Ermənistan bir neçə Su-30SM qırıcısı alır?

12:00 18.06.2018 603
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?


Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində İrəvan ətrafındakı “Erebuni” hərbi aerodromunda Su-30SM çoxməqsədli qırıcısının pilot kabinəsində çəkilmiş fotosunu paylaşıb. Bildirib ki, hazırda dünyanın ən yaxşı qırıcılarından birinin kabinəsindədir.

Dərhal sual yaranıb: Rusiyanın 3624-cü aviabazasının yerləşdiyi “Erebuni” aerodromunda Su-30SM qırıcısı haradandır? O, Rusiya Hava-Kosmik Qüvvələrinə məxsusdur, yoxsa Ermənistana verilib?

Virtualaz.org xəbər verir ki, “Regnum” erməni agentliyi bu məsələ ilə maraqlanıb. Ermənistan Müdafiə Nazirliyindəki mənbə deyib ki, İrəvan Rusiyadan bir neçə Su-30SM qırıcılarının alınması üçün danışıqlar aparır, üstəlik bu danışıqlar xeyli irəliləmiş vəziyyətdədir. Müqavilənin yaxın 1-2 ildə imzalanması gözlənilir.

Ermənistanın Su-30SM qırıcıları alacağı haqda şaiyələr hələ 2016-cı ildə erməni KİV-lərində yayılmışdı. Mənbə bildirib ki, Nikol Paşinyanın kabinəsində şəkil çəkdirdiyi qırıcı Rusiyaya məxsusdur. Çox güman ki, Rusiya bu qırıcını təlim-məşq uçuşları üçün aviatexnika qrupunun tərkibində göndərib, eyni vaxtda qırıcının imkanlarını Ermənistan rəhbərliyinə nümayiş etdirmək istəyib.

Su-30SM qırıcısı 4++ sinfinə aiddir, yəni F-22, F-35, Su-57 kimi 5-ci nəsil qırıcılara yaxn hesab edilir. O, həm havada üstünlüyü təmin edə, həm yerüstü hədəflərə yüksək dəqiqlikli raketlərlə zərbələr endirə bilər. Rusiya Hava Kosmik Qüvvələrinin silahlanmasında 100-ə yaxın belə qırıcı var. Hindistan da Rusiyadan 272 Su-30SM qırıcısı alıb.

Ermənistana gəldikdə hazırda bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı aviasiyası yoxdur, cəmi 15 Su-25 hücum təyyarələrinə malikdir. “Erebuni”dəki Rusiya aviabazasında isə 18 MiQ-29 qırıcısı dislokasiya olunub. Azərbaycan isə həm çoxsaylı Su-25 döyüş təyyarələrinə, həm MiQ-29 qırıcılarının modernizə edilmiş eskadrilyasına malikdir. Azərbaycanın Ermənistan üzərində havada açıq üstünlüyü xarici hərbi ekspertlər tərəfindən də tanınır. Ermənistan indiyə qədər Azərbaycanın havada üstünlüyünü hava hücumundan müdafiə sistemləri ilə kompensasiya etməyə çalışırdı. Lakin Azərbaycanın İsraildən müxtəlif tipli zərbə-kəşfiyyat pilotsuz təyyarələri alması Ermənistanın HHM sisteminin dayanıqlığını şübhə altına alır. Çünki zenit kompekslərinin mövqeləri pilotsuz təyyarələrlə aşkar edilib məhv edilə bilər.

Digər tərəfdən Azərbaycan Pakistan-Çin birgə istehsalı olan JF-17 qırıcılarının böyük partiyasını almaq üçün çoxdandır danışıqlar aparır. Məlumatlara görə bu təyyarələrin Azərbaycanın sifarişi ilə daha geniş imkanlara malik olan versiyalarının hazırlanması gözlənilir. Nəticədə Ermənistan havada hansısa müqavimət imkanlarına malik olmaq üçün ola bilsin doğrudan da Rusiyadan güzəştli qiymətə bir neçə Su-30SM qırıcısı almaq istəsin. Amma Rusiyanın Ermənistanın indiki rəhbərliyi ilə bağlı şübhələrinin qaldığı bir vaxtda bu texnikanın İrəvana verilməsi ağlabatan görünmür.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu