Bu gün Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Polis işçisi Rüfət İsmayılov tabel silahı ilə özünü güllələyib. Hazırda yaralı Rüfət Kliniki Tibbi Mərkəzdə əməliyyat olunur.
İlkin araşdırmalar zamanı onun Nəsimi RPİ-nin əməkdaşı və rütbəcə leytenant olduğu məlum olub. Bundan başqa Rüfətin keçmiş polis rəisi, təqaüddə olan Vaqif İsmayılovun oğlu olduğu deyilir. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalara başlanılıb.
ölke.az
Zamantv.az