Ölkədə saxta araq biznesinin favoriti... - Bu sahə nəzarətsiz qalıb

10:18 6.07.2018 1 027
Ölkədə saxta araq biznesinin favoriti... - Bu sahə nəzarətsiz qalıb
Ölkədə saxta araq biznesinin favoriti... - Bu sahə nəzarətsiz qalıb
Ölkədə saxta araq biznesinin favoriti... - Bu sahə nəzarətsiz qalıb


Hələ bu ilin martında Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan sağlamlığına ciddi təhlükə yaradan saxta, tərkibi məlum olmayan spirtli içkilər hazırlayan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-tədbiri həyata keçirilmişdi. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində xarici dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrini eyni adlar altında qanunsuz olaraq hazırlayan Bakı şəhər sakini Cabir Həsənov və qohumu Dadaş Həsənov saxlanılıblar.
Saxlanılan şəxslərə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli anbara və sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya”, “Absolut” araqları, “Jack Daniels” və “Chivas regal” viskiləri, bu içkilərin hazırlanmasında istifadə edilən mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və digər avadanlıqlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qanunsuz yolla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz, istifadəyə tam yararsız və ən əsası insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilmişdir…

Bəs qanunsuz araq istehsal edən MMC-lərə nə gəlib?

“Təzadlar” müntəzəm olaraq istehlakçı hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı şikayətlər dərc edib, araşdırmalar aparıb. Oxucular xatırlayar, hələ neçə il əvvəl əməkdaşlarımız Bakının “NZS” qəsəbəsindəki gizli sexdə adi texniki sudan saxta bulaq suyu istehsalı ilə məşğul olan Türkiyə vətəndaşlarının qanunsuz əməllərinin üstünü açmışdı...
İstehlakçı hüquqlarının daha çox pozulduğu sahələrdən biri də araq istehsalıdır. Xarici ölkələrin məşhur brendindən istifadə edərək saxta araq istehsal edərək qanunsuz əməllərlə məşğul olma halları son illər daha da artıb.
Dünən Bakı şəhər sakini Rauf Həmidovun redaksiyamıza təqdim etdiyi “Oryol” və “Kiyev” araqları ətrafında apardığımız jurnalist araşdırması isə dəhşətli faktları üzə çıxardı… Bizə təqdim edilən “Oryol” və “Kiyev” araqlarının üzərinə baxış keçirdik. Məlum oldu ki, şikayətçi də bu istiqamətdə saxtalığına şübhələri olan araqların harada istehsal olunması ilə ciddi məşğul olub:
-Buyurun, siz də baxın, bu araqların üzərində “Ağsu-şərab” MMC yazılıb, yəni istehsalçı bu MMC-dir. Lakin Ağsuda belə bir istehsalçı yoxdur. Adı çəkilən MMC-nin isə hüquqi ünvanı belədir: "Ağsu şəhəri, Firdovsi küç.-7". Həmin ünvana da getdim, bu ünvan da saxtadır, orada elə bir MMC yoxdur. Məhsul istehsalçının yeri-yurdu dəqiq bilinməlidir. Məsələn, mən bu saxta arağı istehsalçıya harada çatdırmalıyam? Araşdırma apardım, məlum oldu ki, bu araqlar Bakıda istehsal olunur və Adil Bağırov adlı iş adamına məxsus “Kristal+” MMC-nin istehsalıdır. Yaxşı, əgər bu araqlar qeyd olunan MMC-nin məhsuludursa və Bakıda buraxılırsa, onda niyə üzərinə “Ağsu-şərab” MMC yazılıb? Hətta qaydaya görə, məhsulun üzərində istehsalçının telefonu da yazılmalıdır. Sən demə, Adil Bağırov adlı sahibkar hazırda istər Azərbaycanda, istərsə də xarici ölkələrdə Ağsu brendini qazanmış, məşhurlaşmış bir istehsalçının minbir əziyyətlə qazandığı reklamından ucuz yolla bəhrələnmək istəyib. Bu isə ciddi qanun pozuntusudur, istehlakçını əsaslı şəkildə aldatmaqdır... Ən maraqlısı budur ki, bu saxta, mən artıq belə deməyə məcburam, araqların etiketini buraxan mətbəələrin də məsuliyyəti yaranır, bu saxta sənəd-etiket istehsalıdır. Xahiş edirəm, bu məsələni hüquq mühafizə orqanlarının diqqətinə çatdırın ki, sahibkar Adil Bağırovun bu qanunsuz əməlinin qarşısı alınsın...

Bəs istehsalçının əlaqə telefonu niyə işləmir?

Adı çəkilən araqların etiketinin üzərində əlaqə telefonu da var: 070-271-00-06. Dəfələrlə zəng etsək də, telefon işləmirdi. Bəs görəsən sahibkar Adil Bağırov bu telefonun işləmədiyindən xəbərsizdirmi? Doğrudanmı kimsə indiyədək bu telefondan istifadə etməyib, zəng qəbul etməyib...

“Çernıy volk” və “Merkuri” saxtakarlığı...

Şikayətçi müstəqil araşdlrması zamanı başqa bir fırıldağın da üstünü açıb. Onun redaksiyamıza gətirdiyi “Çernıy volk” və “Merkuri” araqları da saxtakarlıq nümunəsi idi:
-Şübhələrim və təsadüfi rastlaşma ilə məlum etdim ki, “Çernıy volk” və “Merkuri” araqların da istehsalçıları Ağsu brendindən saxtakarcasına sui-istifadə eşqinə düşüb. Bu araqların üzərində istehsalçı kimi yazılıb: “Ağsu-D.E.N” MMC. Hüquqi ünvan da göstərilib: “Azərbaycan Respublikası, Ağsu şəhəri, 4-cü məhəllə”. Etiketdə isə telefon göstərilməyib... Neçə gün əvvəl Gəncəyə gedirdim, maşını həmin ünvana sürdüm, qapını bir yaşlı qadın açdı, araq istehsalı deyəndə, qadının az qala ürəyi getmişdi...
Ölkədə saxta araq biznesinin favoriti... - Bu sahə nəzarətsiz qalıb
(Şəkildə: Adil Bağırov)
Ölkədə saxta araq biznesinin favoriti... - Bu sahə nəzarətsiz qalıb

Sonra bu araqlardan satan dükanlarda apaşdırma apardım, məlum oldu ki, bu araqlar isə, əslində, Tovuzda buraxılır, Nazim Şükürov adlı şəxsə məxsus sexdir. Nazim Şükürov da həmkarı olan sahibkar Adil Bağırov kimi saxta və qanunsuz əmələ yol verib, Ağsu brendindən sui-istifadə etməyə çalışıb... Sizdən xahiş edirəm, ölkənin nüfuzlu və obyektib mətbuatı kimi, bu məsələni ictimailəşdirin, materialları hüquq mühafizə orqanlarına göndərin, bu qanunsuz əməllərin qarşısı alınsın. Axı əməlinizdə təmizlik və halallıq varsa, niyə öz adınızdan deyil, başqasının adından istifadə edirsiniz???
Ölkədə saxta araq biznesinin favoriti... - Bu sahə nəzarətsiz qalıb
Ölkədə saxta araq biznesinin favoriti... - Bu sahə nəzarətsiz qalıb
Ölkədə saxta araq biznesinin favoriti... - Bu sahə nəzarətsiz qalıb
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub