Prezidentin vəzifə verdiyi şəxs kimdir?

15:54 7.07.2018 563
Prezidentin vəzifə verdiyi şəxs kimdir?


Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.

Prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.

Sonxeber.az xəbər verir ki, modern.az yeni sədr müavinlərinin dosyesini təqdim edir.
Qeyd edək ki, Komitədə yeni sədr müavini,gömrük xidməti general-mayoru İqbal Babayev ölkə ictimaiyyətinə müəyyən qədər tanış simadır. İqbal Babayev Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzinin sabiq rəhbəridir. Yəqin bu səbəbdən jurnalistlərin və siyasətçilərin yaxşı yadındadır. 2000-2008-ci illərdə MSK nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzinin direktoru vəzifəsində işləyən İ.Babayev 2008-ci ilin aprelində şəxsi işlərini əsas gətirərək istefa vermişdi. O zaman Babayevin istefası mətbuatda müxtəlif cür yozularaq, onun hətta ölkə rəhbərliyi tərəfindən işdən çıxarıldığı qeyd olunmuşdu. Amma sonralar Dövlət Gömrük Komitəsində yüksək vəzifə alan İ.Babayevə etimadın jeç də itmədiyi bəlli oldu.

İ.Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub.

1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.
1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.
1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim, 1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent, 1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru işləyib.

2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Kiyev İnşaat və Memarlıq Milli Universitetinin "Fəxri professor"udur və Azərbaycan Respublikasının AAK tərəfindən professor elmi adı verilib.

7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilib.

Azərbaycan Prezidentinin sərəncamları ilə "Vətənə xidmətə görə" 3-cü və 2-ci dərəcəli ordenləri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, Dövlət Gömrük Komitəsinin və digər nazirliklərin bir sıra medal və döş nişanları ilə təltif olunub. 2010-cu ildə "İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə" Milli İnternet Mükafatının qalibi elan olunub.
İngilis və rus dillərini bilir. Evlidir, iki övladı var.

Dövlət Gömrük Komitəsinin digər yeni sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov31 may 1967-ci ildə Bakı şəhərində anadan olub.
1991-ci ildə o vaxtkı Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1991-ci ildə "Bakkondisioner" Elmi İstehsalat Birliyində başlayıb. 1994-cü ildən "Azərenerji" dövlət şirkətinin "Enerjinin İstehsalı və Ötürülməsi" Birliyinin Yüksək Gərginlikli elektrik şəbəkələri xidmətində, 1996-cı ildən Rusiya Federasiyası Yanacaq Enerjisi Nazirliyinin "ВНИПМморнефтегаз" Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb.
1986-1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib.

1999-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin inspektoru kimi gömrük orqanlarında fəaliyyətə başlayıb.

Sonradan 1999 – 2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin rəisi, 2002-2006-cı illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi Sərnişin şöbəsinin rəisi, 2006-cı ildə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi işləyib.
2006-2008-ci illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini - Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışıb.
2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2003-2006-cı illərdə Dövlət Gömrük Komitəsində xidmət göstərdiyi zaman Rusiya Gömrük Akademiyasında qiyabi təhsil alıb və həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirib.
Cavad Qasımov 2008–ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ