Deputatın Milli Onkoloji Mərkəzlə biznes quran şirkətlərinin şok siyahısı - şok iddialar

11:40 26.06.2018 674
Deputatın Milli Onkoloji Mərkəzlə biznes quran şirkətlərinin şok siyahısı - şok iddialar


Deputat Kamaləddin Qafarov “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azəri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmalarına nəzarət edir

FİA.Az mediaya istinadla xəbər verir ki, daha iki şirkət (“Cardinal Health” və “Ruslan-Az”) ləğv edilmə mərhələsindədir.

KİV-də yayılan xəbərlərə görə, bu il Milli Onkologiya Mərkəzi (MOM) “Azəri Med” MMC ilə ümumi məbləği 26,8 mln manat olan müxtəlif mal və xidmətlərin satınalmasına dair altı müqavilə imzalayıb.

Şirkət bu müalicə mərkəzinin direktor müavini, həmçinin parlamentin deputatı olan Kəmaləddin Qafarova məxsusdur.

Dövlət satınalmalar reyestrinə əsasən, yanvar və mayda “Azəri Med” MMC MOM-dən ümumi məbləği 9 mln 699,9 manat olan dərman, sarğı materialları və müalicə preparatlarının alışına dair iki müqavilə imzalayıb.

Şirkət avadanlıqların təchizatı üzrə ümumi məbləği 12 mln 996,6 min manat olan iki müqavilə alıb.

“Azeri Med” MOM-nin iki qeyri-profil sifarişini yerinə yetirməlidir: xarici ekspertlərin xidmətlərinin ödənişi (121,7 min manat) və yuyucu və dezinfeksiyaedici materialların alınması (144,9 min manat).

Əvvəlki illərdə də şirkət Onkologiya Mərkəzinin çoxmilyonluq sifarişlərini yerinə yetirirdi.

Satınalmalar üzrə dövlət portalında 2017-2018-ci illərdə bununla bağlı tenderlərin elan edilməsinə dair məlumat yoxdur. “Azəri Med” MMC (VÖEN 1500072561) 2004-cü ildə təsis edilib.

Müstəqil qiymətləndirmələrə görə, şirkət Azərbaycana dərman preparatları və tibbi avadanlıq idxal edən şirkətlərin ilk onluğuna daxildir.

Xatırladaq ki, hüquqşünas Aslan İsmayılov feysbuk hesabında yazıb ki, sosial şəbəkələrdə Hacı Nuranın xəstəxanadan şəkillərini görüb:

“Uca Allah tək ona yox, əgər mənə nifrət edənlər içində xəstə olanları varsa onlara da şəfa versin. Bütün instagram onunla şəkil çəkdirən tanınmış simalarla doludur. Bir xərçəng xəstəsinə olan bu diqqəti, əgər səmimi olsa, çox yüksək qiymətləndirirəm.

Amma o şəkil çəkdirənlərdən xahiş edərdim ki, bir dəfə də Milli Onkologiya Mərkəzinin sıravi vətəndaşlar olan hissəsinə baş çəksinlər, oradan da şəkillər paylaşsınlar, gördüklərinə obyektiv münasibət bildirsinlər”.

FİA.Az mediaya istinadla xəbər verir ki, Milli Onkologiya Mərkəzində pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib - “pulunu ver, şəklini çəkdir”.

Pulsuz deyilən Azərbaycan səhiyyəsində - Milli Onkologiya Mərkəzində rüşvət alma, daha doğrusu boğa-boğa soyulma hallarını anaxeber.az diqqətə çatdırmışdı:

1.İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.

2.Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır.

Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.

3.Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir.

Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.

4.Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.

5. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib.

Bu fantastik rəqəmi açıqlayan qaynağımızın sözlərinə görə, tibb müəssisəsində açıq şəkildə bazar şəraiti yaradılıb.

Onkologiya Mərkəzi Klinika rəhbərliyi ölüm ayağında olan vətəndaşlara qarşı amansız rəftarı ilə diqqət çəkir.

Səhiyyə nazirinə bu tibb ocağından kütləvi şikayətlər daxil olmaqdadır. Eyni zamanda Prezidentə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də şikayət ərizələri göndərilir.

Onkoloji klinikada 4 min manata başa gələn əməliyyat İran, Gürcüstan və Türkiyədə qat-qat ucuz həyata keçirilir. Bu isə Azərbaycan səhiyyəsinə olan inamı yerlə bir edib.

Görünür Milli Onkologiya Mərkəzinin rəhbərliyi xalqı dövlətdən narazı salmaqla öz mənfəətini güdür.

Qarşı tərəfi dinləməyə hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”