Ermənistana təzyiq başladı – Moskva qaza “basır”...

11:12 14.06.2018 517
Ermənistana təzyiq başladı – Moskva qaza “basır”...


Rusiya işğalçı ölkəyə satdığı mavi yanacağı bahalaşdırır – kritik gəlişmə; erməni nəşri: “Bu, Ermənistanın yeni rəhbərliyinə təzyiqdir, qiymət qalxsa, indiki hakimiyyətin reytinqi düşəcək”; Paşinyanın “qanının arası”na hələ ki, çempionat girir, çünki...

8 maydan sonra Rusiya-Ermənistan münasibətləri qeyri-müəyyən olaraq qalır. Həmin tarixdə baş nazir seçilən “gizli qərbçi” Nikol Paşinyan hələ ki müttəfiq Rusiya ilə münasibətləri əvvəlki yüksək səviyyədə necə saxlamaq barədə baş sındırır. Çünki bir “ayağı” Qərbdə olan Paşinyanı Moskva artıq ilkin olaraq “dişinə vurub”.

Rusiya belə görünür, Ermənistanda gedən siyasi proseslərə daha seyrçi qalmaq niyyətində deyil. “Yeni Müsavat” xəbər verir ki, artıq Moskvanın bu yöndə hərəkətliliyi müşahidə olunmaqdadır. Məsələn, dünən “Jamanak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Rusiya Ermənistana satdığı qazı bahalaşdırmaq istəyir. “Bu, Ermənistanın yeni rəhbərliyinə təzyiq vasitəsidir”, - deyə nəşr təlaşla qeyd edib.

Qəzet yazıb: “Rusiya Ermənistan üçün təbii qazın qiymətini 2018-ci ilin sonunadək min kub metr üçün 150 dollar müəyyən edib. İndi isə sərhəddə qazın qiymətinin dəyişə biləcəyinə işarə edərək, Ermənistanın yeni rəhbərliyini yola gətirmək üçün ona təzyiq etməyə çalışır. Rusiyanın planı aydındır - qaz bahalaşsa, bu, indiki hakimiyyətin reytinqinə neqativ təsir edəcək”.

Bu şəksiz ki, belədir. Nədən ki, təbii qaz strateji əhəmiyyətli enerji daşıyıcısıdır və onun bahalaşması avtomatik şəkildə kasıb ölkədə yeni bahalaşma dalğası yaradacaq. Məsələ həm də ondadır ki, Ermənistan alternativ İran qazından da istifadə edə bilmir. Çünki işğalçı ölkədə qaz təchizatı və qazpaylayıcı sistem bütünlüklə Rusiyanın “Qazprom” şirkətinin mülkiyyətidir. Yəni monopoliya məsələsi. Eləcə də iqtisadiyyatın digər sahələri, olan-qalan böyük müəssisələr Rusiyanın nəzarətindədir.

****

Maraqlıdır ki, məhz baş verənlər fonunda Nikol Paşinyan dünən İrəvanda Rusiyanın Ermənistana yeni təyin olunan səfiri Sergey Kopırkinlə görüşüb. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin perspektivi diqqət mərkəzində olub.

Görüş zamanı Paşinyan səfirə “Rusiya ilə Ermənistan arasında dostluq və müttəfiqlik münasibətlərində yeni mərhələnin başladığını” deyib. İkitərəfli əlaqələrin bütün sferalar üzrə inkişafında ölkəsinin maraqlı olduğunu söyləyib. Bir daha Ermənistandan ötrü KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində qalıb əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıb.

Diqqət edildisə, artıq bununla neçənci dəfədir ki, Nikol Paşinyan sanki suçlu kim Rusiya rəsmiləri ilə görüşdə işğalçı ölkənin yeni rəhbərliyinin Kremlə sadiqliyini sübut eləməyə çalışır. Görünür, Paşinyan özü də yaxşı bilir ki, Moskva onun səmimiliyinə inanır. İnanmamaqda da haqlıdır. Paşinyanın öz komandasını müstəsna olaraq qərbyönlü kadrlardan, hətta Putini söyənlərdən təşkil eləməsi, Təhlükəsizik Şurasına belə “Amerikanın adamı”nı rəhbər qoyması ad özlüyündə çox şey deyir.

Pashinyan ile ilgili görsel sonucu

Bu üzdən hələ ki, Qərblə də möhkəm əlaqələr qura bilməmiş baş nazir Paşinyan Rusiyanın Ermənistanın yeni hökumətini gözdən salmaq üçün bəzi preventiv tədbirlər görəcəyindən ciddi şəkildə təlaşlanır. Söhbət iqtisadi xarakterli təzyiq rıçaqları, qaz şantajı ilə yanaşı, əlbəttə ki, Qarabağ məsələsində İrəvanı qəliz duruma salmaqdan gedir. Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləməsinə Rusiyanın susqun reaksiyası bunun anonsu sayıla bilər.

*****

“Dağlıq Qarabağ və ya sərhədyanı regionlarda işğalçı Ermənistana qarşı müəyyən əməliyyatların bundan sonra da başlaması ehtimalı yüksəkdir”. Bu sözləri Azərbaycan ordusunun son Naxçıvan əməliyyatı ilə bağlı bəzi suallara aydınlıq gətirərkən ekspert Natiq Cəfərli deyib (axar.az). Onun sözlərinə görə, Paşinyanın son zamanlar Ermənistanda hüquq-mühafizə sistemində ciddi dəyişikliklərə start verməsi Moskvanı əməllicə qıcıqlandırıb.

“Rusiya Paşinyanın komandasının hakimiyyətə gəlməsinə və hər hansı formada Ermənistanda bütün situasiyanı nəzarətə götürməsinə çox sakit yanaşdı. Çünki elə zənn edilirdi ki, Paşinyanın komandası Rusiya ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olacaq. Paşinyan ilk xarici səfərini Rusiyaya edərək Putinlə görüşsə də, sonradan apardığı bir çox təyinatlar Moskvada qıcıq yaratdı. Belə ki, Paşinyan Ermənistanda bir neçə açar vəzifəyə antirusiya əhval-ruhiyyəsini gizlətməyən gənc kadrları təyin etdi. Açığı, Paşinyanın Ermənistanda hüquq-mühafizə sistemində ciddi dəyişikliklərə start verməsi Rusiyanın xoşuna gəlmir. Rusiya Ermənistanda təhlükəsizlik sektoruna nəzarət etməyə xüsusi önəm verir. Paşinyanın atdığı addımlar Moskvada ciddi qıcıq yaratdığından Rusiya Azərbaycanın Naxçıvanda apardığı əməliyyatlara qarışmadı. Bu fonda Dağlıq Qarabağ və ya sərhədyanı regionlarda işğalçı Ermənistana qarşı müəyyən əməliyyatların bundan sonra da başlaması ehtimalı yüksəkdir”, - deyə o qeyd edib.

Sergey Kopırkin ile ilgili görsel sonucu

Ekspertə görə, Azərbaycanın növbəti əməliyyatlarında Rusiyanın da rolu olacaq: “Çünki Azərbaycan ordusu son illər kifayət qədər güclənib. Qarabağda genişmiqyaslı əməliyyatların başlamaması məhz Rusiya faktoru ilə bağlıdır. Ancaq indi situasiya dəyişib. Əgər Rusiya bu dəfə də Azərbaycana mane olmasa, ordumuz daha kəskin addımlar atacaq. Bu nöqteyi-nəzərdən gələcəkdə Azərbaycan ordusunun müəyyən əməliyyatlara başlaması ehtimalı artır. Ümumiyyətlə, Kremlin bir növ Naxçıvanla Paşinyana müəyyən mesajlar verdiyini və Ermənistanın yeni rəhbərliyini Rusiyanın maraqlarından kənar addımlar atmaqdan çəkindirməyə çalışdığını düşünürəm. Hesab edirəm ki, Rusiya Azərbaycanın növbəti əməliyyatlarına da qarışmayacaq və bu, Paşinyan hökumətinə növbəti mesaj xarakteri daşıyacaq. Nə qədər ki, Paşinyan hökuməti Rusiyanı qıcıqlandıracaq addımların sayını artıracaq, o zaman müttəfiqlərin araları da dəyəcək. Bu isə Azərbaycanın strateji maraqlarına uyğundur”.

Kreml ile ilgili görsel sonucu

Ekspertin qənaətincə, Paşinyan Rusiyanın maraqlarını təmin edəcək addımlar atmasa və Avropa ilə intensiv şəkildə yaxınlaşsa, o zaman Rusiya Qarabağla bağlı Azərbaycana yaratdığı maneələri hissə-hissə aradan qaldıra bilər. “Azərbaycanın müxtəlif kanallar vasitəsilə Rusiya ilə kifayət qədər sıx əlaqələri var”, - deyə o əlavə edib.

*****

Qeyd edilənlərdən belə qənaət hasil olur ki, əslində Moskva Paşinyan və komandası ilə bağlı konkret plan üzərində düşünür. Ancaq Qərbi qıcıqlandırmamaq üçün bu plan yəqin ki, Rusiyadakı futbol çempionatı bitməmiş işə salınmayacaq. Necə deyərlər, erməni baş nazirin “qanının arası”na hələ ki, çempionat girir...

“Yeni Müsavat”ın analitik xidməti
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi