.
Fakt üzrə araşdırma aparılır.
Zamantv.az