İcra başçısını güllələyən Yunisin həyat yoldaşı xaricdən videosunu yaydı
Gündəm / Cəmiyyət / Video
15:457.07.2018672
"Youtube"da Gəncədə icra başçısına qarşı sui-qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının ikinci videosu yayılıb.
Zamantv.az Big.az-a istinadən xəbər verir ki, həmin videogörüntüdə xanım bildirib ki, icra başçısını güllələyən Yunisin həyat yoldaşıdır:
"İiki gün öncə sosial şəbəkələrdə səs yazım yayılmışdı. Buna inanmayanlar olmuşdu. Qərara aldım ki, video görüntü ilə sizə yenidən müraciət edim ki, mənə inanasınız. Bəzi məlumatlar yayılıb. Yayılan yalnış məlumatlardan biri odur ki, bu, dinə görə baş verib. Bu tək dinə görə baş verməyib. Bu, həm də xalqa olan zülmə görə baş verib. İnsanların sevinci də bunu sübut edir. Yazılıb ki, biz İranda olmuşuq. Guya orda təhsil almışıq. Biz ora bütün azərbaycanlılar kimi sadəcə ziyarətə getmişik. Heç bir təhsil almamışıq".