ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Kamil Qədirovun həbsxana hekayələrindən bəhs olunub:
Kamil Qədirov (cəzası 12 il): “2004-cü ildən bələdiyyə sədri vəzifəsində çalışırdım. Su növbəli şəkildə verilirdi. Bu növbəni saxlamağı mənə tapşırmışdılar və mənə etimad göstərirdilər. Həmin növbəni qoruyurdum. Bir axşam evdə nəvələrimlə oturub kinoya baxırdım. Həmin gün suyu aparacaq şəxs mənə zəng elədi və dedi ki, suyu əmin oğlu kəsib, vermir. Sənana dedim ki, növbə onundur, ver aparsın, ya da yarıya böl. Narazılıq etdi. Durub bunlara getdim. Çatan kimi var-yoxumu söydü və məni vurdu.
Zamantv.az