İcra başçısını güllələyən Yunis Səfərovu hansı cəza gözləyir?

16:00 6.07.2018 552
İcra başçısını güllələyən Yunis Səfərovu hansı cəza gözləyir?


Ölkə mediasının gündəmini Gəncənin İcra başçısı Elmar Vəliyevin və mühafizəçisinin silahlı hücuma məruz qalması xəbəri zəbt edib.Rəsmi məlumata görə, iyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Cinayəti törətməkdə şübhəli bilinən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb.


Femida.az məsələnin hüquqi tərəflərinə aydınlıq gətirmək üçün araşdırma aparıb. Yunis Səfərova qarşı irəli sürülən ittihamlar məhkəmə yolu ilə öz sübuta yetirilərsə, onu hansı cəza gözləyir?Ümumiyyətlə qeyd olunan maddələrin açıqlaması nədir?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsində cinayət etməyə cəhddən bəhs olunur.

Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

Cinayət Məcəlləsinin 120.2.3. maddəsi zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; 120.2.7. maddəsi isə iki və ya daha çox şəxsi öldürmə ilə bağlıdır.

Qeyd olunan maddələrlə ittiham olunan şəxsin təqsiri şübuta yetirilərsə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

İcra başçısını güllələyən Yunis Səfərovu hansı cəza gözləyir?Praktikadan yanaşsaq,burada dövlət məmuruna silahlı hüumdan söhbət gedir. Yunis Səfərova ömürlük həbs cəzasının verilməsi daha realdır.Amma məsələnin başqa bir tərəfi də var. Məlum olduğu kimi Səfərov Yunis Rafiq oğlu milliyətcə azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır.Bu isə onun cəzasının Rusiyada çəkməsinin mümkünlüyünü qanunla təsdiq edir.

Femida.az məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü,vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb.Vəkil məsələnin detallarına aydınlıq gətirərkən bildirib ki, hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "Məhkumların cəza çəkmək üçün verilməsi haqqında" müqavilə mövcuddur.

"Ekstradisiya (cinayət törətmiş şəxsin digər dövlətə verilməsi) və cinayət işləri üzrə hüquqi yardım beynəlxalq hüquqda müxtəlif formalarda tətbiq olunur. Nəzərə alınmalıdır ki, ekstradisiya məsələsi məhkumun sosial reablitasiyasının təmin edilməsinə yönəlmiş beynəlxalq əməkdaşlığın mühüm bir formasıdır. Hazırda ölkəmiz cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahələrində "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına, "Cinayət işləri üzrə hüquqi yardım haqqında" 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyasına, Minsk Konvensiyasına, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında imzalanmış "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına (bundan sonra – Kişinyov Konvensiyası) qoşulmuş və digər bu kimi beynəlxalq müqavilələr imzalanıb. Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "Məhkumların cəza çəkmək üçün verilməsi haqqında" müqavilə mövcuddur. Bu müqaviləyə görə Tərəflər, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası bu müqavilənin müddəalarına uyğun olaraq sorğuya əsasən Tərəflərdən birinin ərazisində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş digər Tərəfin vətəndaşları olan şəxsləri cəzanı çəkmək üçün vətəndaşı olduqları ölkəyə verirlər. Cəzanın çəkilməsi üçün məhkumun verilməsi hökmü çıxaran və hökmü icra edən dövlətin təklifi ilə həyata keçirilə bilər. Eyni zamanda məhkum, onun yaxın qohumları, yaxud qanuni nümayəndəsi hökmü çıxaran Dövlətin, yaxud hökmü icra edən dövlətin səlahiyyətli orqanlarına məhkumun verilməsi haqqında vəsatətlə müraciət edə bilərlər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında bu işlər üzrə səlahiyyətli orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyidir. Hökmü icra edən Dövlət bu Müqaviləyə tamamilə uyğun surətdə verilməsi tələb olunan şəxsin qəbul edilməsindən imtina edə bilməz. Bu baxımdan Yunis Səfərovun barəsində çıxarılmış məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra cəzasını çəkmək üçün onun vətəndaşı olduğu Rusiya Federasiyasına verilməsi istisna olunmur."Femida.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO