Gömrüyün yeni rəhbəri qanunları necə tapdalayır? - Mənimsənilən milyonlar

15:15 6.07.2018 519
Gömrüyün yeni rəhbəri qanunları necə tapdalayır? - Mənimsənilən milyonlar


Dövlət Gömrük Komitəsinin il boyü müsadirə etdiyi yüz minlərlə siqaret və spirtli içkilər hara qeyb olur?

Şəffaflıq gömrük orqanlarının fəaliyyətində əsas xətt olmalıdır, lakin...

Səfər Mehdiyevin gömrük orqanlarının başına gətirilməsi bu sahəylə maraqlanan şəxslər arasında çeşidli müzakirələrin başlanmasına səbəb oldu. Yeni sədr "islahat” dedikdə kadr yerdəyişməsini və vəzifədən azad olunmasını başa düşən digər məmurlar kimi, yeniliklərə Bakı şəhər Gömürk İdarəsinin rəisini dəyişməklə başladı. Sonra daha bir neçə gömrük strukturunda kadr dəyişikliyi həyata keçirildi. Lakin bu dəyişikliklər gömrük orqanlarından dad deyən sahibkarların işini yüngülləşdirmədi. Əksinə, vəziyyət daha da qəlizləşdi. Məsələn, guya "bir pəncərə” siyasətinə keçildiyi elan edilmişdi. Lakin sahibkarların mediaya verdiyi açıqlamalardan görürük ki, "bir pəncərə”nin yanında "gizli qapı” da qoyulub ki, qanundankənar ödəmələr bu qapıdan aparılır... (Bu barədə daha ətraflı növbəti yazımızda bəhs ediləcək).

Zamantv.az milliyol.az-a istinadən bildirir ki, bundan başqa, Səfər Mehdiyevin təyinatından sonra onsuz da qeyri-şəffaf şəkildə fəaliyyət göstərən gömrük orqanları bir az da qaranlılğa çəkilib. Müşahidələrimizi bölüşək.

Tez-tez on minlərlə qutu siqaretun müsadirə olunduğu barədə xəbərlərə rast gəlirik, həmin "qənimətlər”in sonrakı "taleyi”nin necə olduğu heç kimə bəlli deyil. Gömrük hərraclarında satışa çıxarılırmı? Araşdırmamız zamanı bu barədə Komitənin saytında bircə dənə də olsun elana rast gəlmədik.

Müsadirə olunan siqaretlər məhv edilrimi? Edilirsə, harada, necə və kimin şahidliyi ilə? Bu prosesdə ictimai institut təmsilçilərindən kimsə şahid kimi iştirak edibmi? Yəni prosesin şəffaflığı təmin olunubmu? Əlbəttə, yox. O zaman il boyü müsadirə olunan yüz minlərlə siqaret hara qeyb olur. Bu siqaretlər alverçilərin od qiymtətinə satdığı, mənşəyi bilinməyən aksizsiz siqaretlər olmasın?.. Halbuki Bakıda aksizsiz siqaretlərin satılması ilə bağlı mətbuatda davamlı olaraq məlumatlar dərc olunur...

Spirtli içkilərlə də bağlı eyni vəziyyət hökm sürür. DGK-dən verilən məlumatlarda müsadirə olunmuş alkaqollu içkilərin sayı ilə qurumun veb-səhifəsindəki gömrük hərracında qeyd olunmuş spirtli içkilərin sayı arasında ciddi fərq var. Həm də bu gömrük hərraclarının hansı tarxidə verilməsi barədə bir dənə olsun qeyd yoxdur. Niyə?

Biz araşdırmalarımız zamanı Gömrük Komitəsinin saytında gömrük hərracları barədə iki elan rast gəldik. Amma həmin hərracların heç birinin keçirilmə tarixi bəlli deyil. Hərracda iştiak etmək istəyən subyekt hara, nə vaxt və hansı şəkildə müraciət edəcəyini bilinmir. Halbuki vətəndaşı məlumatlandırmaq və maarifləndirmək və hərracların vaxtı qaydası ilə bağlı məlumat vermək qurumun borcudur.

Bundan başqa, Aydın Məmmədovdan sonra Dövlət Gömrük Komitəsində satınalmalarla bağlı sahələrdə də şübhəli məqamlar ortaya çıxıb. Əvvəla, Səfər müəllimin təyinatından sonra bir dəfə də olsun kotirovka elanı verilməyib. Halbuki növbəti yarım il üçün Komitənin ehtiyaclarının ödənməsi üçün bir neçə kotirovkanın keçirilməsi vacib idi. Buna baxmayaraq hələ ki, bu vacibat yeni rəhbərliyin yadına düşmür.

DGK-nın rəsmi veb səhifəsindəki son vaxtlar verilmiş kotirovka elanlarına diqqət etdikdə müraciətlərin son tarixi göstərilmir. Görəsən niyə? Komitə bununla hansı əməliyyatlara əlyeri qoymaq istəyir?..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu