Azərbaycanda telekanallarla bağlı MÜHÜM YENİLİK - Nuşirəvan Məhərrəmli AÇIQLADI

17:10 28.06.2018 525
Azərbaycanda telekanallarla bağlı MÜHÜM YENİLİK - Nuşirəvan Məhərrəmli AÇIQLADI


"Qalmaqallı verilişlərin artmasının səbəbi telekanalların reytinq marağı ilə bağlıdır. Problemi həll etmək üçün yeni reytinq ölçmə şirkətləri ilə əməkdaşlıq ediləcək".

Sonxeber.az məlumat verir ki, bu sözləri Publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

Şura sədrinin sözlərinə görə, qalmaqallı, sensasiya xarakterli verilişlər təkcə ölkəmiz üçün aktual deyil:

"Təəssüf ki, bütün dünyada bu dinamika var. Azərbaycanda özəl telekanallar arasında bununla bağlı vəziyyət ürəkaçan deyil. Bu barədə dəfələrlə fikirlərimizi bildirmişik.Təəssüf ki, hələ ürəkaçan nəticə yoxdur. Özəl telekanalların bütün gəlir mənbəyi reklam və sponsorlardır. Ona görə də onlar bu sahədə gəlir əldə etmək üçün daim yenilik axtarırlar. Təəssüf ki, gəlir əldə etməyin ən ucuz yolunu seçirlər. Bu da bizi narahat edir. Reytinq uğrunda həmişə dava gedir".

N.Məhərrəmli Milli Televiziya və Radio Şurası olaraq Azərbaycanda reytinq təşkilatlarının işindən narazı olduqlarını bildirib.

"Dəfələrlə biz onlarla bu məsələni müzakirə etmişik. Reytinq ölçmə təşkilatının fəaliyyətinin qeyri-şəffaf olması ciddi məsələdir. Həmin təşkilatın nə qədər piplemetrdən istifadə etdiyi bəlli deyil. Adətən, 200 piplemetr Bakı üçün, 200 piplemetr də regionlar üçün qoyulduğunu deyirlər. Lakin həqiqətən də piplemetrlərin bu qədər olması və onların hansı ərazilərdə yerləşdirilməsi kimi suallar var. Piplemetrlərin yerləşdirildiyi ərazilərdə ziyalı təbəqəsinin, tələbələrin və ya şouya maraq göstərən əhalinin faizinin nə qədər olması da bəlli deyil. Bu məsələyə cavabdeh olan qurum kimi Teleradio Şurasının bu məqamlardan xəbəri yoxdur. Belə bir vaxtda telekanallarda şou tipli verilişlərin də sayı artır, keyfiyyəti isə aşağı düşür. Bu, birbaşa reytinq ölçmə təşkilatı ilə bağlıdır. Reklam reytinq əsasında verilir. Nəticədə ən ucuz verilişlərə reklam verilir və onların da sayı gündən-günə artır".

Şura sədri reytinq ölçülməsi ilə bağlı yeniliklərin tətbiqi istiqamətində axtarışların olduğunu deyib:

"Bu istiqamətdə axtarışlar var. Bununla bağlı özəl telekanallar öz üzərində işləyir. Milli Televiziya və Radio Şurasının özəl telekanallarla birlikdə assosiasiyası yaradılıb. Bu assosiasiyada teleradio proqramlarını yaradan, yayanlar və ölçən təşkilatlar cəmləşib. Assosiasiya iki aydır fəaliyyətdədir. Yeni reytinq ölçən şirkətlərlə əməkdaşlıq məsələsi də həmin assosiasiyanın işinin tərkib hissəsidir. Bu istiqamətdə axtarışlar var, işlər aparılır. Nəticələr əldə ediləndə ictimaiyyətə də məlumat veriləcək. Assosiasiyanın tərkibində həm televiziya kanalları, həm reytinq ölçən təşkilatlar, həm kabel şəbəkələri, həm də reklam agentlikləri təmsil olunacaq. Onlar bu məsələni müzakirə edəcək. Biz də maraqlıyıq ki, Azərbaycan kimi inkişaf etmiş bir ölkə, qonşu ölkələrdəki reklam bazarından geridə qalır. Bu düşündürücü faktdır".

N.Məhərrəmli onu da vurğulayıb ki, telekanallarda şou verilişlərinin artmasının tək səbəbi reytinq deyil:

"Hazırda dünyada dəyərsizləşmə gedir. Əvvəllər məhsuldar qüvvələr deyilən anlayış var idi. Onlar məhsul istehsalı ilə məşğul olurdu. Bu gün isə texnologiyanın inkişafı nəticəsində insan əməyi, əvəzinə xidmət sahələri inkişaf edir. Haqqında danışdığımız sahədə çalışanların əksəriyyəti elmdən, bilikdən uzaqdır. İndi telekanallar onların baxışlarına uyğun veriliş hazırlayırlar. Cəmiyyətdə savadlı insanların sayı azalır, daha çox şou ilə məşğul olanların sayı artır. Hazırda insanlar hər yerdə şou, gülmək, danışmaq axtarırlar. Bu, təkcə bizimlə bağlı məsələ deyil. Sözügedən məsələdə televiziyada qeyri-peşəkarların da çalışması da özünü göstərir. Yerində olan aparıcı bayağılığa, şitliyə, şouya yer verməz. Demək şouda aparıcı məsələsi də ciddi məsələdir. Ümumiyyətlə, telekanallarda kadr məsələsi bizim ən axsaq yerlərimizdəndir. Bu məsələyə isə Milli Televiziya və Radio Şurasının müdaxiləsi mümkün deyil. Şuranın telekanalların yaradıcılıq işinə qarışmaq səlahiyyəti yoxdur. Hər bir məhsulun keyfiyyət göstəriciləri var. Bizim telekanallar ən aşağı növ məhsul istehsal edirlər. Bu qanuna zidd deyil. Lakin teleradio yayımı haqqında qanunun maddələri pozularsa, o zaman biz müdaxilə edərik. Verilişdə qeyri-etik ifadə, söyüş işlənərsə, insanlar dövlətin ərazi bötüvlüyü, terrorizmlə bağlı məsələlər varsa, Şura tədbir görə bilər"
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu