Meksikada 1 iyulda keçiriləcək prezident, senat və bələdiyyə sədrlərinin seçiləcəyi parlament və bələdiyyə seçkilərinədək ölkədə öldürülən siyastçilərin sayı 100-ü keçib.
Zamantv.az xarici mediaya istinadən xəbər verir ki, öldürülənlərdən 18 nəfəri bələdiyyə sədridir. Keçən cümə axşamı növbəti bələdiyyə sədrinin öldürülməsindən sonra Okampo qəsəbəsinin polis və müdiri və bütün polis əməkdaşları saxlanılıb.
Solçu Demokratik İnqilab Partiyasının bələdiyyə sədri müavini Fernando Angeles Xuarez də evnin qarşısında silahlı hücuma məruz qalıb. Xuarez Okampo qəsəbəsinin daxil olduğu Miçokan ştatında bir həftə ərzində öldürülən üçüncü siyasətçi olub. Az siyasi təcrübəyə malik Xuarez 64 yaşlı biznesmen idi.
Şənbə günü qətli araşdırmağa gələn federal agentlərə yerli polis işçiləri mane olub. Bununla bağlı geri qayıdan federal agentlər bazar günü təşkil etdikləri basqınla 27 polis əməkdaşını və polis rəisi Oskar Qarsiya Qonsalesi saxlayıblar.
Mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqədə ittiham olunan Qonsales və polis əməkdaşlarının bələdiyyə sədrinin qətlində əli olduğu iddia edilir.
Yerli özünüidarəetmə orqanlarına seçilmək üçün 3 min siyasətçi yarışır. Təkcə iyun ayında Meksikada bir sutkada üç qadın siyasətçi öldürülmüşdü.
Zamantv.az