Buğdaya qadağa götürülür: - “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”

14:46 21.09.2022 207
Buğdaya qadağa götürülür: - “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”


Qazaxıstan buğda ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazir Yerbol Karaşukeyev ölkədən buğda və unun ixracına dair mövcud kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması haqqında fərman imzalayıb.

Qeyd edək ki, iyulun 5-dən Qazaxıstanda sentyabrın 30-dək nəzərdə tutulan ixrac məhdudiyyətləri ilə bağlı sərəncam qüvvədə idi. “Məhdudiyyətlər qüvvəyə minəndən bəri Qazaxıstan ixracatçıları buğda ixracat kvotalarının 83 %-ni və buğda unu ixracat kvotalarının 66 %-ni istifadə ediblər”, - FAS USDA hesabatında deyilir.

Nazirlik bildirir ki, sentyabrın 13-nə Qazaxıstanda taxıl bitkilərinin təqribən 70 %-i biçilib. Orta məhsuldarlıq keçən illə müqayisədə 30 % çoxdur. Beləliklə, yararlı taxıl məhsulu ilə bağlı bəyanatlar ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb olub.

Avqustun 31-də Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Xarici ticarət siyasəti üzrə qurumlararası komissiyası sentyabrın 10-dan taxıl və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edib. Xatırladaq ki, Qazaxıstan Azərbaycana buğda idxal edən ölkələr sırasında ikinci yerdədir. Son dövrlərdə ərzaq buğdası ilə bağlı dünya bazarlarında problem yaranmışdı. Əsas taxıl ixracatçılarından olan Rusiya hökuməti cari ilin iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına qadağa qoymuşdu.

Eyni zamanda, Qazaxıstan da ixraca məhdudiyyət tətbiq etmişdi. Digər ixracatçı ölkə olan Ukraynanın isə ixrac imkanları məhdud olduğundan ərzaq buğdası anbarlarda qalmışdı. Son günlər isə bu istiqamətdə atılan addımlar nəticəsində Ukraynadan ixrac imkanları yarandı.

Ümumilikdə isə ixracın məhdud olması dünya bazarlarında ərzaq buğdasının qiymətinin artmasına ciddi təsir etmişdi. Hazırda isə ərzaq buğdası ixracı istiqamətində irəliləyişin olması, o cümlədən

Qazaxıstanın məhdudiyyəti aradan qaldırması dünya bazarlarında, o cümlədən ölkəmizdə qiymətlərə təsir edəcəkmi? İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, Qazaxıstanın bu addımı yaxşı göstəricidir və dünya bazarlarında hansısa ölkənin kvotanı ləğv etməsi ilə “vulkanik panika”nın aradan qaldırılması deməkdir:

“Əslində bu gün tələblə təklif arasında buğda dünyasında elə də ciddi disbalans yoxdur. Sadəcə olaraq Rusiya ilə Ukrayna arasında olan müharibə, yəni birinci ixracatçı ilə birinci yeddiliyə daxil olan ixracatçı arasında belə bir münaqişənin olması dünya bazarlarında buğdanın kəskin bahalaşmasına gətirib çıxarmışdı. Hətta bir çox ölkələr, məsələn, Hindistan daxili tələbatı yüksək olmasına baxmayaraq, cari ilin I rübündə özünü ixracatçı elan etmişdi, ancaq münaqişədən sonra ixracı dərhal dayandırıb ixrac potensialını geri çəkmişdi. Bunlar hamısı dünya bazarlarında panika yaratmışdı və buğda qiymətləri idarəolunmaz səviyyədə yüksəlmişdi. Ancaq bu gün mövcud vəziyyət tənzimlənir, mövsüm gəlir, görürlər ki, tələbat təklifi üstələmir. Bu gün adekvat bazar normallaşır və görürük ki, Qazaxıstan kvotasını götürür”.

Ekspert bildirib ki, bu, Azərbaycan üçün çox əlverişlidir:

“Nəzərə almaq lazımdır ki, üç ölkə Azərbaycana buğda idxalı üçün əlverişli hesab edilir. Bunlar Rusiya, Ukrayna və Qazaxıstandır. Bu gün Qazaxıstandan məhsulun gəlməsi ilə risklərimizi diversifikasiya etmiş oluruq”.

Qiymətlərə gəldikdə isə ekspert deyir ki, qiymət əsasən dünya birjalarınna bağlıdır:

“Ancaq bu artım növbəti mərhələdə buğdanın qiymətinin öz dayanıqlılığında qalması, daha da bahalaşmamasına şərait yarada biləcək bir amildir. Əgər belə olsa, biz də yəqin ki, ucuz məhsul alacağıq. Qiymətlərdə kəskin ucuzlaşma baş verərsə, Azərbaycan hökuməti də çörək məhsullarının ucuzlaşması istiqamətində addım atacaq. Əgər birjalarada ucuzlaşma müşahidə edilərsə, ən azından dövlət nəzarəti baxımından bu strateji məsələni müsbətə doğru həll edəcək”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...