Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq

12:10 23.06.2018 541
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq


Son illər Azərbaycanda qız uşaqlarının sayı getdikcə kəskin şəkildə azalmaqdadır. Bunlar çox ciddi problemlərdən, gələcəyimizlə bağlı təhlükələrdən xəbər verir.

"Oxu.Az"a açıqlamasında millət vəkili, professor Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, qız uşaqları ilə bağlı problemə 25-30 il öncə nadir hallarda təsadüf olunsa da, amma son illər bu problem ciddi şəkildə yaşanmaqdadır və narahatlıq doğurmaqdadır.

"Azərbaycanda hər zaman qadınlara, qızlara, xanımlara böyük ehtiram, hörmət-izzət olub. Kişilərimiz, böyüklərimiz hər zaman Azərbaycan-Türk xanımlarını özlərinin baş tacları ediblər, bunun belə olduğunu deyiblər. Eyni zamanda, peyğəmbərimiz də buyurub ki, cənnət anaların (qadınların) ayaqları altındadır. Yəni, həm millət, həm İslam dinin daşıyıcıları olaraq, bizdə qadınlara böyük dəyər, qiymət verilib.

Düzdür, bəzi ölkələrdə, o cümlədən, müsəlman aləmində qız uşaqlarına qarşı ciddi diskriminasiya halları olub, qız uşaqlarının dünyaya gəlməsinə neqativ münasibət yaşanıb və təəssüflər ki, bu gün də belə hallar var.

Amma Azərbaycanda belə hallar olmayıb, olubsa da, tək-tük, diqqət çəkməyib. Amma son illərə bunu aid etmək olmaz.

Xüsusilə də, gənc ailələrdə qız uşaqlarına, onların dünyaya gətirilməsinə münasibətlə bağlı yanlış yanaşmalar var. İndiki nəslin nümayəndələri olan gənc ailələr ya bir uşağa, ya da bir oğlan uşağına üstünlük verirlər.

Bunun hər ikisi yanlış və zərərlidir. Tək uşaq düşüncəsi də, "yalnız oğlan olmalıdır" düşüncəsi də yolverilməzdir.

Bəzi ailələrdə qız uşaqlarının dünyaya gəlməməsi üçün hər addıma gedirlər, sanki qız uşağının, qız övladının olması ayıb işdir.

Biz bu düşüncə ilə hara gedirik? Sabah oğlanlarımızı evləndirmək üçün qız tapılacaqmı? Tapılmayacaqsa, o zaman nə olacaq, o zaman nə deyəcəyik? Bunları düşünən varmı?

Düzdür, qanunvericilikdə, yəni, abortlarla bağlı müəyyən cəzalar tutulur, amma hesab edirəm ki, bunlar yetərli deyil.

Həm də elə məsələlər var ki, onlar təkcə qanunlarla tənzimlənmir, burada mənəvi qanunlar, qınaqlar, maarifləndirmə, təbliğat da önəmlidir. Xüsusilə, örnək, nümunə sayıla biləcək insanlar, ailələr bu məsələdə qabağa düşməli, insanlarımızı, gənc ailələri maarifləndirməli, onları yanlışlardan çəkindirməlidirlər.

Yoxsa, halımiz gerçəkdən çox mübhəm olacaq"-deyə, millət vəkili sözlərinə əlavə edib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ