Həqiqi sağlamlığı məhdud şəxslərə «əlavə müalicəyə ehtiyac var» qeydi ilə imtina yazılır

15:57 6.07.2018 1 079
Həqiqi sağlamlığı məhdud şəxslərə «əlavə müalicəyə ehtiyac var» qeydi ilə imtina yazılır

Nə etməli, cənab Prezident?!

Adam hoqqa qayırar, day bu boyda da yox... Ölkənin əsas sosial resurslarını bu hoqqanın bir üzvünə çevirəndə, dövlət
dəyərləri heçə enir. Bəs buna kim (və ya kimlər) zəmin yaradır? Keçək mətləbə. Çünki söhbət uzananda, quzular qurda
yem olur...
Ötən yazımızda da qeyd etmişdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev aidiyyatı sahədə
baş verən məmur özbaşınalıqları, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq, korrupsiya və s. kimi halları
aradan qaldırmaq üçün tədbirlər görür, kadr dəyişiklikləri aparır. Açığı, bu da sağlamlığını itirmiş, lakin hələ də əlillik
dərəcəsi ala bilməyən xəstə insanlarda böyük ümid hissi yaradıb. İndi onlar inanırlar ki, aidiyyatı nazirlikdə sosial ədalət
prinsipləri əsas meyar sayılacaq. Bəs nazirliyin tabeçiliyində olan Tibbi Sosial Ekspert Komissiyasının işi hansı
qanunlarla tənzimlənir? Bu sual əbəs yerə verilmir, çünki vətəndaşlardan aldığımız şikayət məktubları bu sahədə
vəziyyətin heç də yaxşı olmaması anlamına gəlir. Bu prosesdə rüşvətin böyük rol oynadığı vurğulanır. Bir sıra
rayonlarda olduğu kimi, Lənkəranda da sağlamlığı məhdud insanlar əlillik dərəcəsi almaq işində inanılmaz çətinliklərlə
üz-üzədirlər. Ərz olunur ki, bu çətinliklər birbaşa Rayon Mərkəzi Xəxtəxanaları və TSEK-lərin birgə «səmərəli
fəaliyyətləri»ndən qaynaqlanır. Yəni xəstəxanalar tərəfindən (müraciətlər əsasında) tibbi sosial ekspert komissiyasına
göndərilən “Forma 88”-lərə ya bilərəkdən, ya da məqsədyönlü imtina verilir.
Redaksiyamıza şikayət etmiş şəxslər bizdən soruşurlar ki, əlillik dərəcəsinin təyin olunması məsələsi nə üçün ən çox
Lənkəranda keçilməz problemə çevrilib? Hansı səbəbə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının aidiyyatı şəxsləri (baş
həkim Ağabala Kəlbiyev, baş həkimin müavini Taleh Məmmədov və mərkəzi poliknikanın müdiri Zahir Axundov)
Tibbi Sosial Ekspert Komissiyası ilə birləşib, əlilliyə möhtac vətəndaşların sosial hüquqlarını kobud halda pozurlar?
Qısası, suallar o qədər sərtdir ki, adamın dili ağzında saqqız kimi çürüyür.
Acınacaqlı haldır: az görməmişik ki, sağlam şəxslər rüşvət gücünə əlillik dərəcəsinə yiyələniblər. Lakin həqiqi
sağlamlığı məhdud insanlar pulları olmadığı üçün dərəcə ala bilmirlər. Nə üçün belə deyirik: çünki əlillik dərəcəsi pulla
satılır. Belə olmasaydı, Lənkəran rayonu, H.Z.Tağıyev küçəsində yaşayan 1971-ci il təvəllüdlü, 3 uşaq anası, ingilis dili
müəlliməsi, 2017-ci ilin yanvarında “Beyin insulti” keçirən, lakin sağlamlığı hələ də bərpa olunmadığı üçün əlillik
dərəcəsi ala bilməyən Hüseynova Nəzakət Aydın qızı haqqın gücünü görərdi. Diqqətlə nəzər yetirin: onun Lənkəran
Rayon Mərkəzi Xəstəxanası tərəfindən TSEK-ə etdiyi müraciətlərə üç dəfə imtina gəlib, hətta bildirişlərə iki dəfə qeyd
olunub ki, “Xəstənin əlavə müalicəyə ehtiyacı var”. Ağır travma alan, insult keçirən, yaxud hansısa bir xəstəlik

səbəbindən sağlamlığı məhdud olan insanların əlavə müalicəyə necə ehtiyacı ola bilər? Bu qeydi yazanlar ya İlahi gücə
malikdirlər, ya da onlarda ekstrasenslik qabiliyyəti var. Çünki adıçəkilən şəxsin sənədlərindən aydın görünür ki, onun
sağalması müşkül məsələdir. Belə halda onun süründürməçilik və ötür-ötür oyununda iştirakçı olmasına nə zəmin
yaradır? Əlbəttə ki, pulsuzluq. Mədəni şəkildə desək, rüşvət... Bu da vətəndaşların dediyi kimi, o anlama gəlir ki, Tibbi
Sosial Ekspertiza Komissiyası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanası birgə fəaliyyətin səmərəsini çox dadıb,
məqsədyönlü şəkildə vətəndaşların əlillik dərəcəsi almasına süni maneələr yaradırlar. Niyə? Çünki əlimizdə olan
məlumata görə, TSEK- lə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının birgə sövdələşməsi nəticəsində əlillik dərəcəsi təyin
olunmasına görə, hər bir xəstə üçün bazar qiyməti 3000-4000 manat civarındadır. İndi siz deyin, bu qədər pulu olmayan
xəstə insanlara kim əlillik dərəcəsi verər ki? Belə deyək də, bu gün Lənkəranda sağlamlığı məhdud, lakin əlillik ala
bilməyən insanların cibinə uyğun pulları yoxdursa, əlillik dərəcəsindən gözlərini çəkməlidirlər...
Yaxud, nə baş verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev Nəzakət Hüseynovanın
əlillik dərəcəsi ilə bağlı TSEK-ə göndərilən müraciətlərin tam və düzgün doldurulduğunu deyir, əlavə olaraq bildirir ki,
TSEK bilərəkdən imtina verir. Bu yandan TSEK-in hazırkı rəhbəri Gülnarə Hacıyeva da deyir ki, biz yalnız mərkəzi
xəstəxanaların göndərişləri əsasında xəstələrin sənədlərinə rəy veririk.
Doğrusu, aidiyyatı iki qurum arasında hoqqa oyunu gedir. Sadə və xəstə insanlar da məcburən bu hoqqanın iştirakçısı
olurlar. İndi Nəzakət Hüseynovanın günahı nədir ki, o, xəstədir, ona “beyin arteriyalarının trombozu nəticəsində yaranan
beyin infarktı, işemik insultun qalıq əlamətləri, spastik hemirlegiya” diaqnozu qoyulub? Bəs haqq-ədalət? Hanı onun
əlillik dərəcəsi? Dövlətin etibar etdiyi məsul şəxslər haçanadək öz işlərinə məsuliyyətsiz yanacaq? Dövləti və prezidenti
aldatmaq bu qədərmi asandır? Həqiqi xəstə insanların həyatı ilə oynamaq bu qədərmi zövqvericidir?
Hətta Nəzakət Hüseynovanın etdiyi müraciətlərə Səhiyyə Nazirliyi də faktları araşdırmadan səthi cavab verib. Yaxşı,
TSEK-i və Lənkəran Rayon Mərkəzi Xəstəxanasını başa düşdük, bəs nazirlik? Faktların araşdırılması bu boyda bir
nazirlik üçün bu qədərmi çətindir?
İndi Nəzakət Hüseynova maddi və mənəvi təzyiqlərə hansı qurum tərəfindən qaldığını araşdırır. Səhiyyə Nazirliyi
birmənalı olaraq bunu bilməli və tədbir görməlidir. Ortada nəticə olmadığı üçün biz sadəcə təəssüf edirik.
Dövlətin qanunlarını bir heç sayan, öz vətəndaşına divan tutmaqdan həzz alanlar bilməlidirlər ki, xəstə və əlil insanların
haqqını yemək Allaha qarşı çıxmaqdır. Nəzakət xanım bir ANAdır. Onun bu adına hörmət qoymayanlar şübhəsiz, öz
analarına da dəyər vermirlər. Axı, heç kim həyatdan sığortalanmayıb...
Atalar da yaxşı deyib: «Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə».
Əgər Səhiyyə Nazirliyi yenə susacaq və səthi cavablarla işini bitmiş hesab edəcəksə, biz özümüz araşdıracağıq görək,
TSEK ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanası arasında gedən bu biyabırçı ötür-ötür oyununa kim hakimlik edir.
Yazıya əlavə: Bəhs etdiyimiz problem təkcə Nəzakət xanımın başında dolanmır. Lənkəranın Velədi kənd sakini, 1959-
cu il təvəllüdlü Orucova Sücabə Qənbər qızı da eyni çətinliyin girdabında əziyyət çəkir. 2010-cu ildən «ürəyin gərginlik
stenokardiyası - üçüncü dərəcəli tez-tez tutulması» diaqnozu ilə hazırda da ev şəraitində müalicə alan Sücabə xanımın da
müraciətlərinə aidiyyatı yerdən «əlavə müalicəyə ehtiyacı var» qeydi ilə imtina gəlib. Bu xanımın da əlillik problemini
Lənkəran Rayon Mərkəzi Xəstəxanası TSEK-in üzərinə atır. Demək ki, ortada cərəyan edən hadisələr bir az da
möhkəmlənsə, bu iki aidiyyatı qurum axırda bir-birləri ilə düşmən olacaqlar. Ortada əziyyəti yenə də sağlamlığı məhdud
şəxslər çəkir. Xülasə, dəyirman öz işində, çax-çax baş ağrıdır. Guya problemləri qabartmaqla kimsə Lənkəran Rayon
Mərkəzi Xəstəxanası və TSEK-in məsul şəxslərinə «ayağın yandı, geri çək» deyəcək? Ay dedi, ha. Desəydilər, bu çağa
qədər deyərdilər. Güc yenə də kasıba çatır. Qınanan yenə də kasıb olur. Nə etməli, cənab Prezident?! Siz deyin, heç kim
pulsuz iş görmür. Həqiqi sağlamlığı məhdud şəxslərə «əlavə müalicəyə ehtiyac var» qeydi ilə imtina yazılır. Bu
özbaşınalıq nə vaxtadək davam edəcək? Biz yalnız sizdən nicat gözləyirik.

Zahid Səmədov

Zamantv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT