İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-dən Milli.Az-a verilən məlumata görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.
Zamantv.az