Kəlbəcərli müəllimlərin dəhşətli xatirələri: “Dişlərimiz, başımızın tükü tökülmüşdü”

16:47 2.04.2018 564
Kəlbəcərli müəllimlərin dəhşətli xatirələri: “Dişlərimiz, başımızın tükü tökülmüşdü”
Bu gün Kəlbəcər rayonunun işğalından 25 il ötür. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edib.

70 min nəfərdən çox əhalisi olan Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb. İşğaldan sonra rayonun məktəbləri də digər bölgələrə köçürülüb. Kəlbəcərdə təhsil alan şagirdlər və dərs deyən müəllimlər həmin məktəblərə yerləşdirilib. Bu da onlarda bir çox çətinliklərin, ağrı-acıların başlanğıcı olub. İnsanlar təkcə yurd-yuvalarını itirməyib, ayrı-ayrı yerlərə səpələnən kəlbəcərlilər həm də təhsilini, yaşam tərzini itiriblər.

Moderator.az xəbər verir ki, AzEDU-nun əməkdaşı 25 il ərzində onların adaptasiya prosesini, Kəlbəcər məktəblərində təhsil alan şagirdlərin təhsil durumunu öyrənmək üçün həmin məktəblərlə əlaqə saxlayıb.

Gəncə şəhəri 15 saylı məktəbin nəznində yerləşən Kəlbəcər rayon 7 nömrəli tam orta məktəbin direktoru Fazil Əhmədov bildirib ki, 25 il öncə bu gün, qarın-çovğunun içində, acınacaqlı vəziyyətdə yurdlarından didərgin düşüblər: “Yerdəyişməylə əlaqədar uşaqların çoxunda xəstəliklər yarandı. Bu da onların yaddaşına, şüuruna, qavrama qabiliyyətinə mənfi təsir göstərdi. Kəlbəcərin iqlimi ilə digər bölgələrin iqlimi eyni olmadığına görə böyüklər arasında etnik qırğınlar baş verdi. Şagirdlər, müəllimlər vaxtından əvvəl bir çox xəstəliklərə yoluxdular. Bizim özümüz də çox çətinliklər çəkdik. İşğal şagirdlərimizə həm psixoloji, həm mənəvi cəhətdən böyük sarsıntılar yaşadıb. Köçdüyümüz yerlərin şəraitinə uyğunlaşmaq, oraları tanımaq çox çətin oldu. Bu günün əzabını həm böyüklərimiz, həm də uşaqlarımız çəkir. Bu əzabı Kəlbəcər işğaldan qayıdana qədər də çəkəcəyik. Əgər bir ailədən övlad evlənib ailəsindən ayrılırsa, həyata sıfırdan başlayır. Bizdə isə hər şey mənfidən başladı. Müəllimlərin ağzında dişlərinə, başlarında tüklərinə kimi tökülmüşdü”.

Gəncə şəhəri, ADAU-nun nəzdində yerləşən Kəlbəcər rayon 1 nömrəli tam orta məktəbin Biologiya müəllimi Gülşən Nağıyevanın sözlərinə görə, işğaldan sonra yerdəyişmə acınacaqlı şəkildə baş tutub: “Qaranlıq, şəraitsiz otaqlarda dərs keçirdik. Məktəbin kollektivini bina təmir olunduqdan sonra qərargah deyilən yerə köçürdülər və çox çətinliklər çəkdik. Hazırda vəziyyət yaxşıdır, məktəbin istilik sistemi də var. Amma bunların heç biri Kəlbəcəri əvəz etmir. Kəlbəcəri versələr bu dəqiqə dizin-dizin gedərik”.

Goranboy rayonunda yerləşən Kəlbəcər rayon 28 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Səadət Xəlilova məktəb kollektivi olaraq hazırda işğal günü ilə əlaqədar şəhidlərin abidəsini ziyarət etməyə getdiklərini qeyd edib: “Həm müəllimlər, həm şagirdlər, həm də valideynlər olaraq əzab-əziyyətlər çəkdik. Elindən, obasından yurdundan qopan insanlar yenidən həyat, ev-eşik qurmaq, yenidən təhsil almaq istəyirdilər. Fidan şagirdlərimizin məktəbə qəbul olması prosesi ağrılı-acılı oldu. Günlərini yollarda, maşınlarda, vertolyotlarda keçirən şagirdlərimiz olub. 1-ci sinfə qəbul olan məktəblilərimiz işğalla bağlı xatirələrini müəllimlərinə danışanda məktəbdə fəryad səsləri göyə qalxırdı. Kitabını, dəftərini, qələmini, əmək kitabçasını, diplomunu vətənində qoyub gələn insanlar necə ola bilərdi? Müəllimlərimizin hələ də bir çoxunu axtarıb-tapa bilmirik. Hazırda da çox çətinliklərimiz var. Məsələn, hazırkı məktəbi ikinci təhsil ocağı kimi istifadə edirik. Xocalı məktəbiylə eyni binadayıq. Onlar səhər, biz isə günortadan sonra növbələşərək dərs keçirik. Bu da bizə çətinliklər yaradır. Ayrıca məktəbimiz olsaydı, çox gözəl olardı. Şəhidlərin abidəsini ziyarət etdikdən sonra məktəbdə geniş tədbirimiz olacaq. Həmin günləri hazırladığımız videolentlərlə şagirdlərə çatdıracağıq”.


Mingəçevir rayonunda yerləşən Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbinin keçmiş direktoru Zahid Süleymanov deyib ki, şagirdlərimiz torpağını, vətənini sevmək yolunda tərbiyə olunurlar: “Müəllimli, şagirdli hər birimizin Kəlbəcərdən ötrü burnumuzun ucu göynəyir. Müəllimlərin əksəriyyəti kəlbəcərlilərdir. Vətən qeyrəti onların hər birinin qəlbində yaşayır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu