Gömrük Komitəsində yeni təyinat? - prezident sərəncamı yoxdur

12:10 27.06.2018 596
Gömrük Komitəsində yeni təyinat? - prezident sərəncamı yoxdur


Dövlət Gömrük Komitəsində maraqlı bir yerdəyişmə baş verib. Heç 1 ay deyil ki, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunan İsmayıl Hüseynov (May ayının 29-da bu vəzifəyə təyin olunmuşdu-red.) bu gündən etibarən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini kimi fəaliyyətə başlayıb.

İsmayıl Hüseynovun Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunması və birinci müavin təyin olunması barədə sərəncamlar rəsmən elan olunmayıb. Lakin bu dəqiqdir ki, İ.Hüseynov Bakı Baş Gömrük İdarəsini tərk edib və Gömrük Komitəsində işə çıxır.

Bakı gömrüyünə kimin rəhbərlik edəcəyi dəqiqləşməyib. Bəzi məlumatlara görə bu vəzifəyə Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov təyin olunub. Lakin Bakı Baş Gömrük İdarəsindəki mənbələr onun hələ ki, işə çıxmadığını bildirirlər.

Xatırladaq ki, may ayının 29-da Bakı Baş Gömrük İdarəsinin məşhur rəisi, gömrük xidməti generalı Vüsal Novruzov sərəncama götürüldükdən sonra Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov Bakı gömrüyünə rəis gətirilmişdi.

İ.Hüseynovun belə qısa müddətdən sonra Gömrük Komitəsində ikinci posta irəli çəkilməsi maraqlıdır və Komitə sədri Səfər Mehdiyevin ona böyük etimadından xəbər verir.

İsmayıl Hüseynovun Gömrük Komitəsi sədrinin birinci müavini təyin olunması barədə məlumatı ilk dəfə Unikal.org saytı verib.

İstiqalal.az xatırladır ki, dövlət komitəsinnin sədri və müavinlərinin təynatı və işdən çıxarılması prezidentin müstəsna səlahiyyətlərinə daxildir. Ancaq rəsmi KİV İ.Hüseynovun təyinatı ilə bağlı məlumat yaymayıb. Prezident.az saytında da bu barədə məlumat yoxdur. Dia.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU