İspaniyanın "Real Madrid" klubunun qapıçısı Luka Zidan böyük ehtimalla yay transfer dövründə komandanı tərk edəcək.
20 yaşlı qolkiper komandanın yeni baş məşqçisi Xulen Lopeteginin planlarına daxil deyil. Komandanın 3-cü qapıçısı ukraynalı Andrey Lunin olacaq.
Qeyd edək ki, Luka Zidan "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın oğludur. O, başa çatan mövsümdə 1 oyunda meydanda olub və qapısında 2 qol görüb. Z.Zidan postunu mayın 31-də tərk edib.(Report)
Zamantv.az