Xəbər verdiyimiz kimi, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı teleaparıcı Hacı Nuran paylaşım edib. O, güllələnən icra başşısı ilə birgə fotosunu baylaşaraq bu şərhi yazıb: "Gəncənin icra başçısı Elmar Vəliyev hal-hazırda xəstəxanadadır. Allah şəfa versin".
Xatırladaq ki, icra başçısı Elmar Vəliyevin sui-qəst xəbərini oxu.az saytı yayıb.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Hacı Nuran hazırda Almaniyada xəstəxanada müalicə alır.
Zamantv.az