Səlim Müslümov ənənəsinin "gül vurduğu" daha bir ünvan... - İTTİHAM

14:00 25.06.2018 552
Səlim Müslümov ənənəsinin "gül vurduğu" daha bir ünvan... - İTTİHAM


“Qocalar evi”nin bir qrup sakini Əmək və Əhalinin Sosial Təminat naziri Sahil Babayevə müraciət edərək Qətibə Əsədovanın və işçilərinin onların “həyatını göy əsgiyə bükdüyünü” bildirirlər.

Qətibə Əsədova mətbuata və ictimaiyyətə heç də yad biri deyil. Bu xanım haqqında illərdir ki, mətbuatda yazırlar. Və yazılan yazıların böyük əksəriyyəti Qətibə xanımın kimsəsiz insanlara, ahıl və qocalara, yetimxanalara ayrılan pulları, verilən ehsanları “talan” etməsi ilə bağlıdır.

Söhbət Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Qətibə Əsədovadan gedir. Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatına rəhbərlik etməmişdən əvvə isə Qətibə xanım Şağan qəsəbəsindəki əqli cəhətdən zəif uşaqlar üçün 3 saylı internatda direktor işləyib. Sonradan Saray qəsəbəsində yerləşən 7 saylı internata təyinat alıb. Və bu zaman Qətibə Əsədova öz qızının internata direktor təyin olunmasına da nail olub. 3 saylı

Mətbutda yazılanlardan da görünür ki, Qətibə xanım 3 saylı internatda əqli cəhətdən zəif uşaqların da, 7 saylı internata isə yetim uşaqların payına əl uzatmaqdan heç vaxt çəkinməyib. Elə yetim uşaqların payını talan edərək özünə böyük sərvət də əldə edib. Və istər istər Füzuli Ələkbərovun zamanında, istərsə də, Səlim Müslümovun zamanında qılıncının dalı da kəsib, qabağı da. Bu xanım yetim malı yeməklə oliqarx səviyyəyə çatmaqla yanaşı istədiyi adamı da ayaqlayıb. Hətta deyilənə görə həm Füzuli Ələkbərov, həm də Səlim Müslümov bu xanımdan çəkinib.

Mətbuatın yazdığına görə bu çəkincəkliyə iki səbəb olub. Birinci səbəb Sumqayıtın icra başçısı Zakir Fərəcovun Qətibə Əsədova ilə quda olmasıyla bağlı olsa da, ikinci səbəb məşhur “MTN çətəsi”nin başçılarından biri olan və hazırda həbs həyatı yaşayan Akif Çovdarovla bağlı olub. Yenə də mətbuatın yazdığına görə yetim malını yeməklə tanınan Qətibə xanım Akif Çovdarovla “əməkdaşlıq” edənlərdən biri olub. Yəni bir zamanlar Qətibə xanım Akif Çovdarovun himayəsində olan “xüsusi təhlükəli adamlardan” biri olub.

Bəzi məlumatlara görə isə Qətibə Əsədovanın məşhuq qanqster Hacı Məmmədovla da əlaqələri olub...

Dünən isə mətbuatda Müharibə və Əmək Əlilləri üçün Pansionatında 1-ci qrup ömürlük əlilin pansionat işçiləri tərəfindən döyülməsi haqqında xəbər yayılıb. Əlilin döyülməsinə səbəb isə Qətibə Əsədovanın işçilərinin “Qocalar evi”nə göndərilən ərzaq ehsanlarının talan etməsinə etiraz etməsi olub. Qəribədir ki, döyülmə faktı ilə bağlı 14-cü polis bölməsinə şikayət edilsə də, zərəçəkmişi tibbi ekspertizaya yollamaq üçün tam bir həftə yubadıblar. Və bölmə rəisinin də bildirdiyinə görə Qətibə Əsədova məsələ ilə bağlı ona zəng edib.

Bu gün məsələ ilə bağlı MilliYola-a daxil olan şikayətdə isə “Qocalar evi”nin bir qrup sakini Əmək və Əhalinin Sosial Təminat naziri Sahil Babayevə müraciət edərək Qətibə Əsədovanın və işçilərinin onların “həyatını göy əsgiyə bükdüyünü” bildiriblər. “Qocalar evi”nin sakinləri adlarının açıqlanmasının onlar üçün problem olacağlını qeyd edərək, Sahil Babayevdən bu zülmə son qoymağı xahiş edirlər.

Maraqlıdır, görəsən Füzuli Ələkbərovdan və Səlim Müslümovdan fərqli olaraq Sahil Babayev birbaşa üzərinə düşən vəzifəni icra edərək Müharibə və Əmək Əlillərinin qocalar evində sosial təminatı və ədaləti bərpa edə biləcəkmi? Ya da heç olmasa bunun üşün cəhd edəcəkmi?..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (dia.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək