Impera
XƏBƏR LENTİ
21:22Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb21:16Abxaziyada silahlı insident - Prezidentliyə namizədin seçki qərargahı gülləbaran edildi21:11Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı21:00Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı20:50Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI17:37Azərbaycanda qızılın ucuzlaşacağı gözlənilir - PROQNOZ17:24Həmsədr ölkələrin etinasızlığının növbəti sübutu - TƏHLİL17:10Bakı Nəqliyyat Agentliyi nə iş görür? - Benzini qurtaran, sərnişinləri yolda düşürən marşrutlar...16:54MiQ-29 döyüş təyyarəsinə hücum olunub? - EKSPERT RƏYİ16:37Rusiyada keçirilən turnirdə Azərbaycanı erməni idmançı təmsil edib? - AÇIQLAMA16:25"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY16:11Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür15:58Erməni tərəfi Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir - GENERAL İBRAHİM SÜLEYMANOV İSƏ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR...15:32Pirverdiyev işçilərin pulunu vermir - GİLEY14:59"Qarabağ" "Linfild"lə oyun ərəfəsində ciddi problemlərlə üzləşib14:43Fövqəladə Hallar Nazirliyinin araşdırmasına 1 ay bəs etmir? - İLGİNC14:25İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir14:05Azərbaycanda sabaha gözlənilən - hava proqnozu açıqlanıb13:22Tovuzun icra başçısı bu işi gizlincə edir... - Daha bir məmur ÖZBAŞINALIĞI12:49Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi12:21Gömrük rəqəmləri və “növbətçi” məlumatlar - İTTİHAM12:09Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub11:12Bakı Nəqliyyat Agentliyindən növbəti pul tələsi - Dərəbəylik...10:55"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı - Belə deyirlər...10:28Bizi ərəblərə möhtac qoyan AZAL - Dünya bazarından 4 dəfə bahalı biletlər09:58Futzal üzrə Azərbaycan çempionatlarının başlayacağı tarixlər açıqlanıb09:49CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi18:00Vilayət Eyvazov yeni polis rəisi təyin etdi17:45Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq17:30Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi17:15“VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” – “Büdcəyə hətta qəpiklər ödəyən şirkətlərin sayı minlərlədir”16:45Süni qiymət artımının arxasında kimlər dayanır? - GƏLİŞMƏ16:31"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı16:18Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı16:06Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY15:51"Panorama Park” yaşayış kompleksində BİABIRÇI MƏNZƏRƏ - FOTOLAR15:37İradənin qardaşı Abbas Bağırova pul "atıb" - MƏHKƏMƏ İŞİ15:11200 manat pensiya alan əlil-sahibkar ayda 20100 manat vergi ödəyir, - 2000 dollar əməkhaqqı alan deputat- sahibkar ayda 81 manat14:52“Azərsun Arena” təmirə bağlanır - “Qarabağ” harada oynayacaq?14:38Cəlilabad müəllimləri nədən narazıdır? - İTTİHAM14:13Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR14:00"Qarabağ"ın istədiyi qapıçı icarəyə göndərildi13:21“Silva” operettası nümayiş olunacaq13:10"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Pilotumuz harada dəfn ediləcək?13:01Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir...11:43Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar11:27Sabiq deputatın oğlu rəsmən qoçuluq edir... - Vətəndaş polis idarəsinin darvazasının yanında vuraraq qaçıb11:08İndi də Hadı Rəcəblinin istirahət mərkəzi gündəmə gəldi - VİDEO10:57Vilayət Eyvazov Milli Qəhrəmanın bacısı oğluna vəzifə verdi10:36Deputatın oğlunu neçə il həbs gözləyir?10:24Şabranda inkişaf üçün hər cür zəmin var... BAŞÇI YOXDUR! - GİLEY10:09İkinci qrup əlildən ölkə rəhbərliyinə şikayət: - "Ağdam İcra Hakimiyyətində məni dinləyən yoxdur"09:52Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb09:44Son bir həftədə Yaponiyada istilərdən 7 nəfər ölüb09:22Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb17:53Ermənistan polisi qadın aksiya iştirakçılarına qarşı güc tətbiq edib17:42«142 nömrəsi, 20 obyekti var – cəmi 972 manat vergi ödəyib» - VERGİDƏN AÇIQLAMA17:29“Qara qutu” tapılsa da, pilotdan xəbər yoxdur” – Qabil Hüseynli17:16Sabah dollar neçəyə olacaq?17:04Gəlirsiz turizm: hara gedirik? - Məmur hərisliyi, boş qalan otellər16:54“Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı - İDDİA16:25"Çelsi"nin oyununun hakimi "probka"da qaldı - matçı başqası idarə etdi15:50Daha bir rayona yeni polis rəisi təyin edilib15:39YPX əməkdaşı kobud qayda pozuntusuna yol verib, Dövlət Yol Polisi susur - VİDEO15:18Gələn ilki parlamentə buraxılmayacaq deputatların siyahısı yayıldı - Kimlər gedir?15:02“Ermənistan fürsəti əldən verərək sülhü uduzub” - Ramiz Mehdiyev15:00Vilayət Eyvazovun apardığı islahatlar: Kim hara təyin edilib? - SİYAHI14:14Biləsuvardan prezidentə müraciət olundu... - Yerli məmurlar göydən düşüb?13:51Baloğlan Əşrəfov Rövşən Məmmədova müraciət etdi — Efirdən uzaqlaşdırılan ŞƏRHÇİYƏ GÖRƏ13:35Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA13:00“Heç bir ölkə öz "BTE"-sinin paltarını sırımağa çalışmır” - QALMAQAL12:29“Aqro İnvest və İstehsalat”da ayrılıq - YARIM MİLYONUNU GÖTÜRÜB ÇIXIR12:11“Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi DANIŞDI11:59Azərbaycanda rəis bu səbəbə görə işdən qovuldu - FOTO11:43"Lerik Relax”da baş verən insidentlə bağlı deputatın oğlu və daha 5 qohumu saxlanılıb - ŞOK GƏLİŞMƏ11:04Quba və Şabranın sərhədində meşə massivi yanır10:46Kardiologiya İnstitutu "təcrübə obyektinə" çevrilib - İDDİA10:25Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb - Bu gündən10:14Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? - GƏLİŞMƏ10:00Cənab Qarayev, buralar kimsə qorumur... - FOTO09:35Türkiyədə terrorçularla əlbir olmaqda şübhəli bilinən 3 bələdiyyə sədri vəzifədən kənarlaşdırılıb09:25Ucarda "DOST"un adndan saxtalaşdırma... - İTTİHAM11:43Rusiya Türkiyəyə “S-400”lərin ikinci partiyasını satmağa hazırlaşır11:38UEFA statistikanı açıqladı: "Qarabağ" bu göstəricidə bütün klubları geridə qoydu11:35Azərbaycanlı gənc erməni qızına Azərbaycan mahnısı OXUTDU – VİDEO11:29"Araz" supermarketlər şəbəkəsində növbəti BİBAIRÇILIQ! - Alıcıları belə aldadırlar11:26Astarada hakimdən BİABIRÇI QƏRAR - Köhnə “06”-nın “krılosu” 2663 manat dəyərləndirilib...13:57Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? - TƏHLİL13:47Geri dönüşü olmayan milyonlar... - TƏHLİL13:45Azərbaycana kilosu 1000 dollara satılacaq ət gətiriləcək: - Bu inək bahalı pivə içir, masaj olunur13:42Fuad Muradov da Kanadaya pul yatırır... - İDDİA13:35"Sərdar Cəlaloğlu sübut etməsə, namussuzdur" - Deputatla partiya sədri arasında qalmaqal böyüyür11:38Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”11:34"Mənim torpaq sahəmdən əl çəksinlər..." - GİLEY11:32“200-dək bağçanın yerində “göydələn”, şadlıq evi tikilib” - Uşaqların yeri əllərindən alınıb11:28Azərbaycanda vəzifəli şəxsin oğlundan ilginc fırıldaq - Bəylər Əyyubovla şəklini montaj etdi və …11:21Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir? - TƏHLİL22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:55Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:52Tərtərdə traktor qaz kəmərini zədələyib
BÜTÜN XƏBƏRLƏR

Atası biznesmen, anası müəllim olan Yunis Səfərov – Elmar Vəliyev işinin inanılmaz sensasiyaları

07 Tem 2018, 10:30   
Atası biznesmen, anası müəllim olan Yunis Səfərov – Elmar Vəliyev işinin inanılmaz sensasiyaları

Gəncənin İH başçısına sui-qəsdin motivi ilə bağlı rəsmi açıqlama yayıldı; Yunis Səfərov Qum və Suriyada döyüş təlimləri keçib; başçının general qardaşı isə Rusiya izindən danışdı; Səfərov daha öncə də Y.Vəliyevə sui-qəsd cəhdi edibmiş.

Gəncədə Rusiya vətəndaşı Yunis Səfərovun icra başçısı Elmar Vəliyevə qarşı törətdiyi qanlı aksiyadan 3 gün keçir. Azərbaycanın 2-ci böyük şəhərinin mərkəzi meydanında, Gəncə İcra Hakimiyyəti binasının qarşısında icra başçısı odlu silahdan açılan atəşlə ölümcül yaralanıb, onun mühafizəçisi də qanına qəltan edilib.


Hadisənin motivi barədə müxtəlif versiyalar səslənirdi. Hətta bir çoxları Yunis Səfərovu ‘’gəncəlilərin qisasını alan qəhrəman’’ da elan etmişdi. Onun xanımı olduğu iddia edilən bir qadının adından yayılan açıqlamada isə Yunis Səfərovun bu əməli "İmam Hüseynin qisasını almaq" cəhdi kimi göstərilmişdi.

İyulun 6-da açıqlanan rəsmi məlumatda isə Gəncədəki olayın terror aktı olduğu əksini tapır.

Cinayətlə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydıqları son birgə məlumat Elmar Vəliyevin terrora məruz qaldığını təsdiqləyir. Baş verən olayla bağlı "Yeni Müsavat"a daxil olan rəsmi açıqlamada deyilir:

"Xəbər verildiyi kimi, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir.

Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır.

O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçmışdır. Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd etmişdir. Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur.
Atası biznesmen, anası müəllim olan Yunis Səfərov – Elmar Vəliyev işinin inanılmaz sensasiyalarıO, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış etmişdir. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Y.Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulmuşdur. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir. Eyni zamanda bildiririk ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcəkdir".
Atası biznesmen, anası müəllim olan Yunis Səfərov – Elmar Vəliyev işinin inanılmaz sensasiyalarıBaş prokurorun müavini, respublikanın hərbi prokuroru Xanlar Vəliyev də məsələ ilə bağlı "Bizim Yol"a açıqlamasında qardaşına edilən sui-qəsdlə bağlı danışıb:

"Hazırda vəziyyəti yaxşıdır. İsrailə aparılması ilə bağlı məlumat birmənalı yalandır. Harada olmasının fərqi yoxdur, əsas odur ki, yaxşıdır. Daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlər məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri içərisindədir. Sözsüz ki, bu, ölkə prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir. Qaldı ki, Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir. O adamın özü və anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu, mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya döyəsən... Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız Quranı başdan-ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhumatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın, dinə inanın. Bir daha deyirəm, Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Onun haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə, müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq".

***

Rəsmi açıqlamadan aydın olur ki, Y.Səfərov Elmar Vəliyevi bu ilin yanvarında öldürmək istəyib. Həmin vaxt onun hərəkətlərindən polis əməkdaşının şübhələnməsi üzündən cinayət baş tutmayıb, nəticədə polis əməkdaşı güllələnib. Ötən 6 ay ərzində onun necə və harada gizlənməsi, ələ keçməməsi sualı da açıq qalır. Digər tərəfdən, E.Vəliyevə sui-qəsd cəhdi etmiş adam ikinci dəfə ona necə rahatlıqla yaxınlaşa bilib, onun qoruması üçün addımlar atılmaması da maraq doğurur.

Son rəsmi açıqlamaya qədər qanlı olayın motivi bilinmirdi və bu gedişat dövriyyəyə çoxlu versiyaların girməsinə səbəb olurdu. Artıq ortada rəsmi motiv var və belə görünür ki, hadisə dini zəmində törədilib. Yunis Səfərov isə əslində xarici güclərə xidmət edən bir terrorçudur.

İyulun 6-da Yunis Səfərov Xəzər TV-yə də danışıb. O, Gəncədəki hadisəni törətdiyini etiraf edir, tutulandan sonra polis tərəfindən işgəncəyə, təzyiqə məruz qalmadığını, vəkillə təmin olunduğunu bildirir.

Yada salaq ki, hadisədən sonra səslənən əsas versiyalardan biri də məhz icra başçısının dini zəmində güllələnməsi ilə bağlı idi. Bu versiyanı inandırıcı edən bəzi məlumatlar da vardı. Yotube kanalında Yunis Səfərovun həyat yoldaşı olması iddia edilən bir qadının səs yazısı yayılmışdı. Həmin səs yazısında qadın iddia edir ki, icra başçısının Y.Səfərov tərəfindən atəşə tutulması onun müsəlmanların dini inanclarını təhqir edən hərəkətlərə yol verməsi ilə əlaqədar olub. Hətta iddia olunurdu ki, Yunis Səfərov Elmar Vəliyevi müsəlmanları, İmam Hüseyni təhqir etdiyi, Aşura günü şərab festivalı keçirdiyi üçün öldürmək istəyib.
Atası biznesmen, anası müəllim olan Yunis Səfərov – Elmar Vəliyev işinin inanılmaz sensasiyalarıBu arada ortada maraqlı bir iddia da var. Xural.com saytının baş redaktoru Əvəz Zeynallı "Yeni Müsavat"a baş verənləri şərh edərkən deyib ki, Yunis Səfərovu tanıyanlar onun Gəncə Şəhər İcra Hakimiyyətində işlədiyini bildiriblər: "İnandığım mənbələr deyir ki, Yunis Səfərov Moskvada hüquq təhsili alıb, ağıllı və istedadlı şəxsdir. O, bir müddət Elmar Vəliyevin yanında işləyib. Yunis Səfərov Elmar Vəliyevin mühafizəsində də olub. İcra başçısının həyat tərzi, dünyaya baxışı ilə razılaşmayıb və yolları ayrılıb. Aralarında ciddi problemlər, söz-söhbət olub".

Ə.Zeynallı deyir ki, hadisədən az sonra Gəncədən aldığı məlumatlarda Yunis Səfərovla Elmar Vəliyevin arasında söz-söhbətin başçıya "səni öldürəcəyəm" hədəsi ilə başa çatdığı qeyd olunub: "Ola bilər ki, Yunis Səfərov bu hədəni gerçəkləşdirmək üçün gedib radikal dini qruplara qoşulub. Bunu istisna etmək olmaz. Bütün hallarda səbəb də ortaya qoyulmalıdır. Hər nə olsa belə, Yunis Səfərovun addımına bəraət yoxdur. Ortada konkret qanlı aksiya var və bu, təqdir edilə bilməz. Gəncədə əksəriyyətin Elmar Vəliyevə kin-kidurət bəsləməsi də aydınlaşdırılmalı və nəticə çıxarılmalıdır. Bu qədər zalımlığa yol verilməsinin qarşısı vaxtında alınmalı idi. Bunu etməyiblərsə, niyə belə oldu sualına cavab axtarmalıdırlar"...

Atası biznesmen, anası müəllim olan Yunis Səfərov – Elmar Vəliyev işinin inanılmaz sensasiyalarıHüquq fakültəsinin məzunu silaha niyə sarılıb?

Bu arada mühacirətdə olan jurnalist Qənimət Zahid Yunis Səfərovun kimliyinə aydınlıq gətirən bir status paylaşıb. Q.Zahid facebook divarında bölüşdüyü statusda yazıb ki, Yunis Səfərov Moskvada təhsil alıb: "Moskva Mədəniyyət və İncəsənət Universitetinin hüquq fakultəsini bitirib. Sonra Moskvada 157 nömrəli orta məktəbdə tarix müəllimi işləyib. Məktəbin keçmiş direktoru ilə danışa bildim. "Yunis olduqca mədəni, ziyalı, kübar bir gəncdi" - dedi".

Səfərovun atası Moskvada imkanlı biznesmendir, bahalı maşınlar həvəskarıdır
Hadisədən sonra Səfərovun ötən il Rusiya vətəndaşlığı alması haqda məlumatlar yayılmışdı. Lakin məlum olur ki, Yunis Səfərov iddia olunanların əksinə, Rusiya pasportunu ötən il almayıb. Pasportda verilmə tarixi kimi 28.02.2017-ci il göstərildiyi üçün mətbuatda idda edilir ki, Yunis Səfərov həmin tarixdə Rusiya vətəndaşı olub. Halbuki pasportun etibarlılıq tarixi bitdiyi üçün həmin tarixdə yenisi ilə əvəz olunub.

Rusiyada vətəndaşların ünvanları, telefon nömrələri, adlarına olan avtomobillərin seriya nömrələri və digər bu kimi məlumatlar hər kəs üçün açıq olan internet resurslara yerləşdirilir. İnternetdə axtarış verildiyi zaman məlum olur ki, Yunis Səfərovun adına 2004-cü ildə "VAZ-04" və "VAZ-07" markalı avtomobillər olub və qeydiyyat ünvanı kimi Moskva şəhərində yerləşən Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80 göstərilib. Bu isə o deməkdir ki, iddia olunanların əksinə olaraq, 2004-cü il tarixində Yunis Səfərovun qeydiyyat ünvanı kimi Moskva şəhəri göstərilir. Ünvan məlumatlarına baxıldığı zaman məlum olur ki, Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80-də 26.09.1983-cü il təvəllüdlü (35 yaş) Səfərov Yunis Rafiq oğlu, 05.01.1959-cu il təvəllüdlü (59 yaş) Səfərov Rafiq Yunis oğlu və 03.09.1926-cı il təvəllüdlü (92 yaş) Səfərov Yunis Rafiq oğlu da qeydiyyatda olublar. Ad və soyadlardan belə görünür ki, Rafiq Səfərov icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovun atasıdır. Milli.az yazır ki, Yunis Səfərovun atası bahalı avtomobillərin həvəskarı olub. Rafiq Səfərovun tərcümeyi-halına baxdığımız zaman məlum olur ki, bu şəxs Rusiyada uzun illər biznes fəaliyyəti ilə məşğul olub. Yunis Səfərovun atası 2006-2015-ci illərdə rəsmi olaraq "TİM MARKET" Səhimdar Cəmiyyətinin əsas səhmdarı olub.

Əsasən spirtli içkilər və siqaretin topdansatışı ilə məşğul olan "TİM MARKET"-in 75%-i Rafiq Səfərova məxsus olub. Digər 25%-lik hissəyə isə başqa bir azərbaycanlı Əziz Sadıqov sahib olub. Şirkətin direktoru Aleksandr Kosarevin isə müxtəlif vaxtlarda müxtəlif şirkətlərə rəhbərlik etdiyi bildirilir. Bu şəxsin rəhbərlik etdiyi şirkətlərin bəzilərinin adının Azərbaycanla bağlı olması ("Seymur", "Topaz") onu göstərir ki, o, azərbaycanlılara məxsus biznesin idarə olunmasında iştirak edir. 2015-ci ildə "TİM MARKET"-in ləğv olunduğu göstərilsə də, Aleksandr Kosarevin həmin tarixdən başqa bir şirkətə rəhbərlik etməyə başlaması onu göstərir ki, şirkət yeni adla fəaliyyətini davam etdirir. Yunis Səfərovun atası ilə bağlı maraqlı məqamlardan biri də odur ki, 1997-2002-ci illər ərzində Rafiq Səfərovun adına 10-dan çox bahalı avtomobil qeydiyyata alınıb.

Yekunda onu deyək ki, bütün məlumatlara görə, Azərbaycanı hansısa xarici güclər qarışdırmaq istəyir. Buna görə də insanlarımız və media quruluşları ayıq olmalı, hər bir təhrik və çağırışı Azərbaycana qəsd cəhdi kimi qiymətləndirməlidir.

"Yeni Müsavat"
OXŞAR MÖVZULAR