"Kaspersky Lab": Azərbaycan istifadəçilərinin 2/3-si kibertəhdidlərlə qarşılaşıb

10:15 17.07.2018 498
"Kaspersky Lab": Azərbaycan istifadəçilərinin 2/3-si kibertəhdidlərlə qarşılaşıb

“Kaspersky Lab”ın məlumatına* əsasən, Azərbaycan istifadəçilərinin təxminən 2/3-si internetdə müxtəlif təhlükələrlə qarşılaşır.

Trend xəbər verir ki, bu göstərici, demək olar, son 18 ay ərzində dəyişməz qalıb. Belə ki, bu ilin birinci yarısında Azərbaycan istifadəçilərinin 61%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb. 2017-ci ilin analoji dövründə isə bu göstərici 60%-dən bir qədər çox olub.

Lakin “Kaspersky Lab”ın analitikləri ölkədə mobil zərərvericilər tərəfindən yoluxmaların sayının azaldığını müşahidə ediblər. 2017-ci ilin ilk yarısında Azərbaycanda “Android” istifadəçiləri orta hesabla 6 zərərverici proqramla qarşılaşıb. Bu ilin eyni dövründə isə mobil zərərverici proqram təminatı tərəfindən bir istifadəçiyə olunan hücum cəhdləri 5-dək azalıb.

2018-ci ilin birinci yarısında “Android” platforması üçün mobil zərərverici proqram təminatı ilə qarşılaşan istifadəçilər sözügedən dövr ərzində bütün zərərverici proqram təminatı ilə qarşılaşmış istifadəçilərin 9,15%-ni təşik edib. Cari ilin yanvar-iyun aylarında Azərbaycan istifadəçiləri veb-maynerlər tərəfindən təxminən 850 min dəfə hücuma məruz qalıb.

“Kaspersky Lab”ın Azərbaycanda regional nümayəndəsi Müşviq Məmmədov bildirib: “Bu gün kibertəhdidlərin müxtəlifliyi o qədər çoxalıb ki, onlara qarşı keyfiyyətli müdafiə həm vacib, həm də mühüm əhəmiyyət kəsb edir. Smartfon və kompüterlərimizdə dəyərli kontaktlar, əziz xatirələr qorunur, internet-brauzerlər bizim parol və bank kartlarımızın məlumatını yaddaşda saxlayırlar. Biz avadanlıqlarımıza həddindən çox etibar edirik, buna görə də onları əsassız risklərlə üz-üzə qoymamalıyıq”.

“Kaspersky Internet Security” etibarlı kompleks həlli istənilən kibertəhlükənin öhdəsindən gəlməyə kömək edəcək. Bu məhsul bütün növ zərərli proqramları və cinayətkarların taktiki hiylələrini müəyyən edir və bloklayır, daxilində mövcud olan xüsusi modullar isə daha vacib məlumatı müdafiə etməyə imkan verir. Məsələn, “Təhlükəsiz ödənişlər” komponenti vasitəsilə heç bir şeydən qorxmadan internetdə tranzaksiyalar həyata keçirmək, təhlükəsiz alış-veriş etmək və hesablar arasında pul köçürmələri etmək mümkündür. “Antifişinq” sistemi isə fırıldaqçı təkliflərdən və saxta veb-səhifələrdən sizi xilas etməyə zəmanət verir.

*Məlumatlar “Kaspersky Security Network” (KSN) bulud infrastrukturunun köməyi ilə əldə olunub ki, bura istifadəçilərin razılığı ilə “Kaspersky Lab”ın məhsullarının fəaliyyəti barədə statistik məlumatlar, o cümlədən istifadəçinin avadanlığında zəzərli proqram təminatının aşkar olunması ilə əlaqədar həllərin müdafiə komponentlərinin işə düşməsi barədə məlumatlar göndərilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU