ZAKİR QARALOVUN "AKKORD"-çuları CİNAYƏT TƏQİBİNƏ CƏLB OLUNACAQLAR?- TƏFƏRRÜAT

17:06 12.08.2022 172
ZAKİR QARALOVUN "AKKORD"-çuları CİNAYƏT TƏQİBİNƏ CƏLB OLUNACAQLAR?- TƏFƏRRÜAT


"Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlədemişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar.

Cəmiyyətimizdəformalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özlərini xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə beləhallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz”.

Prezident İlham Əliyev

“Magna Trans” MMC-dəki fırıldaq əməllərinin finalı?

Zakir Qaralovun baş prokurorluğu dövründə himayədarlıq etdiyi “AKKORD” ASC-nin direktoru Bürhan Həmidovun ətrafına topladığı mütəşəkkil dəstə üzvləri iləiş adamı-sahibkar Ağasəf İsmayılovun təsis etmiş olduğu “Magna Trans” MMC-nin 79 ədəd avtobusunu sənədləri saxtalaşdırmaqla satıb pulları mənimsəmələri, digər əmlakının talamaları, sərnişindaşımadan yığılan külli miqdarda pul vəsaitinin hesabatdan, o cümlədən vergidən gizləməklə mənimsəmələri və həmin qanunazidd əməlləri bu günlərdə dədavam etmələri barədə mətbuatda yazı dərc edilmişdi.

Həmin faktlarla bağlı araşdırmaların davamını təqdim edirik.

HAŞİYƏ: əvvəlki, yazılarda göstərmişdik ki, iş adamı Ağasəf İsmayılov 2010-cu ildə özü qurub yaratdığı “Magna Trans” MMC-nin fəaliyyətini nümunəvi və rentabelli bir şirkət səviyyəsinə çatdırdıqdan sonra, müəssisənin təsərrüffat işlərinin rəhbərliyini onun inamını qazanmış digər həmtəsisçi Həmidov Bürhan Əhməd oğlunun öhdəsinə buraxır.

Həmin dövrdə “AKKORD” ASC-nin direktoru olan Bürhan Həmidov müəssisəni idarəetməni ələ alan vaxtdan, sonradan sübuta yetirildiyi kimi, şirkətin əmlakını əlaltından talamaq, varidatını satıb, pullarını mənimsəməyi qərara alır və bu niyyətinə asan yolla nail olmaq üçün “AKKORD”da idarə rəisi işləyən “öz adamı” Ağayev Mirzahid Mirsahib oğlunu ikinci vəzifəyə - “Magna Trans” MMC-nin direktoru vəzifəsinəgətirir və özü ilə yeznə-qayın kimi qohum olan, Göyçay rayonu sakini Hacıyev Namiq Gülosman oğlunu da üçüncü həmtəsisçi kimi “işbirliyinə” cəlb edir. Beləliklə, Bürhan Həmidov etimadını-etibarını qazandığı, dost deyib güvəndiyi Ağasəf İsmayılova “qardaş sən narahat olma, hər şey yaxşı olacaq” deməklə, onu inandırır, özü isə, “sən arxayın, mən xain” prinsipi ilə, şirkətidə işləyən vəkənardan özünə yaxın bir neçə şəxdən ibarət mütəşəkkil bir dəstə yaradaraq planlaşdırdığı çirkin əməllərini həyata keçirməyə başlayır.

Bir zaman Ağasəf İsmayılova məlum olur ki, Bürhan Həmidovla direktor Mirzahid Ağayev sənədləri saxtalaşdırma yolu ilə şirkətin avtobuslarının bir hissəsini 213 saylı marşrutqarışıq satmışlar.

Bu səbəbə etdiyi sorğuya Ağasəf İsmayılova DİN BDYPİ-dən aldığı 26875/2020 №-li sənədlə “Magna Trans” MMC-nin mülkiyyətində olan avtobuslardan 21 ədədinin satıldığı təsdiqlənir.

Bundan başqa, Ağasəf İsmayılovun bankdan aldığı arayışlardan müəyyən olur ki, 21 ədəd avtobusun satışından əldə olunan və sərnişindaşımadan gündəlik yığılan pullar MMC-nin bank hesabına mədaxil edilmədən hesabatdan gizlədilərək mənimsənilmişdir.

“Magna Trans” MMC-də etdiyi maxinasiyalara dair soruşanda Burhan Həmidov bütün bu əməlləri vergidən yayınmaq üçün etdiyini bəhanə gətirir. Ağasəf İsmayılov isə, etiraz edir ki, hər bir halda vergi ödənilməlidir, məsuliyyəti biz daşıyırıq. Daha sonra isə, qeyri-qanuni yolla satılmış 21 ədəd avtobusun dərhal şirkətə qaytarılmasını və birlikdə MMC-də ümumi yoxlama aparmağı tələb etdikdə, Bürhan Həmidov özünün də bu işlərdən «bixəbər» olduğunu bildirərək, «məsələni yoluna qoymaq üçün» ondan vaxt istəyir.

Lakin, elə həmin gündən Bürhan Həmidov sözün əsil mənasında itir vəAğasəf İsmayılovun poçt vasitəsi iləçoxsaylı həmtəsisçi sorğularına, telefon zənglərinə, sms yazışmalarına və məsələni araşdırmaq üçün digər rəsmi təkliflərinə Bürhan Həmidovun cavab verməməsi, onunla üz-üzəgəlməkdən yayınması bir daha təsdiq edir ki, MMC-nin avtobuslarını sənədləri saxtalaşdırmaqla satıb pulları mənimsəyən, digər əmlakını talayan, xidmətdən yığılan pulları oğurlayan məhz Bürhan Həmidov özü və onun təşkil edib başçılıq etdiyi mütəşəkkil dəstə üzvləridir.

Hazırda Bürhan Həmidov haqqında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi axtarış elan etmişdir.

“Magna Trans” MMC-nin fəaliyyəti iləbağlı bütün məsuliyyəti daşıyan – MMC-ni talayıb viran qoymaq məqsədi ilə 10 il müddətdə bütün sənədləri imzalayıb-möhür vuran direktor (qanuni təmsilçi) Mirzahid Ağayevdən hesabat tələb edəndə, o, təsisçi Ağasəf İsmayılova “heç nədən xəbərim yoxdur” deyərək, MMC-yədair maliyyə hesabatı sənədlərini təsisçiyə təqdim etməkdən imtina edir və onunla üz-üzə gəlməkdən qaçır. Bu adamın hansı məqsədlə «direktor»luğa gəlməsi, vəzifədən azad edilməsi, daha doğrusu aradan çıxmaq məqsədi ilətəsisçi Ağasəf İsmayılova yazdığı 21.09.2020-ci il tarixli ərizədən bilinir, sitat: «...işlədiyim 10 il müddətdəmənə heç bir əməkhaqqı ödənilməmişdir».

Bürhan Həmidovla Namiq Hacıyevin və direktor Mirzahid Ağayevin “Magna Trans” MMC-nin fəaliyyəti iləbağlı qanunazidd əməllərinə aydınlıq gətirmək məqsədi ilə, sahibkar Ağasəf İsmayılov üz tutur aidiyyəti dövlət vədigər qurumlara.

Vergılər Nazırlıyınin və 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin vergi cinayətlərinə biganəliyi nədəndir?

İlk öncə, bankdan aldığı çıxarışlardan təsisçi Ağasəf İsmayılova məlum olur ki, 2010-20-ci illər üzrə “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı pul vəsaiti banka mədaxil edilmir, hesabatdan gizlədilir ki, nəticədə külli miqdar məbləğ vergiyə cəlb olunmamış, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayındırılmışdır, yəni cinayət yolu iləmənimsənilərək talanmışdır və indi dədavam etdirilir.

Bu səbəbə, iş adamı Ağasəf İsmayılov təsisçi hüququna malik olduğu “Magna Trans” MMC-nin müvafiq sənədlərinin ona verilməsi üçün müraciətinə 2 saylı Ərazi Vergilər Baş İdarəsində imtina edərək, bildirirlər ki, bu «kommersiya sirridir».
QARALOVUN HİMAYƏT ETDİYİ ŞƏBƏKƏNİN ŞOK ƏMƏLLƏRİ - “AKKORD”-çular “Magna Trans” MMC-ni necə çökdürüblər? » IFADETV.COM - İfadə İnformasiya Agentliyi
Lakin, 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Magna Trans” MMC-dətörədilmiş və indi də törədilən vergi iləbağlı cinayət əməlləri barədəsahibkarın-vətəndaşın rəsmi müraciətinə vəzifə məsuliyyətsizliyi göstərirlər. Vergilər Nazirliyinəmüraciətinə isə, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi bildirir ki, «...24.04.2020-ci il tarixli 2017010021945700 nömrəli müraciətinizə qanunla müəyyən edilmiş müddətdə baxılacaq və nəticəsi barədə Sizə məlumat veriləcəkdir». Nəbaxılır, nə də ki, məlumat verilir. Səbəb həmin MMC-nin «altını-üstünəçevirən» Bürhan Həmidovun üzərindəsabiq baş prokuror Zakir Qaralovun kölgəsinin olması idimi?

Sahibkar isə deyir ki: “MMC-nin hesabları üzrə bankdan çıxarışı alsa, vergi orqanı görər ki, dediklərim düzdür”.

Abşeron rayon prokurorluğu cinayət hadisələrinə dair şikayəti niyə vergi orqanına ötürmüşdür?

Mütəşəkkil dəstə üzvləri tərəfindən sənədləri saxtalaşdırma yolu ilə“Magna Trans” MMC-nin atobuslarını, digər əmlakını satıb dəyərini ələ keçirmə, özbaşınalıq, dələduzluq, mənimsəmə, özgəəmlakını talama, külli mqdarda pul vəsaitini oğurlama əməllərinin törədilməsi barədə Ağasəf İsmayılovun 02.02.2021-ci il tarixli şikayətini Baş Prokurorluq “baxılması və nəticəsi barədə şikayətçiyə bildirilməsi” göstərişi ilə (№ 21-090-01-01-006812) Abşeron rayon prokurorluğuna göndərir.

Abşeron rayon prokuroru Qabil Qasımovun imzaladığı 201-Ş-21 №-li məktubda şikayətçiyə bildirilir ki, “müraciət araşdırılması üçün” 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə(Sumqayıt ş.) göndərilmişdir. Cinayət hadisələri ilə bağlı şikayətinin Baş Prokurorluğun “araşdırmaq” göstərişinə əməl etmədən vergi orqanına ötürülməsi, vətəndaşda təəccüb doğurduğu üçün, eyni məzmunlu şikayətlə təkrarən Baş Prokurora müraciət edir.
İkinci şikayəti də Baş Prokurorluq “yoxlanılması üçün” (№21-0090-01-01-022691) təkrarən Abşeron rayon prokurorluğuna göndərsə də, heç bir tədbir görülmür, heç şikayətçiyə cavab da verilmir. Sahibkar Ağasəf İsmayılov şikayətlərinin nəticəsini öyrənmək məqsədi ilə prokurorluğa və vergi orqanına müraciət edir.

2 Saylı Ərazi Vergilər Baş İdarəsindən (№210202041783700) bildirilir ki,“Abseron rayon prokurorluğundan 18.02.2021-ci il tarixli, 201-9-21 sayll məktub bas idarəyə daxil olmamışdır”. Abşeron rayon prokurorluğu isə ümumiyyətləcavab verməmişdir.

Baş Prokurorluğun “araşdırmaq, yoxlamaq” göstərişi ilə gəlmiş şikayətləri Abşeron rayon prokuroru “araşdırılması üçün” vergi orqanına guya göndərməsi nə ilə izah oluna bilər? Əminik ki, qanunvericiliyin tələblərini prokurora sadalamağa ehtiyac yoxdur. Bircə onu qeyd edirik ki, prokuror köməkçisi Tural Maqsudov 3 aydan artıq icraatında olan şikayətlə bağlı 23.04.2021-ci il tarixdə prokurorluğa gəlmiş Ağasəf İsmayılovun heç izahatını da almır, sadəcə dinlədikdən sonra, “məsləhətləşib mütləq sizə zəng edəcəm” vədi ilə yola salır. Məsləhətləşmənin nəticəsi isə, o oldu ki, şikayətçiyə zəng etməyi söz verən prokuror köməkçisindən bir daha səs çıxmadı.

İş adamı Ağasəf İsmayılov isə bildirir ki, “yoxlanılması Baş Prokurorluqdan tapşırılmış, cinayət hadisələri ilə bağlı şikayətlərimi araşdırmaq əvəzinə Abşeron rayon prokuroru niyə “araşdıdlması üçün” vergi orqanına yollayır? Daha doğrusu, guya yollayır. Çünki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi rəsmi olaraq bildirir ki, elə bir məktub prokurorluqdan idarəyədaxil olmayıb. Prokuror kimi aldadıb, məni, yoxsa öz rəhbərliyini? Kimə qulluq edir: dövlətə-qanuna, yoxsa...”

Sabunçu rayon prokurorluğunun müstəntiqi cinayət işini niyə«yerində saydırır»?

Bürhan Həmidovun ətrafına topladığı mütəşəkkil dəstə üzvləri ilə “Magna Trans” MMC-də özgənin əmlakını ələkeçirməklə mənimsəmə, külli miqdarda pul vəsaitinin hesabatdan gizləməklə oğurlama və digər qanunazidd əməllər barədə iş adamı Ağasəf İsmayılov Daxili İşlər nazirinədə şikayətlə müraciət etmişdi.

Həmin şikayət əsasında DİN Bakı ŞBPİ Sabunçu RPİ-nin İstintaq Şöbəsində 04.11.2021-ci il tarixdəCinayət Məcəlləsinin 178.3.2. (dələduzluq cinayəti) maddəsi ilə210050957 №-li cinayət işi başlanılmışdır. Ağasəf İsmayılov həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
Sabunçu RPİ İstintaq Şöbəsindəaparılmış zəruri istintaq hərəkətləri nəticəsində, cinayət işi daha ağır maddə ilə nəzərdə tutulmuş -
mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş külli miqdarda özgə əmlakını talama - cinayət əməlləri törədilməsinə görəCinayət Məcəlləsinin 179.3.2. maddəsinə tövsif olunaraq, aidiyyəti üzrə davam etdirilməsi üçün Sabunçu rayon prokurorluğuna verilmişdir.

Lakin, Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlov bu ilin mart ayında cinayət işini icraatına qəbul etmiş olsa da, uzun müddət iş üzrə heç bir istintaq hərəkətləri aparmadan özündə saxlayır. Təkcə onu demək yetər ki, 5 ay ərzində iş üzrə zərərçəkmiş şəxs Ağasəf İsmayılovun vermiş olduğu əsaslı vəsatətlər bir-birinin eynisi olan şablon qərarlarla təmin edilmir. Əslində isə zərərçəkmiş şəxsin iştirakı ilə aparılması qaçılmaz və mütləq olan istintaq hərəkətləri yetərincədir.

Bu halda isə Abşeron rayon prokurorluğunun “Magna Trans” MMC-də baş verən cinayət əməllərinədair şikayətləri vergi orqanına ötürməsi yada düşür. Və, haqlı olaraq sual yaranır ki, aidiyyəti üzrə davam etdirilməsi üçün icraatına verilmiş cinayət işini “dalana salmaq” üçün, bəlkə Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlov yollar axtarır?

Elə deyilsə, sabiq baş prokuror Zakir Qaralovun himayədarlıq etdiyi “AKKORD” ASC-nin sabiq direktoru Bürhan Həmidovavə onun mütəşəkkil dəstə üzvlərinə Sabunçu rayon prokurorluğunun bu qədər qayğıkeşlik göstərməsi nədən irəli gəlir? Qoy bu deylənləri biz əsaslandıraq kimsə təkzib etsin.

Zərərçəkmiş Ağasəf İsmayılovun ötən 5 ay ərzində dəfələrlə prokurorluğa gələrək şifahi və yazılı olaraq zəruri istintaq tədbirləri keçirməklə bağlı tələblərini müstəntiq Tural Mürsəlov müxtəlif bəhanələrlə: “qarşı tərəf ərizəyazıb ifadə verməkdən imtina edir”, “üzləşməyə gəlmir”, “qarşı tərəf dəşikayətçidir”, “burda nə var ki, beləçox gəlib-gedirsən”. Bircə onu demək yetər ki, elə zəruri istintaq hərəkətləri var ki, onların hər biri işin mahiyyətinətam aydınlıq gətirər. Müstəntiq Tural Mürsəlov isə, öz hərəkətləri ilə açıq-aşkar qarşı tərəfə sözün əsil mənasında vəkillik edir. Fikir verin ki, mart ayından indiyə kimi, prokurorluğa sözün əsl mənasında “cığır açmış” zərərçəkmiş şəxsi bu müstəntiq necəaldadıb.

Müstəntiq Tural Mürsəlovdan cinayət işinin gedişatı barədə heç bir məlumat ala bilməyən zərərçəkmiş şəxs məcbur olaraq ölkənin İnsan Hüquqları üzrə Müvəkkilə(Ombudsman) müraciət edir.

Və oradan aldığı 22.07.2022-ci il tarixli məktubda bildirilir ki, “müraciətinizlə əlaqədar tərəfimizdən edilmiş sorğuya Baş Prokurorluqdan bildirilmişdir ki, Sabunçu rayon prokurorluğu 19 may 2022-ci il tarixli qərarla iş üzrəicraatı AR CPM-nin 53.1.1. maddəsinə əsasən dayandırmışdır.

İcraatın dayandırılması haqqında 19 may 2022-ci il tarixli qərar əsassız olduğundan Baş Prokurorun Birinci müavini təfindən 04 iyul 2022-ci il tarixli qərarla ləğv olunaraq istintaq davam etdirilir”.

Prosessual qaydalara görə icraatın dayandırılması ilə bağlı qərarın surətini zərərçəkmiş şəxsə də təqdim etmək müstəntiq Tural Mürsəlovun vəzifə borcudur. Cinayət işinin icraatını dayandırması barədə 19 may tarixdə qərar qəbul etməsini prokurorluğa gəlib-gedən zərərçəkmiş şəxsdən gizlətməsi, qərarın surətini ona verməməsi Tural Mürsəlovun Bürhan Həmidova və onun mütəşəkkil dəstə üzvlərinə etməsi, onların cinayət məsuliyyətindən yayınmalarına şərait yaratması deyilsə, bəs nədir?

Niyə və nə üçün bu müstəniq olan şəxsin məsuliyyətsizliyindən vətəndaş başqa qurumlara müraciət etməlidir? Müstəntiqin vəzifə borcunu, məgər İnsan Hüquqları üzrə Müvvəkkil (Ombudsman) yerinə yetirməlidirmi? O isə, kimlərəsə yarınmaq üçün, heç bir əsas olmadığı halda vəzifəsindən sui-istifadə etməklə cinayət işinin icraatını süni yolla dayandırırdığı, bir tərəfə, hələ bunu da zərərçəkmişdən gizlədir. Əgər, belə deyilsə, onda niyəhəmin qərar Baş Prokurorun Birinci müavini səviyyəsində ləğv olunur? Hələ 3-4 ay bundan əvvəl zərərçəkmiş şəxs Ağasəf İsmayılov Baş prokurorluğa müraciət etdiyi şikayətlərdə, müstəntiq Tural Mürsəlovun cinayət işinin istintaqının nəticəsində maraqlı olduğunu və bunu gizlətmədiyini bidirərək, işi yarıtmaz-bərbad hala saldığı üçün ona inamının qalmadığını bildirərək, cinayət işinin Sabunçu rayon prokurorluğundan alınıb başqa hər hansı bir prokurorluqda davam etməsini xahiş etmişdi. Bundan xəbər tutan müstəntiq, zərərçəkmişə eyhamla bidirmişdi ki,“nə oldu, nəyə nail ola bildin?”

Cinayət işinin icraatının dayandırılması ilə bağlı, müstəntiq Tural Mürsəlovun Cinayət Prosessual Məcəlləsinin istinad etdiyi 53.1.1. maddəsində deyilir ki, istintaqı aparılan cinayət işi üzrətəqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda icraat dayandırıla bilər.

Bax elə bununla da zərəçəkmiş şəxsin təkzibolunmaz sübutlarla istintaqa təqdim etmiş olduğu çoxsaylı vəsatətlərin müstəntiq Tural Mürsəlov tərəfindən bir cümlə ilə rədd etməsi bir daha onun işin nəticəsində maraqlı olduğuna sübutdur. “Bir cümlə ilə” ona görə deyilir ki, onun yazdığı qərarlarda verilmiş vəsatətlərlə dair heç bir söz dəyoxdur. 14 və 29 aprel tarixli və hər biri cəmi natamam 2 səhifəlik qərarda vəsatətə aidiyyəti olmayan söz yığnağı, Cinayət Məcəlləsinin 18 ədəd maddələrini iki dəfə sadlamaqla, avtobusların şassi, mühərrik, buraxılış ili, rəngi və sairələri sadalamaqla, məqsəd nədir? Axı vəsatətlərdə bu barədə heç bir tələb yoxdur, əksinəkonkret vəzifə, maddi-məsuliyyət daşıyan 90 (doxsan nəfərə yaxın) şəxslərin dindirilməsi, üzləşdirilməsi tələb olunur. Hər biri çoxsalı cinayət əməllərinin birbaşa şahidləri, bəziləri isə iştirakçıları olan bu “şəxslər müəyyən olunmuşdur” və hər gün “Magna Trans” MMC-də işdə olurlar.

Müstəntiq Tural Mürsəlov vəsatətlərin rəd edilməsinə dair hər iki qərarda cinayət işinin istintaqının CM-nin 178.3.2. maddəsi ilə icra etdiyini göstərmişdir. Bu şəxs hələ bilmir ki, 210050957 saylı cinayət işi Cinayət Məcəlləsinin 179.3.2. maddəsi ilədavam etdirilməsi üçün onun icraatına verilib. Yəqin ki, şərhəehtiyac yoxdur.

Ölkəmizdə sahibkarlığın inkişafı aktual və vacib olduğunu nəzərəalaraq, güman edirik ki bu yazıda qaldırılmış problemin çözülməsi respublika Baş Prokurorluğunun rəhbərliyinin diqqətini cəlb edəcək vəəminik ki, Əfqanıstan Müharibəsi Veteranı, Qarabağ Müharibəsi iştirakçısı, III qrup müharibə əlili, qazi, sahibkar- iş adamı-vətəndaş Ağasəf İsmayılovun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əmlak hüquqları tezliklə bərpa olunacaq.


P.S. “Magna Trans” MMC-dətörətdikləri qanunazidd əməllərin cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə “AKKORD”-çuların növbəti audit-ekspert “işbirliyi müdafiəsinin” uğursuz nəticələri iləbağlı araşdırmamız davam edir. Qarşıdakı günlərdə oxucularımıza daha geniş məlumat vercəyik.

AZƏRBAYCANREALLIĞI.COM
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”