Bakıda aksiya, sakinlər yolu bağladı

17:30 14.06.2018 628
Bakıda aksiya, sakinlər yolu bağladı


"Yeni Bakı"lılar evlərinə gedən yolu bağladılar. Şəhərcik sakinləri su problemindən narazıdır".

İyunun 13-də axşam saatlarında Masazırın "Yeni Bakı" adlanan şəhərciyinin sakinləri evlərinə gedən yolu bağlayıblar. Səbəb 10 gündən artıq müddətdir ki, şəhərciyə gələn içməli suyun kəsilməsidir.

Əraziyə çoxlu sayda polis gəlib. Onlar sakinləri dağıdaraq, yolu açıblar. Ancaq sakinlər evlərinə getməyiblər. Nəticədə Masazır bələdiyyəsinin sədri Siyanifər Əliyev, Masazır qəsəbəsinin icra nümayəndəsi və "Azərsu" ASC rəhbərliyindən gəliblər. Sakinlərə suyun niyə gəlməməsinin səbəbini açıqlayıblar.

"Yeni Bakı" sakini Suraman Xəlilova su probleminin hər il təkrarlandığını söyləyir. Deyir, bu il də hər il olduğu kimi 10 gündən artıqdır su gəlmir. Ancaq burada ev alanda onlara suyun 24 saat olacağını söyləyiblər:

"Odur ki, heç kim evinə su çəni qoymayıb. İndi 10 gündür su yoxdur. Gündə 1-2 saat açırlar, o da zəif. Yayın istisində 1-2 saatla nə olandır? Komendanta zəng edirik, deyir: "bizlik deyil, "Azərsu"nun problemidir". "Azərsu"ya zəng edirik, deyirlər, problem sizin şəhərcikdən qaynaqlanır. Bir həftə səsimizi çıxarmadıq, dözdük. Çünki söz verdilər ki, həll ediləcək. Daha dözə bilmirik. Biz şəhərdən evimizi satıb bura suya, yaşıllığa görə köçmüşük. Bu, nə bəladır açırlar başımıza?"

Xuraman Xəlilova deyir ki, burada yaşayanların hamısı kasıb insanlardır. Özləri öz problemlərini çözəcək durumda deyillər:

"Biz nə qədər çimmək üçün kiminsə qapısına getməliyik? Bir ətək kommunal haqqı veririk, bir qəpik verməyəndə deyirlər, hamısını ödəməlisən, yoxsa işığını kəsəcəyik. Əhali çoxaldıqca, su problemi də artır. Burada yaşayanların hamısı kasıb camaatdır. İmkanımız olsa, özümüzə su tədarükü görərik, bura yığışmarıq. Komendanta da nəsə deyirsən, deyir, burada mənəm, Bağdadda kor xəlifə. Hara istəyirsiniz, şikayət edin".

Sakinlərdən Samir Əliyev problemləri ilə bağlı indiyə kimi çox yerə müraciət etdiklərini söyləyir. "Azərsu"ya, komendanta, icra hakimiyyətinə. Ancaq şikayətlərinə baxan olmayıb:

"Məncə, işığa qənaət etmək üçün belə edirlər. Onların su hovuzları var. Günə həmin motorlara 10 saat fasilə verəndə aya 5 min manat qabağa düşürlər. 10 gündən artıqdır susuz qalmışıq. Çəni olan istifadə edir, biz qalmışıq pis vəziyyətə. Ümumiyyətlə, buradakı komendantlıq da qanunsuz fəaliyyət göstərir. Onları heç kim seçməyib".

Rafael Orucov da şikayətçidir. Deyir, su gəlmədiyi üçün yaşayışları iflic duruma düşüb:

"Necə olur burada yaşamayan adamdan kommunal haqqı alırlar ancaq indi yaşadığımız halda, suyumuzu kəsirlər? Su olmayanda da həyat sönür. Gündə 1-2 saat gəlir. Onda da qabı-qaşığı doldururuq. Evdə uşaq var, böyük var, çatmır gün ərzində".

Zaur Hüseynov da "Yeni Bakı" sakinidir. Deyir, qapılara bildiriş vurulmuşdu ki, müvəqqəti narahatçılıqdır. Bir neçə gün də olmayacaq:

"Müvəqqəti narahatlıq dönüb olub daimi narahatlıq. Komendantlığa zəng edirik, normal cavab yoxdur. İşdən gəlirik, su yoxdur. Belə yaşamaq olmur axı".

Şəhərciyin komendantı Ehtiram Yusifov problemin "Azərsu" ASC ilə bağlılığını, suyun təzyiqinin aşağı olduğu, "Yeni Bakı" şəhərciyi isə yüksəklikdə yerləşdiyi üçün belə problem yarandığını söyləyir.

Əraziyə gələn "Azərsu" ASC-nin nümayəndəsi sakinlərə açıqlamasında problemin onlarla bağlı olmadığını söyləyib:

"Ətrafdan "Azərsu" ASC-nin böyük həcmli boruları keçir. "Yeni Bakı" şəhərciyinə gələn su borularının ölçüsü kiçik olduğundan təzyiqi aşağıdır və nəticədə su problemi yaşanıb. Biz şəhərcik nümayəndələrini sabah "Azərsu" ASC-yə dəvət etmişik. Tezliklə bir çıxış yolu tapıb, probleminizi həll edəcəyik".

Masazır bələdiyyəsinin sədri Siyanifər Əliyev isə bildirib ki, problem hər nədirsə, tezliklə həll edilməlidir:

"Yayın istisində susuzluq çətindir. Hər halda aidiyyatı qurumlar bir yolunu tapıb, həll etməldirilər. Biz də əlimiz çatan hər yerə müraciət etmişik. Ümid edirəm, problem tezliklə həllini tapacaq". (meydan tv)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM