Mehriban Xanım Əliyevaya Açıq məktub

12:20 19.06.2018 1 349
Mehriban Xanım Əliyevaya Açıq məktub

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev cənabları Nazirlikdə baş verən bütün neqativ halları aradan qaldırmaq üçün bir sıra tədbirlər görüb yeni işçi qrupu yaratsa da,

lakin əfsuslar olsun ki, əmək qabiliyyətini itirib əlillik dərəcəsi almaq üçün müraciət edən Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası ilə yaratdıqları süni əngəlliklər nəticəsində əlillik dərəcəsi ala bilməyıən Lənkəran rayon sakinlərinin sayı yetərincədir. Bununla bağlı redaksiyamıza çoxlu sayda müraciətlər olunur.
Lənkəran şəhəri, H. Abdullayev küçəsi, 1 saylı evdə yaşayan Hüseynova Nəzakət Aydın qızı xahiş edib ki, onun Azərbaycan Respublikasının I vitse- prezidenti Mehriban xanım Əliyevaya yazdığı açıq məktubu çatdırmaq üçün yardımçı olaq. Biz də həmin məktubu olduğu kimi veririk. Yəqin ki, aidiyyatı qurumlar vətəndaşlara qarşı əlillik dərəcəsi ilə bağlı süni əngəllikləri yaradan şəxsləri layiqincə tənbeh edər və problem öz həllini tapar.


Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyevaya
Lənkəran şəhəri, H. Abdullayev küçəsi, 1 saylı evdə yaşayan Hüseynova Nəzakət Aydın qızı tərəfindən

AÇIQ MƏKTUB
Hörmətli Mehriban xanım!


Əsası umummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanımızın dünyada müstəqil, demokratik, hüquqi, dünyəvi və sivil bir dövlət kimi tanıdılmasına və sülh, əmin- amanlıq şəraitində yaşamağımıza görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasının I vitse - prezidenti kimi Sizə ünvanlanan müraciətlərin araşdırılıb tədbir görülməsində göstərdiyiniz diqqət və qayğıya görə Sizinlə fəxr edir və qürur duyuruq.

Üzləşdiyim problemlə bağlı Sizə müraciətlər olunsa da, lakin həmin müraciətlər indiyəcən cavablandırılmamışdır. Mən əminəm ki, həmin mürciətlərim Sizə çatmayıb. Yoxsa üzləşdiyim problemə qarşı Siz biganə qalmazdınız. Çünki Siz ana olduğunuz üçün ana qürurunuz buna yol verməzdi ki, bir ana belə maddi və mənəvi əziyyətlərlə üzləşsin. Məktubumun Sizə çatdırılmasına əmin olmaq üçün nəhayət, məcburiyyət qarşısında qalıb, Açıq Məktubla müraciət edirəm.

Hörmətli Mehriban xanım!

Mən 1971- ci il təvəllüdlüyəm, ailəliyəm, 3 övlad anasıyam, ali təhsilli ingilis dili müəlliməsiyəm. 2017- ci ilin yanvarından “beyin insultu” keçirmişəm. Sağlamlığım hələ də bərpa olunmayıb. Müalicəmi ev şəraitində davam etdirirəm. Xəstəliyimlə bağlı mənə əlillik dərəcəsi təyin olunması üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən elektron qaydaları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Tibbi Sosial Ekspert Komissiyasına üm dəfə müraciət olunmuşdur. İki dəfə imtinaya səbəb “xəstənin əlavə müalicəyə ehtiyacı var” olduğu göstərilib.

Sonuncu dəfə isə 12 yanvar 2018- ci il tarixli “Forma 88” nömrəli 0284003AAGCA olan müraciətdə verilən imtinaya səbəb “göndərişin natamam doldurulması” göstərilib. Bununla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, baş həkimin müavini Taleh Məmmədov və poliklinkanın müdiri Zahir Axundov birmənalı olaraq bildiriblər ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlillik dərəcəsi almağımla bağlı göndərişlər tam düzgün doldurulub. Lakin TSEK bilərəkdən imtina verir. Mən sənədlərimin yenidən müracaiət olunması üçün TSEK- ə göndərilməsini xahiş etsəm də, onlar bunu etmədilər.

TSEK- in hazırki rəhbəri Gülnarə Hacıyeva yazdığı cavabda bildirib ki, TSEK yalnız Mərkəzi Xəstəxanaların göndərişlərində xəstələrin xəstəliyi əsasında sənədlərinə rəy verir. G. Hacıyeva əlillik dərəcəmlə bağlı TSEK tərəfindən verilən imtinalarla bağlı konkret olaraq göstərib: “Nəzakət Hüseynovaya 12.01.2018- ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onların rejimdə TSERAS üzərindən “göndərişin natamam doldurulması səbəbilə” əlillik dərəcəsi müəyyən edilməmişdir”. Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Forma 88” saylı sənədi tam doldurandan sonra, xəstə 3 gündən sonra yenidən müraciət edə bilər.

Üzləşdiyim bu qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara müraciət etməyimdən sonra, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi aidiyyatı qurumların diqqətini yayındırmaq və özlərini sığortalmaq məqsədi ilə 25 aprel 2018- ci il tarixində bülletenimi bağladı. Əfsuslar olsun ki, müraciətlərim sanki sirli bir adada itib- batır və heç bir cavab verilmir.

Hörmətli Mehriban xanım!

Mən əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciətlərimi futbol topuna çevirib bir- biri ilə ötür- ötür oyunu oynayan iki komanda, Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən, maddi və mənəvi təqyiqlərə məruz qalmışam. Bu iki komanda ilə mübarizə aparmaqdan, artıq gücüm tükənibdir. Haqq öz yerini hələ də tapmayıbdır. Son anda ümidim, göydə uca Ulu Tanrıya və yerdə Sizədir. Sizdən xahiş edirəm , mövcud maddi durumumu və səhhətimdə olan problemi nəzərə alıb, əlillik dərəcəsi ilə bağlı üzləşdiyim problemin həll olunması üçün aidiyyatı qurumlara müvafiq göstəriş verəsiniz. Qabaqcadn öz minnətdarlığımı bildirirəm.


İmza: Nəzakət Hüseynova
Zamantv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY

09:02

Coşqun Əliyevdən heyrətamiz təqdimat: Süd-qatığ satan dostunu vəzifəyə təyin etdi,o da borcunu BELƏ ÖDƏDİ –FOTOFAKT

19:27

Azərbaycan BRICS-ə yalnız bu halda qoşula bilər...

18:17

İran-İsrail müharibəsi: Azərbaycan nə etməlidir?

17:40

Milli Onkologiya Mərkəzi-nin əməkdaşları rüşvəti necə özbaşına alırlar? - FAKTLAR

16:42

“Paşa Bank” Rövşən Lənkəranskinin qardaşını məhkəməyə verdi - BUNA GÖRƏ...

15:20

İtaliyanın Venesiya şəhəri ərazisində erməni adası üzə çıxdı?.. - DƏLİXANADIR, VALLAH...

14:06

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb - İLGİNC FAKT

12:17

"Azər Kərimov məni səhv əməliyyat edib..." - GİLEY

11:55

3 saylı xüsusi internat məktəbində təhsildən başqa NƏ DESƏN VAR - VİDEOFAKT

11:12

Lerikdə 1.2 milyon manat vəsait necə yoxa çıxıb?

10:28

Müştəriyə süfrə əvəzinə divar kağızı satdılar... - BU NƏDİ BELƏ?!

09:54

Rəsmən qəsdimizə DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...