Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli Xorvatiya ilə oyunun (0:3) yekunlarını dəyərləndirib.
Zamantv.az apasport.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.
"Azarkeşlərdən üzr istəyirəm. Bu nəticəyə görə mən məsuliyyət daşıyıram. Çox üzgünəm, məğlubiyyəti qəbul etmək mənim üçün ağırdı. Xorvatlara qarşı gücümüzü göstərmək şansımız olmadı" - deyə, o bildirib.
Sampaoli komandada Messinin özünü nümayiş etdirə bilməsi üçün normal mühit formalaşdıra bilmədiklərini də sözlərinə əlavə edib: "Messi bu komandanın kapitanıdı, lideridi. Onun rahat futbolunu oynaması üçün yaxşı şərait yarada bilmədik".
Qeyd edək ki, iki turdan sonra Argentina millisinin aktivində 1 xal var.
Zamantv.az