“AĞ ŞƏHƏR” SAKİNLƏRİ TƏHDİDLƏRƏ MƏRUZ QALIR - Ev sahibinin razılığı və məhkəmə qərarı olmadan sakinlərin evləri sökülür...

17:56 4.10.2022 184
“AĞ ŞƏHƏR” SAKİNLƏRİ TƏHDİDLƏRƏ MƏRUZ QALIR - Ev sahibinin razılığı və məhkəmə qərarı olmadan sakinlərin evləri sökülür...


“Bir insanı uzun müddət aldatmaq olar, bir neçə adamı bir müddət aldatmaq olar,
amma bütöv bir xalqı aldatmaq hələ heç kəsə nəsib olmayıb”
Avraam Linkoln

Təxminən iki əsr öncə Azərbaycanın Abşeron bölgəsində tapılan neft iqtisadiyyatın inkişafına təkan verdi. Bu səbəbdən, ərazidə neft emalı müəssisələri tikildi. Lakin əvvəl Çar Rusiyasının, sonra isə Sovet İttifaqının müstəmləkəsi olan Azərbaycanda neft çıxarılan və emal edilən ərazilərdə ekoloji durum bərbad vəziyyətə düşdü.

Yalnız müstəqillik əldə edəndən sonra bu ərazilərin təmizlənməsi məsələsi gündəmə gəldi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının “Qaraşəhər” adlanan ərazidə yeni “Ağ Şəhər” layihəsi həyata keçirilməyə başlanıldı. Prezidentin və dövlət qurumlarının müvafiq sərəncamlarına görə, bu ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürülməli, torpaq qatı təmizlənməli, yeni yaşayış massivi salınandan sonra, sakinlər mənzillərlə təmin edilməli və ya müvafiq qanunlara görə onlara kompensasiya ödənilməli idi. Lakin son illər ərzində redaksiyamıza daxil olan çoxsaylı şikayətlər belə deməyə əsas verir ki, bir çox layihələr kimi, “Ağ Şəhər” layihəsi də korrupsioner məmurlar “iştahına qurban verildi”. Söhbət ondan gedir ki, prezidentin xoşməramlı təşəbbüsünə baxmayaraq, bir sıra məmurlar öz ciblərinin doldurmaq üçün sakinləri narazı saldılar, onların malına-mülkünə göz dikdilər. Aşağda adları sadalanan Xətai rayon sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına ünvanlanan məktub da dediyimizin bariz nümunəsi hesab oluna bilər.

Belə ki, Xətai rayonunda vaxtilə “Qaraşəhər” adlanan ərazinin sakinləri - Cəbrayılov Tahir, Qasımov Kərim, Qaibxanov Cəlaləddin, Paşayev Vahid, Əhmədova Dilarə, Babayev Nizami, Məmmədov İlyas, Əliyev Fərhad, Tahirov Uluğbəy, Əhmədov Elçin, Sadıxov Allahverən, Nağıyev Zahid, Həbiyev Əhli, Əsgərov Zahid, Quliyev Şakir və s. şikayətçilər ədalətsizliklə üzləşdiklərini qeyd edərək, ölkə başçısından kömək istəyirlər. Onlar qeyd edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 262 saylı, 11.06.2007-ci tarixli sərəncamında bu işlərin yerinə yetirilməsi “ADEC” Azərbaycan İnkişaf Şirkətinə həvalə edilib. Lakin sözügedən qurum bu işin “nəzərdə tutulan müddət ərzində öhdəsindən gəlmədiyinə” gərə, bu tədbirlərin görülməsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 225 saylı, 10.06.2013-ci tarixli, heç bir hüquqi əsası olmayan sərəncamı ilə şəxsən Xətainin icra başçısı Razim Məmmədova həvalə edilir. O gündən bu yana qəsəbə sakinlərinin qara günləri başlayır:

“Maliyyə Nazirliyinin tövsiyəsi ilə (Xətai RİH-nin təqdim etdiyi sənədlərə istinadən) müstəqil qiymətləndirmə şirkərti olan “ƏQD” MMC-nin 53/M saylı 24 fevral 2017-ci il tarixli məktubunda AR 987-IIIQ saylı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3 , 56.1.2 , 58.3, 66.4.4 maddələrinə və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3. bəndinə əsasən, 20 % əlavə haqq ödənilmək şərti ilə yaşayış evlərimizin köməkçi sahəsinin 1 kv.m. (dəhliz, mətbəx, sanitar qovşağı) - 750 manat, yaşayış sahəsinin 1 kv.m. (qonaq otağı , yataq otaqları) - 1000 manat, həyət tikililərinin 1 kv.m. üçün 50-350 manat dəyərində qiymətləndirilmişdir. Qeyd edilmiş qiymətlərdən 20% əlavə haqq ödənişini çıxsaq, evlərimizin 1 kv.m sahəsinin dəyəri 625 manat və 833 manat təşkil edəcəkdir.

“Üstü bəzək, altı təzək” layihə...

Bu qiymətlərlə razı olmayan sakinlər təhdidlərə məruz qalır. Nə ev sahibinin razılığı, nə də məhkəmə qərarı olmadan evləri sökülür. Xətai Rayon İcra Hakimiyyəti rəhbərliyinin tamahkarlığı üzündən dövlət tərəfindən ayrılan vəsaitlər mənimsənilib. Buna görə, layihənin başlanmasından 15 il keçsə də əsaslı tikinti aparılan ərazidə hələ də fərdi yaşayış evləri qalmaqdadır. Ərazidə mövcud olan bərbad ekoloji və sanitar-epidimioloji durum, burada yaşayan sakinlərin sağlamlıqlarına ciddi ziyan vurur. Qəsəbədə müasir mehmanxanalar, ofis və yaşayış binaları və məktəblər tikilsə də neft məhsulları ilə çirklənmiş torpaq qatı təmizlənməmiş olaraq qalır.

Yol infrastrukturunun olmaması sakinlərin təcili tibbi və yanğınsöndürmə xidmətindən məhrum edib. Necə deyərlər, üstü bəzək, altı təzək.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 2013-cü il 07 mart tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Teniki təlimat”ın 2.19 və 2.30 maddələrində kompensasiyanın məbləği hesablanarkən fərdi yaşayış evləri yalnız çöldən götürülmüş ölçülərə görə hesablanması nəzərdə tutulsa da, evlərimizin sahəsi içəri ölçülərlə hesablanır.

Beş il əvvəl Razılaşma müqaviləsinə imza ataraq, evləri tam və ya qismən sökülən sakinlər ayrılan vəsaiti hələ də ala bilmirlər. İllərdir kirayədə qalmaq məcburiyyətindədirlər. Sakinlər dəfələrlə Xətai RİH-nə artıq təsir müddəti keçmiş “Razılaşma müqaviləsi”nin ləğv edilməsinə görə müaciət etsələr də, müraciətləri cavabsız qalmışdır. Halbuki, həmin müqavilələriin bildiriş verilən gündən 2 ay təsir müddəti var.

Xətai RİH-nin məmurları razı olmayan sakinlərlə mübahisəli məsələləri sivil qaydada, hüquqi müstəvidə həll etmək əvəzinə, heç bir rəsmi sənəd (bildiriş, hesabat) təqdim etmədən, nə ev sahibinin razılığı haqqında bir sənəd, nə də məhkəmə qərarı olmadan, polis əməkdaşlarının iştirakı ilə ağır texnika vasitəsi ilə evlərimizi sökürlər. Evdəki əşyalar MİS-nin əməkdaşları tərəfindən əvvəlcədən kirayələnmiş evə daşınır. Evdə olan daşınar əmlakların qorunmasına görə heç kim məsuliyyət daşımır. Polis əməkdaşları bir dövlət nümayəndəsi kimi, ev sahibinin mülkiyyət toxunulmazlığını qorumaq əvəzinə, məmurların qanunsuz hərəkətlərinə rəvac verir. Videoçəkiliş aparmağa icazə verilmir. Çəkilən videomaterialları telefonu zorla alaraq sildirilir. Əgər belə tədbirlər qanunidirsə, nəyə görə videoçəkilişə icazə verilmir?

10.02.2021-ci il tarixində Nağıyev Zahid Həsən oğluna məxsus fərdi yaşayış evi tam, Həsənov Altay Ümidvar oğluna məxsus fərdi yaşayış evi qismən, bir il sonra isə Birinci Qarabağ müharibəsi qazisi Həbiyev Əhli Həbibulla oğluna məxsus evi tam, onların razılığı olmadan, Xətai RİH-nin başçısının birinci müavini Etibar Əhmədov göstərişi ilə, heç bir hüquqi sənəd təqdim etmədən ağır texnika vasitəsi ilə sökülmüşdür.

Heç bir razılaşma müqaviləsi olmadan, ərazidə mövcud orta bazar qiymətinə uyğun olmayan, bu səbəbdən ev sahibini qane etməyən pul vəsaiti onun adına Banka köçürülür. Xəbərdarlıq etmədən ev sahibləri evdə olmadığı vaxt ağır texnika ilə giriş qapısı sökülür. Evin içindəki əşyalar zorla MİS-nin işçiləri tərəfindən əvvəlcədən kirayə olunmuş evə daşınır, bundan sonra ağır texnika ilə ev sökülür.

Əvvəl evi sökür, sonra kompensasiya almağa məcbur edirlər...

Naqıyev Zahid Hasən oğluna məxsus fərdi yaşayış evinin tam hüquqlu (kupçalı) olmasına rəğmən, Xətai RİH 37-ci Polis Bölməsinə bu tikilinin qeyri-qanuni olması barədə yalan məlumat vermişdir. Naəlac qalan Nağıyev Zahid Həsən oğlu onun mülkiyyətinə dəyən ziyana görə, onu qane etməyən məbləği götürmək məcburiyyətində qalmışdır. Əvvəl evi söküb, sonra isə onu qane etməyən kompensasiyanı götürməyə məcbur etmək, vətəndaşı təhdid edib, mülkiyyət hüququnu pozmaq deməkdir.

Eyni zamanda, Xətai RİH başçısının birinci müavini Etbar Əhmədovun göstərişi ilə digər qonşumuz Həsənov Altay Ümidvar oğlunun fərdi yaşayış evi qismən dağıdılmışdır.

Xətai RİH-nin rəhər şəxsləri tərəfindən AR Konstitusiyasının 13 və 29-cu maddələri, AR Mənzil Məcəlləsinin 5-ci maddəsi kobudcasına pozulmuşdur. Bu səbəbdən Xətai RİH başçısının birinci müavini Etibar Əhmədov, 66 saylı MİS rəisi Fizuli Ələsgərov və 101 saylı MİS rəisi İsmayıl Ələkbərov tərəfindən edilən hərəkətlər AR Cinayət Məcəlləsinin 186.3-cü maddəsi üzrə cinayət tərkibli olsa da, bu günə qədər heç bir məmura qarşı hansısa tədbir görülməmişdir. Biz, sakinlər bunu Xətai RİH-nin hüquq-mühafizə orqanlarına qarşı göstərilən təzyiqin nəticəsi kimi qiymətləndiririk.

Biz Xətai Rayon İcra Hakimiyyətinin özbaşnalığına dair tədbirlərin görülması barədə Prezidentə, Birinci vitse-prezidentə, Milli Məclisə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, Baş Prokurorluğa, DİN-ə, İnsan Hüquqları üzrə Müvəkkilə dəfələrlə müraciət etmişik. Bütün müraciətlər, barəsində şikayət etdiyimiz Xətai RİH-ə yönəldirilir. Belə ki, şikayət məktublarında qeyd etdiyimiz məsələni araşdırıb, ölkə qanunlarına müvafiq, bir üst qurum kimi göstəriş vermək əvəzinə, məsələnin həll edib, nəticəsi barəsində şikayətçilərə və üst qurumlara məlumat verilməsini üçün məktublar Xətai RİH göndərilir. Bu isə böyük məntiqsizlikdir”.

8 il ərzində qiymətlər 2,5 dəfə artsa da...

Şikayətçilər onu da qeyd edir ki, 8 il ərzində qiymətlər 2,5 dəfə artsa da, bu məsələ rəsmi qurumlar tərəfindən nəzərə alınmır: “Nəzərinizə çatdırmaq istəyirik ki, 8 il ərzində “Ağ Şəhər”də təmirsiz mənzillərin dəyəri 800 manatdan 2000 manata qədər yüksəlsə də, bu dövr ərzində bizə verilən kompensasiyanın məbləği, əksinə, azalmışdır. Aylar keçir, illər ötür, amma Xətai RİH nə bu məsələni həll edir, nə də bizə bir dürüst cavab verir. Əvəzinə isə Xətai RİH əməkdaşları Bakı “Ağ Şəhər”in dövlət layihəsi olduğunu bəhanə gətirərək, verilən kompensasiya ilə razılaşıb, bizi ağır texnika ilə təhdid edərək, qeyd-şərtsiz evlərimizi tərk etməyə məcbur edirlər. Sakinlər tərəfindən çoxsaylı şikayətlərdən sonra Xətai RİH-nin başçısı Razim Məmmədov tutduğu vəzifəsindən azad olundu. Biz düşünürdük ki, bundan sonra problemimizin həllində bir ümid yeri yaranar. Lakin Rafiq Quliyev Xətai RİH-nin yeni başçısı təyin olunsa da, heç nə dəyişməyib. Necə deyərlər, “köhnə hamam, köhnə tas”.

Yenə də həmin qiymətlər, təhdidlər, şikayətlərimizə etinasızlıq. Sakinlərin razılığı, məhkəmə qərarı olmadan evləri sökülsə də, saxta sənədlərlə bu qanunsuz əməllər ört-basdır edilir. Bu məsələdə Xətai RİH rəhbərliyinin özbaşnalığı və yuxarı dövlət qurumlarının etinasızlığı sakinlərdə prezidentə, dövlətçiliyimizə, qanunlarımıza inamsızlıq yaradır. Burada yaşayan sakinlər “ölkədə bizim heç kim olduğumuzu”, qanunların işləmədiyini deyirlər.

Sanki “Ağ Şəhər” AR qanunlarının şamil edilmədiyi bir ərazidir. Burada “ADEC” Azərbaycan İnkişaf Şirkətinin və Xətai RİH-nin tədbiq etdiyi “qanunlar” işləyir.

Dəfələrlə prezident bütün məmurların xalqa xidmət etməli olduğunu bəyan etsə də, biz məmurlar tərəfindən xidmət yox, təhdid, mülkiyyət və vətəndaş hüquqlarımızın pozulduğunu, davamlı məmur özbaşnalığı və bu qanunsuz əməllərə qarşı hüquq-mühafizə orqanlarının biganəliyini və etinasızlığını görürük.

Biz belə düşünürük ki, Bakı, “Ağ Şəhər”də sakinlərə qarşı təhdidlərin və mülkiyyət hüquqlarımızın kobud şəkildə taplandalanması ilə əlaqədar baş verən qanun pozuntularının dövlət qurumları tərəfindən ört-basdır edilməsi, prezidentin təşəbbüsü ilə həyata keçirilən bu layihə barədə hər hansı neqativ informasiyanın yayılmamasından irəli gəlir. Bu layihənin bir hökümət layihəsi olmasını bəhanə gətirərək, verilən kompensasiya ilə razı olmadığımız təqdirdə, “hökümətlə hökümətlik edəcəksiniz?” kimi alçaldıcı ifadələrlə bizi təhqir edirlər. Xətai RİH başçısının birinci müavini Etibar Əhmədov deyir ki, “biz sizin evinizi sökək, sonra siz məni verin məhkəməyə”. Hal-hazırda “Ağ Şəhər”də durumu belə təsəvvür etmək olar: Cəbhənin bir tərəfindən bütün dövlət qurumları, o biri tərəfində isə öz mülkiyyətləri müdafiə edən sakinlər dayanıb”.

(Ardı var) //hurriyyet.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ