Maaş az, cərimə çox: Cibimizi cərimələr də boşaldır

11:50 18.06.2018 662
Maaş az, cərimə çox: Cibimizi cərimələr də boşaldır

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği yüksəkdir. Hətta o qədər yüksək ki, cərimələr əhalinin orta gəlirinə uyğun götürülməyib. Bunu ekspertlər də bildirir. Hesab edirlər ki, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan istənilən cərimənin məbləği əməkhaqqına adekvat deyil.

Yol hərəkəti qaydalarını pozmağa görə cərimələrin məbləği 10 manatdan başlayaraq 4000 manata qədər gedir. Təbii ki, bu cərimələrin məbləği növünə görə dəyişir. Məsələn, 60 manatlıq cərimə növü var. Bir sürücü ayda ən azı 3-4 dəfə hansısa yol hərəkəti qaydasını pozarsa və 60 manatdan olan cəriməni ödəyərsə, bu, ayda 180-240 manat pul edir. Başqa sözlə, aylıq gəliri 350-400 manat olanlar üçün bu, heç də büdcəyə uyğun deyil. Əlbəttə ki, 100 manat və daha yuxarı məbləğlərdə də cərimələrin tətbiqi əhalinin gəlirlərinə adekvat olmur.

“10 min manatlıq cərimə...”

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Cümhuriyət” qəzetinə bildirib ki, ümumiyyətlə, Azərbaycanda müvafiq cərimələr həddən artıq yüksəkdir. Azərbaycanda sürücülər üçün 10 manatlıq cərimə var:

“Sürücünün sürət həddini 10-20 kilometr rastlaşmaya görə, eləcə də parklanma qaydalarının bəzilərinə görə də 10 manat cərimə nəzərdə tutulub. Avtomobildə dərman qutusundan istifadə etməməyə görə də 10 manat cərimə tətbiq olunur. Dayanma-durma ilə bağlı 20 manatlıq cərimələr var. Cərimələr çox fərqlidir. 10 manatdan başlayır və sürücünün törədə biləcəyi konkret elə xəta var ki, 4000 manata qədər cərimə tətbiq olunur. Qayda pozuntuları fərqli olduğuna görə orada cərimələrin məbləği də fərqlidir. Hər qayda pozuntusuna görə uyğun yanaşmaq lazımdır. Cəmiyyətdə fikirlər və yanaşmalar da eyni deyil. Təkcə yol-hərəkəti qaydalarına görə deyil, digər cərimələr də daha çoxdur. Əhalinin diqqətini daha çox yol-hərəkəti qaydaları cəlb edir. Məsələn, küçələrdə quraşdırılan reklam qurğularını icazə almadan dəyişməyə görə 10 min manat cərimə var. Bu fantastik və heç kimə gərək olmayan bir şeydir”.

Ekspert vurğulayıb ki, cərimələrin məbləği ilə bağlı adekvatlıq və optimallıq yoxdur:

“Cərimə məbləğləri müəyyən edərkən sanksiyanın mahiyyəti, onun hüquq pozuntusunun törədilməsinə, törədilmə şəraitinə təsiri tam təhlil olunmur, nəzərə alınmır. Belə problemlər var. Hətta bu zaman sanksiyaya məruz qalacaq fiziki və hüquqi şəxslərin maddi durumu və bu sanksiyalar tətbiq olunandan sonra onların məruz qalacağı itkilər nəzərə alınmır. Bu məsələdə çox ciddi boşluqlar var. Bir sözlə, sistemsizlik mövcuddur”.

“Hədəfləyici nəticələrə gedəkmi?”

Ərşad Hüseynov hesab edir ki, tək yol hərəkəti qaydaları deyil, ümumiyyətlə, sanksiyanın həddi müəyyən olunarkən onun səmərəliliyi, yəni hədəflədiyi nəticələr önə çəkilməlidir:

“Hədəfləyici nəticələr də nədir? Adamı hüquq pozuntusundan çəkindirmək, amma onu bu zaman müflis eləməkdir.Çünki cərimədən söhbət gedirsə, bu fiziki şəxsə, hüquqi şəxsə və təşkilata da tətbiq olunur.İkincisi, həmin sanksiyanın ödənilə bilən olmasıdır.Elə cərimələr var ki, onu hər hansı hüquqi şəxsə tətbiq etsək, onu ödəyə bilməyəcək.Çünki həmin hüquqi şəxsdə bu məbləğdə sərbəst vəsait yoxdur.Bu hardasa əmlakını satıb, cəriməsini ödəməlidir.Amma bu da heç kimə lazım deyil. Təsəvvür edin ki, sürət yarışı təşkil edib avtoxuliqanlıq edən şəxs üçün 2000 manatdan 4000 manata qədər cərimə və 3 ay həbs var. Düzdür, həbs alternativdir. Tutaq ki, məhkəmədə müəyyən ediblər ki, bu adamın pulu yoxdur, demək ki, onu həbs etməlidirlər.Amma məhkəmə onu həbs etmədi. Yaxud da elə bir adam ola bilər ki, onu həbs etmək olmaz. Qanunda da belə şeylər var. Onda ona cərimə təyin edilir. O adam həmin cəriməni necə ödəsin? Avtoxuliqanlıq olmasın, başqa bir şey olsun, söhbət ondan gedir ki, sanksiya o vaxt səmərəli olur ki, hüquq pozuntularının qarşısının alınmasında insanları, təşkilatları bu pozuntulardan çəkindirmək real rol oynayır.Bu zaman onun icra edilməsi mümkün olur və tətbiqetmə imkanları olur.Həmçinin tətbiqetmə zamanı insan müflis olmur.Bundan ötrü isə məsələlər araşdırılmalı, hesablanmalı və təhlil edilməlidir.Cərimələri qaldırmağın məqsədi kimisə qorxutmaq yox, məsuliyyət hissini artırmaq olmalıdır.Tutaq ki, 100 manatlıq cərimədənsə, 20 manatlıq cərimə tətbiq olunar və hüquq pozuntusunu törədən hər kəsə bu cərimə şamil olunar.Hamı bilər ki, hüquq pozuntusunu törədəndə 20 manatlıq cərimə mütləq olacaq.Amma 100 manatlıq cərimə tətbiq ediləndə, az qala şəxsin aylıq qazancının dorddə biri gedir”.(Cebhe.info)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...