Moskvada avtomobilin piyadalara çırpılması nəticəsində 2 Azərbaycan vətəndaşı yaralanıb - VİDEO - FO
Gündəm / Dünya
12:1017.06.2018511
Moskvanın mərkəzində taksi xidməti göstərən sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır.
Zamantv.az apa-ya istinadən bildirir ki, son məlumata əsasən, qəza nəticəsində 7 nəfər xəsarət alıb, sürücü saxlanılıb.
Məlumata görə, xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir ukraynalı şəxs var.
İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.