Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.
Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
(Videonu facebook-da Zəminə Əliyeva paylaşıb)
Zamantv.az