Beyləqanın təhsil şefinə qarşı tükürpədici ittihamlar - DƏHŞƏT

17:45 27.06.2018 533
Beyləqanın təhsil şefinə qarşı tükürpədici ittihamlar - DƏHŞƏT


Lerikdən sonra Beyləqandan məktəblinin zorlanması xəbərinin gəlməsi hiddət doğurub; Sosial şəbəkələr çalxalanır. Amma Təhsil Nazirliyi “ağzına su alıb” oturub...


Beyləqan təhsil şöbəsinin qalmaqallı müdiri Xuraman Rüstəmovanın bu işdə adı keçməsinə baxmayaraq, nazirlik yenə susur. Söhbət ondan gedir ki, Beyləqanda 16 yaşlı, həddi-buluğa çatmayan məktəbli N.X. iki uşaq atası Qubadov İlkin Qubad oğlu tərəfindən qaçırılaraq zorlanıb.

Azyaşlının atası Əvəz Nəcəfov bakunews.az-a bildirib ki, qızı N.X 10-cu sinifdə oxuyur. Ən böyük arzusu 11-ci sinifi bitirib gələn il ali məktəbə qəbul olmaq idi. İyunun 11-də repititor yanına getmək məqsədilə evdən çıxan qızı, Beyləqanda əlil və şəhid ailələri üçün tikilmiş binanın yanından keçərkən hənirtiyə çevrilib baxır. Bu zaman qarşısında İlkin Qubadovu görür. Beyləqanda böyük biznes şəbəkələri və fermaları olan İlkin bir neçə gün öncə qızının qarşısını kəsərək onu sevdiyini deyib.

Qızı İlkinin bu hərəkətlərinə görə onu şiddətlə qınayıb. Bu zaman İlkin qızına kimsəyə bir söz deməməyi tapşırıb:

“Məndən və anasından utanan övladım bu hadisə haqqında bizə də danışmayıb. İyunun 11-də İlkin yenidən qızıma yaxınlaşıb və iyrənc təklifini təkrar edib. Qızım onu sərt sözlərlə rədd etdikdə isə o bir az kənarda dayanmış ağ rəngli “VAZ-2107” markalı avtomobilə işarə verib. Həmin avtomobilin sahibi İlkinin yaxın qohumu Süleymanov Elşən Allahyar oğlu avtomobili onların yanına sürür. Fiziki görkəmcə cılız olan qızımı zorla maşına əyləşdirirlər. Sonradan qızımın söylədiyinə görə avtomobilin yan şüşələri də tamamilə pərdə ilə örtülü olub. Bu da onu göstərir ki, hadisə əvvəlcədən planlaşdırılıb. İlkin qohumunun avtomobilini özlərinə məxsus fermaya sürdürür”,- deyə azyaşlının atası qeyd edib.

Bu hadisə nə orta əsrlərdə, nə XIX əsrin əvvəllərində baş verməyib. XXI əsrdə, texnologiyanın inkişaf etdiyi bir dövrdə günün günortçağı məktəbli qaçırılır və zorlanır.

Uşağın atası deyib ki, fermanın olduğu ərazidə sovet dönəmindən qalma iki mərtəbəli ev var:

“Qızım maşından özünü yerə atmaq istəyəndə İlkin onu silahla hədələyib. Və qıza deyib ki, əvvəlcə onu, sonra məni, anasını və qardaşını öldürəcək. Fermada onları Bahadur adlı çoban və onun həyat yoldaşı qarşılayıb. Onu da qeyd edim ki, qızımın qaytarılmasından sonra müstəntiqin Bahadura “bəs sən nə üçün İlkinə mane olmadın?” – sualına, o, “İlkin fermaya tez-tez kafelərdən əxlaqsız qızlar gətirir. Elə bildim ki, bu qız da onlardandır.” – cavabını verərkən özüm eşitdim. Fermada İlkin azyaşlı qızıma dərman verib. Sonra o qızıma iki ədəd dolmanı məcbur yedizdirib və su içirib. Qızım sonradan bildirdi ki, o daha nəyin baş verdiyini xatırlamır. Mən qızımın qaçırıldığını eşitdikdə dərhal evə gəldim. Qohumlara zəng etdik. Onlarla birlikdə rayon polis şöbəsinə gedərkən yolda İlkinin yaxın qohumu Rahil Əliyev bir neçə nəfərlə bizim qarşımızı kəsdi. Biz onlara yaxınlaşanda onlar İlkinə məxsus qara rəngli “Prado”da oturmuşdular. Rahil mənə hadisə ilə bağlı polisə şikayət etməmyi bildirdi və əlavə etdi ki, lazım gələrsə razılaşarıq. Bu sözlərdən sonra mən ona bildirdim ki, ölkədə qanunlar var və İlkin mütləq cəzalanmalıdır.

Mənim qızım hələ azyaşlıdır. O isə iki uşaq atasıdır. Xatırladım ki, Rahil qızımın başına silah dirəyib ona guya öz arzusu ilə gəldiyini etirafa məcbur edənlərdən olub.

Mən Beyləqan RPŞ-nin rəis müavini, cinayət axtarış şöbəsinin rəisi Akif Nəsirovla görüşdüm və hadisə ilə bağlı ona məlumat verdim. Məni laqeyidliklə dinləyən Akif Nəsirov bildirdi ki, qrup yaradıb məsələni araşdırarıq. Mən onun laqeyidliyinə etiraz edəndə isə rəis müavini üstümə çımxıraraq bildirdi ki, biz indi Avropa standartları ilə işləyirik, məhkəmə qərarı olmasa kimsəni həbs edə bilmərik. Sonradan öyrəndim ki, Akif Nəsirov İlkinin atası Qubadın xalası oğludur.

Mən ekspertiza tələb etsəm də, Beyləqan RPŞ-nin rəhbərliyi buna ehtiyac olmadığını dedilər”.

Qızın atası rayon təhsil şefi X.Rüstəmovanı da ittiham edir. Onun sözlərinə görə, məktəbin kollektivi polis və prokurorluğa gələrək rəsmi müraciət ediblər:

“Lakin Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin şəxsi tapşırığı ilə rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova həmin müəllimlərə təzyiq etməyə başlayıb. Xuraman Rüstəmova müəllimlərə işdən çıxaracağı ilə hədələyib. Bu isə müəllim kollektivini xeyli hiddətləndirib.

Onu da bildirim ki, artıq Beyləqanda qızları yuxarı sinifdə oxuyan valideyinlər övladlarını məktəblərdən çıxarmaq istəyirlər”.

Bu tükürpədici cinayət mütləq şəkildə araşdırılmalı və obyektiv hüquqi qiymət verilməlidir.

Amma bəlli olur ki, rəis müavini öz xalası oğlunu qoruyur, polis oğlu polisi bıçaqlayan təhsil müdiri X.Rüstəmova isə bu məsələdə öz borcundan çıxır, icra başçısı da baş qahmarçıdır.

Görəsən, qız qaçırılması və zorlamaya məmurlar normal münasobət bəsləyirlər? Onların başına bu əhvalat gələrsə, hansı şəkildə cəzalandırırarlar?

Niyə bir məktəblinin həyatını məhv edirsinz? Nə üçün mənəviyyat və qanunlar tapdaq altına alınaraq evli adam müdafiə olunur? Bu, rüsvayçılıqdır, dözülməzdir.(bakunews.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...