"Efirdə özlərini idarə edə bilmirlər"

15:00 2.07.2018 569
"Efirdə özlərini idarə edə bilmirlər"


"ATV maqazin onlarla"nın "Hit-parad" rubrikasının bu dəfəki qonağı müğənni Ramal İsrafilov olub.

Zamantv.az axşam.az-a istinadən bildirir ki, ifaçı onuncu yerə Ramil Nabran, Rəhim Rəhimli və Nadir Nəğd Pulun ifa etdiyi mahnını layiq görüb:


"Hər üçü partdadırlar. Bu da çıxdı, eyni tərzdə mahnıdır. Rəhim də qoşulub onlara. Amma Rəhimə demək istəyirəm ki, öz tərzində olan mahnılara ehtiyac var. O, nə etsə də, səhnə üçün edir. Yaraşır da. Geyindiklərini kim geyinir? Heç kəs. Tənqid edirlər. Amma olmaz qətiyyən. Bu insan şou göstərir".
Ramal doqquzuncu yeri müğənni Günay İbrahimlinin yeni mahnısına verib:

"Aygün xanım çox böyük sənətkarımızdır. Mahnılarını, əsərlərini sevə-sevə dinləyirəm. Amma bu mahnısı nədənsə heç ürəyimə yatmadı. Aygün Səmədzadə ruhu görmədim burda. Günay da çalışqan xanımlardan biridir. Sarı simi tərpətmədi".

İfaçı əməkdar artist Manana Çaparidzeyə aranjimançısını dəyişməyi məsləhət görüb:

"Bu xanımı çox istəyirəm. Aranjimançısı mənim mahnılarımı da aranjiman edən şəxsdir. Bir az tərzi dəyişsə, yaxşı olar. Səhnəsini də sevirəm. Bir dəqiqə yerində dayanmır. Bu xanımın mahnıları insanın qulağına 3-4 ay keçdikdən sonra oturur".

Yeddinci yerə Əhmədin "Canan"ını layiq bilən Ramal mahnını bəyəndiyini deyib:

"Mahnılarında şıltaqlıq var. Obrazlarda məktəbli qızların, oğlanların ab-havası var. Yaxşıdır, belə də getsin. Bəzi böyük-böyük danışan ulduzlar kimi, repertuarını dəyişməsin".

İfaçı Miri Yusifin mahnısına altıncı pilləni verib:

"Axır 3-4 ildir Miri Yusifi səsi moddur. İfaları da öz tərzinə uyğundur. Yəni burada böyük bəstəkarlıqdan, sənətdən söz açmağa ehtiyac yoxdur. Gündəm üçün modda olan öz tərzi ilə seçilən ifaçıdır".

İsrafilov beşinci yerə layiq gördüyü Ceyhun Əliyevin adını xatırlamayıb:

"Beşinci yerə şəkil yandıran oğlanı qoymaq istəyirəm. Qardaşlarımla, mənimlə dostdur, bizdə qalıb. Nə bilirsənsə də, aqressiyan varsa da, bunu tamaşaçılar qarşısında etmək olmaz. Ayıbdır. Böyük də düz eləməmişdi. Elza Seyidcahan Damlanın şəklini cırmışdı. Elza xanımı da başa düşürəm, əsəblərini cilovlaya biməyib. O xanımın daxili gözəldir. Sadəcə, efir qarşısında özlərini idarə edə bilmirlər. Ceyhun da düz eləmədi. Mahnı da xoşuma gəlir".

Ramal xalq artisti Brilliant Dadaşovanın duet formasında təqdim etdiyi mahnını "Hit-parad"ın dördüncü pilləsinə layiq görüb:

"Mənim bir çox mahnılarımı ifa edən sənətkarımız. Vaxtı ilə mənə dəstək olub, Brilliant xanım. Duet ortağı ilə bir məktəbdə dərs almışıq. Bəlkə mahnı o qədər də sanballı deyil. Amma Brilliant Dadaşova imzası olan hər şey dəyişilir, öz keyfiyyətini göstərir".

Sənətçi Murad Arifin mahnısına üçüncü yeri verib:

"Murad Arif çox maraqlı aparıcıdır. Yaxşı mahnılar yazır. İfaçı kimi də səsi hansısa diapozona çatır. Elə mahnılar var bir də gördün ciyildiyir. Super. Çox savadlı oğlandır".

Ramal xalq artisti Aygün Kazımova və Raufun duetinin yüksək səviyyədə olduğunu deyib:

"Mənim mahnılarımın gözəl ifaçısı, xalq artistimiz, diva və Raufun dueti. Raufu hərdən mənə oxşadırlar. Kazımova və Raufun iş birliyi çox xoşuma gəldi. Xüsusilə rəqslərini bəyənirəm. Klip, hər şey yüksək səviyyədədir. Çox əladır".

İfaçı Xatirə İslamla iş birliyinin olacağını qeyd edib və onu birinci edib:

"Xatirəni çox istəyirəm, haqqımda yaxşı sözlər demişdi. İstədiyindən deyib ki, haradadır bu ifaçılar, niyə gündəmdə deyillər. Mən rayona getmişdim. Qoyun kəsmək özü böyük bir məktəbdir. Xatirə də məndən mahnı gözləyir. Bu yaxınlarda iş birliyimiz olacaq. Mənə dedi ki, səni ikinci yerə qoydum, imkan olsaydı, birinci yerə qoyardım. Birinci yerə xalq artisti Brilliant Dadaşovanı qoydum. Biz böyüklərə hörmət edirik axı. Sən böyüyə hörmət etdiyinə görə də təşəkkür edirəm. Mən də səni birinci yerə layiq görürəm. Mahnı hit olmasa da olar, səsi gözəldir".

Ramal onluqdan Niyam Salamini uzaqlaşdırıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU