Polkovnikdən Baş Prokuror və səhiyyə nazirinə SƏRT TƏNQİD: "Yalançı səhiyyə naziri Oqtay Şirəliyevi..."

16:40 6.07.2018 523
Polkovnikdən Baş Prokuror və səhiyyə nazirinə SƏRT TƏNQİD: "Yalançı səhiyyə naziri Oqtay Şirəliyevi..."

Əziz dostlar! Hörmətli həmkarlar!

Təkrar etməyə məcburam. Heç bir siyasi mənsubiyyətim olmayıb və yoxdur. Söhbət müstəqil Azərbaycan dövlətinin yarandığı gündən bu vaxta kimi olan dövrdən gedir.
Ölkə başçısının rəhbərliyi altında keçirilən enerji böhranı ilə əlaqədar müşavirə ilə bağlı bəzi fikirlərimi sizlərlə bölüşmək istərdim.

İlk dəfə idi ki, cənab prezidenti bu qədər pərişan və əsəbi görürdüm. Bir insan və Azərbaycan vətəndaşı kimi onu çox yaxşı başa düşürəm.Kim necə anlıyır elə də qəbul etsin. Dövlət başçısının etibar edib vəzifəyə təyin etdiyi xeyli məmur və vəzifəli şəxslər, sadə dillə desək, ona xəyanət edib və edir. İndi durub müşavirədə ozunu çox ağıllı və dövlət adamı kimi göstərməyə cəhd etməklə deyil e, cənab yoldaşlar.

Sizə həvalə edilən sahəyə azca, çox demirəm, cüzi diqqət etsəydiniz, vallah Azərbaycan adına yaşadığımız xoşagəlməzliklər qətiyyən olmazdı. Ölkənin taleyinə cavabdehlik daşıyan qurumlardan birinin çox əzəmətli və kifayət qədər imkanlı, hörmətli naziri Kəmaləddin Heydərov müəllim durub ölkə başçısına deyəndə ki, FHN-nin Azərenerji bossuna (başqa söz ona uyğun gəlmir) Etibar Pirverdiyevə etdiyi iradlardan o nəticə çıxartmayıb, mən dəhşətə gəldim. Deməli, Etibar Pirverdiyevin ölkə adına gətirdiyi ziyanların bir 5 qat artığını biz hörmətli Kəmaləddin müəllimdən soruşmalı və tələb etməliyik. Maşallahlar olsun ölkəmin Baş prokuroru Zakir Qaralov da son vaxtlar kifayət qədər ətə-cana gəlib. Əsl cənnət həyatı yaşayan amerikan kişilərdən biri təsirini bağışladı mənə, ölkənin 1 saylı qanun keşikçisi. Deməli, onun üçün hər şey əladır və istəməyənin gözü çıxsın. Amma, sizi varlığım qədər əmin edirəm ki, əgər hörmətli Baş prokuror vaxtında Etibar Pirverdiyevi, elə müşavirədə bül-bül kimi ölkə başçısına az qala "nayezd" eləmək istəyən yalançı səhiyyə naziri Oqtay Şirəliyevi və digərlərini bir balaca silkələsəydi, vallah bu rəzalət yaşanmazdı.

Cənab prezident, sizi inandırım ki, sizin üzünüzə gülüb, sizə və Azərbaycan xalqına guya sədaqətli olan məmurların xeyli hissəsi tam qeyri-səmimi və təsadüfi adamlardır. Onların Sizə və Azərbaycan xalqına guya vicdanla xidmət etdiklərini deməsi, sadəcə öz "şkuralarını" qorumaqdan başqa bir hərəkət deyil. Müşavirədən sonra da mən əmin deyiləm ki, onlar işlərində ciddi dönüş yaratsınlar. Siz onlara qarşı bir qədər sərt və amansız davranın. İstəməzdim ki, sözlərimi başqa yerə yozsunlar. Belə məmurlarla siz hələ çox əsəb və sarsıntı keçirəcəksiniz. Yanınıza Sizə və Azərbaycana sidq ürəkdən bağlı olan kadrları toplayın. Prezident Adminstrasiyasında, Nazirlər Kabinetində, elə Milli Məclisin özündə də XEYLİ TƏMİZLƏNMƏ işi aparılmalıdır. Azərbaycanın uğurlu və xoş gələcəyi Sizi aldatmağa cəhd edən bəzi yalançı, xəyanətkar nazir və komitə sədrləri ilə deyil, Sizə, Xalqına, Dövlətinə və Dövlətçiliyinəı sadiq GƏNC Kadrlarla mümkündür. İnanın ki, onlar heç vaxt imkan verməzlər ki, sizin diliniz nə rusun, nə amerikanın, nə də fransızın yanında qısa olsun. Bivec və mafioz, yalançı və talançı məmurlardan tez bir zamanda azad olun. Sizi inandırıram ki, gənc və işlək komanda ilə Siz Möhtəşəm Tarix yazmış olacaqsınız. Bunu da Sizə mən, Azərbaycanda doğulub, elə Azərbaycanda da ölməyə üstünlük verən bir sadə peşəkar zabit olan birisi deyirəm.

P.S. 1994-cü ilin mart ayında döyüşlərin səngiməsinə bir müddət qalanda, mən Beyləqan İcra hakimiyyətinin binasında Silahlı Qüvvələrin bütün komanda-qərargah heyətinin toplantısında mərhum eks-prezident, Ali Baş Komandan Heydər Əliyevdən söz istədim və o məni 10 dəqiqə diqqətlə dinlədi. Və dediklərimi ŞƏXSƏN öz əli ilə qeyd etdi. Sonda da mən ondan üzr istəyəndə, o hamının qarşısında belə də dedi: "Oğul, sənin niyə üzr istəyirsən? Dediklərinin hamısı doğru və düzgün iradlardır. Qoy bunlar -üzünü zalda oturan bəzi general və məmurlara tutaraq, uca səsiylə, səndən üzr istəsinlər". Və öz müşavirləri olan rəhmətlik general Nurəddin Sadıqova və hazırda Milli Məclisdə komitə sədri olan Arif Rəhimzadəyə lazım olan tapşırıqları verdi. Doğrudur, sonradan bəzi yaramazlar mənə və ailəmə xoş olmayan çox problemlər yaşatmağa can atdılar, amma hamısı Allahın köməyi ilə cavablarını aldılar.

Təvazökarlıqdan uzaq da olsa, onu deməyi özümə borc bilirəm ki,mən o vaxt da, indi də, inşallah sabah da Xalqıma və Dövlətimə görə HAQQ sözünü deməyə davam edəcəyəm.
Tanrı Azərbaycanımızı əbədi qorusun!
Polkovnikdən Baş Prokuror və səhiyyə nazirinə SƏRT TƏNQİD: "Yalançı səhiyyə naziri Oqtay Şirəliyevi..."

Üzeyir Cəfərov
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant
Miq.Az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub