“GünayBank” ASC-də nələr baş verir və ya Azərbaycanda bank sektoruna nəzarətin zəifliyinin daha bir nümunəsi

10:50 20.06.2018 619
“GünayBank” ASC-də nələr baş verir və ya Azərbaycanda bank sektoruna nəzarətin zəifliyinin daha bir nümunəsi

Bank rəsmiləri Emin Zeynalovun ölkədən qaçması ilə bağlı xəbərləri təkzib edir, amma...

Azərbaycanda növbəti bank fırıldağının üstü açılıb. Belə ki, “GünayBank” ASC İdarə Heyəti sədrinin müavini Emin Zeynalovun bankdan 100 milyon manat götürərək ölkəni tərk etdiyi bildirilir. Belə məlum olur ki, E.Zeynalov “GünayBank”da rəsmi bankçılıq fəaliyyəti ilə yanaşı qeyri-leqal pul dövriyyəsi sxemi də təşkil edib.

Virtualaz.org-un yazdığına görə, bu sxem üzərindən on milyonlarla dollar dövr elətdirib və üstəlik həmin pulları “Forex” beynəlxalq online valyuta mübadiləsi birjasında “fırladıb”, amma bu əməliyyatlarda böyük pullar itirib: “Bankir Emin Zeynalovun 100 milyon manata yaxın pulla ölkədən qaçdığı barədə xəbərimizdən sonra ”GünayBank" ASC-nin Müşahidə Şurasının sədri, xanımı Yeganə Şirinova ilə birlikdə bankın səhmlərinin 90 faizə yaxın hissəsinə nəzarət edən Mahmud Məmmədov saytlardan birində təkzib xarakterli bəyanatla çıxış edib. Bildirib ki, Emin Zeynalovun bankın pullarını götürüb qaçması yalandır, amma onun “xaricdəki biznes tərəfdaşları” qarşısında borcları olub və həmin borclar barədə eşidən kimi Zeynalovu vəzifədən uzaqlaşdırıb".


Hadisə barədə məlumat verən mənbə sayta bildirib ki, E.Zeynalov “GünayBank” ASC-də vəzifəyə keçəndən sonra Bakıda müxtəlif imkanlı şəxslərdən milyonlarla manat yığaraq hesaba alınmamış vəsaitlər qismində bankda dövriyyəyə buraxıb: “Bu qanunsuz pul dövriyyəsinin bankın Müşahidə Şurasının rəhbərinin xəbəri olmadan təşkil edildiyi ağlabatan hesab edilmir. Mənbə bildirir ki, bankda uçota alınmamış pulların dövriyyəsindən böyük gəlirlər əldə etmək mümkün olur”.

Mənbənin bildirdiyinə görə, E.Zeynalovun Mahmud Məmmədova 15 milyon dollar borcu yaranıb. Həmin pulun 8 milyon dollarını onun atası ödəyib. Zeynalovun borclarının ümumi məbləği isə 60 milyon dollar, yəni 100 milyon manata yaxındır. Mahmud Məmmədovun pullarının bir hissəsini geri alandan sonra Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına məlumat verdiyi bildirilir.

Eyni zamanda E.Zeynalova pul verən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ediblər.


Baş verənlər göstərir ki, Azərbaycanda banklara nəzarət kifayət qədər zəifdir. Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deyir ki, belə hadisələr bank sektoru üçün adiləşib artıq: “Belə hadisə yeni deyil. O mənada ki, zaman-zaman banklarda qeydiyyatsız dövriyyənin olmasına dair məlumatlar yayılıb. Hətta məndə olan məlumata görə, bəzi banklarda əmanətlər saxta sənədlərlə rəsmiləşdirilir, amma reallıqda qeydiyyata alınmır, heç əmanətçinin bundan xəbəri də olmur. Bu kimi hadisələrlə bağlı bir neçə dəfə cinayət işi də qaldırılıb, həbslər də olub”.

Ə.Həsənovun sözlərinə görə, qeyri-rəsmi dövriyyədən zərərçəkənlər bir çox hallarda rəsmi şikayət etmirlər: “Pulunu qeyri-rəsmi dövriyyəyə etibar edən insanlar problem yarananda hüquq-mühafizə orqanlarına müraciət etməyərək başqa yollarla işi həll etməyə çalışırlar. Buna görə də biz digər banklarda da olan bu kimi hadisələr zamanı itirilən pulların miqdarı barədə məlumata malik olmuruq”.

Mütəxəssis hesab edir ki, bu hadisə Azərbaycanda bank nəzarətinin zəifliyini ortaya qoyur: “Vaxtilə Mərkəzi Bankın, indi də Maliyyə Bazarlarına Nəzarət Palatasının demək olar ki, heç bir bank nəzarəti yoxdur. Bank nəzarətinin nə üçün lazım olduğunu bilmək lazımdır. Məsələ burasındadır ki, digər biznes fəaliyyətlərinə bu cür nəzarət olmur. Banklara ona görə olmalıdır ki, öz vəsaitlərini deyil, əmanətçilərin, on minlərlə, yüz minlərlə insanın pulu ilə işləyirlər. Müflis bankların fəaliyyətinin təhlili göstərir ki, Azərbaycanda bank nəzarəti formaldır, böyük ehtimalla, korrupsiya var”.

Hüquqşünasın dediyinə görə, Mərkəzi Bankın dövründə işlə peşəkarlar məşğul olurdular, indi isə qeyri-peşəkarlar: “Maliyyə Bazarlarına Nəzarət Palatasının faktiki rəhbəri İbrahim Abışovun bank sahəsində ciddi bir peşəkar, təcrübəli mütəxəssis olduğunu söyləmək qeyri-mümkündür. Ona görə də bankların fəaliyyətinə nəzarət zəifləyib. Belə hallar banklara olan inama ciddi zərbə vurur, əmanətlərin geri çəkilməsinə səbəb olur. Bütövlükdə bank sektoru üçün ciddi zərbədir”.

Ə.Həsənovun fikrincə, E.Zeynalov cinayət əməlini təkbaşına törədə bilməzdi: “Bu adam o işi təkbaşına edə bilməzdi. Mütləq bankın başqa rəhbər şəxsləri də dindirilməlidir. ”StandarBank"da bütün günahları atırlar hazırda ölkədə olmayan Səlim Krimanın üzərinə, halbuki onun 1 milyard manatı təkbaşına dağıtması mümkün deyildi. Nə halətdirsə, belə bank fırıldaqlarında suçlanan şəxslərin hamısı ölkədən qaçmış olur, geri qaytarılması mümkün olmur. Yalnız Cahangir Hacıyev törətdiyi əmələ görə həbs edilə bilib..."
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu