Tiflisdən Bakı və Ankaraya qarşı erməni gedişi - nonsens

11:10 14.06.2018 481
Tiflisdən Bakı və Ankaraya qarşı erməni gedişi - nonsens


Qərb qonşumuzdan gözlənilməz de-marş; Gürcüstan rəhbərliyinin TANAP-ın açılış mərasiminə qatılmamasının sirri; Tiflis “oturduğu budağı” niyə kəsir? Gürcüstan XİN-dən müəmmalı mövqe...
İyunun 12-də Türkiyənin Əskişəhər məntəqəsində Cənub Qaz Dəhlizinin ikinci mühüm həlqəsi olan TANAP-ın təntənəli açılış mərasimi oldu. Bölgə və Avropa üçün olduqca mühüm önəm daşıyan açılış törəni Azərbaycan, Türkiyə, Ukrayna və Serbiya prezidentlərinin iştirakı ilə baş tutdu. Ancaq nədənsə Gürcüstanın prezidenti və ya baş naziri törəndə görünmədilər. Bu da haqlı suallar yaratdı.

Birinci ona görə ki, Ukrayna və Serbiyadan fərqli olaraq qonşu Gürcüstan CQD layihəsinin əsas iştirakçılarından və tranzit ölkələrindən biridir. Təsadüfi deyil ki, 3 il öncə - 2015-ci ilin martında Türkiyədə (Qarsda) TANAP-ın təməlqoyma mərasiminə prezident Georgi Marqvelaşvili şəxsən qatılmışdı. O zaman daha önəmli hadisə sayılan açılış mərasimində niyə o və yaxud baş nazir Georgi Kvirikaşvili gözə dəymədi? (Xatırladaq ki, Gürcüstan prezidentinin törənə gələcəyi barədə öncədən rəsmi məlumat yayılmışdı, Ərdoğan xüsusi dəvət göndərmişdi).

İkincisi, Serbiya və Ukraynadan fərqli olaraq, Əskişəhərin iki addımlığında olan Gürcüstanın prezidenti və ya baş naziri üçün səfərlə bağlı hansı əngəl, yaxud daha vacib iş ola bilərdi ki? Məlumatlara görə, Gürcüstanda adi etirazlardan savayı hazırda heç bir ciddi gərginlik, siyasi təlatüm yaşanmır. Ölkədə bu günlərdə böyük, qlobal tədbir də düzənlənməyib. Amma səfər qəfildən təxirə salındı və TANAP-ın açılışına yalnız Gürcüstanın Türkiyədəki səfiri İrakli Koplatadze qatıldı.

*****

“Mövcud gündəmlə bağlı TANAP-ın açılışında yüksək səviyyədə iştirak mümkün olmadı”, “Yeni Müsavat”ın gürcü rəsmi mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan XİN-in məsələ ilə bağlı yaydığı izahatda bildirilir.

“Azərbaycan və Türkiyə ilə birgə Gürcüstan digər layihələr kimi, bu layihəyə də fəal şəkildə qoşulub və Xəzərin enerji resurslarının Qərbə daşınmasında da Gürcüstanın rolu olduqca mühümdür. Eyni zamanda XİN Gürcüstan prezidentinin gündəliyi ilə bağlı informasiyaya malik deyil”, - deyə diplomatik idarənin yaydığı quru bəyanatda qeyd olunur.

Öz növbəsində prezident administrasiyasından bildirilib ki, Marqvelaşvilinin Türkiyəyə səfəri nəzərdə tutulubmuş, ancaq “iş qrafiki onu reallaşdırmağa imkan verməyib”. Qəribədir, deyilmi? Bundan vacib iş?

Diqqət edildisə, XİN-in açıqlamasında əsas məsələ kənarda qalıb, Gürcüstanın bölgədəki rolu qabardılıb. Yəni “onsuz da Gürcüstansız bu layihələr mümkün ola bilməzdi” məntiqi, Bakı və Ankaraya minnət qoymaq cəhdi. Halbuki bu qəbildən layihələrin ən böyük xeyrini elə Gürcüstan görür - böyük paralar xərcləmədən böyük gəlirlər əldə eləməklə.

Üstəgəl, bu gün Azərbaycan və Türkiyə Gürcüstana ən çox sərmayə yatıran ölkələrin başında gəlir. Bu isə on minlərlə iş yeri deməkdir. Gürcüstan ordusunun yenidən qurulmasında isə NATO üzvü Türkiyənin rolu əvəzsizdir. Amma qarşılığında?

AzÉrbaycan vÉ TürkiyÉ Gürcüstan TANAP ile ilgili görsel sonucu

Qarşılığında nankor gürcü rəhbərliyinin işğalçı Ermənistanla daha isti münasibətlərə can atdığını görürük. Ermənistanın yeni avantürist baş naziri Nikol Paşinyanın Gürcüstanda necə təmtəraqla qarşılandığını yada salmaq yetər. Ona hətta separatçı bölgə olan Cavaxetiyaya getməyə belə şərait yaratdılar. Biz hələ rəsmi Tiflisin işğal altındakı Abxaziya və Cənubi Osetiya ərazisindən Ermənistana dəhliz açmağa çalışmaqla Azərbaycana və Türkiyəyə arxadan zərbə vurmaq səylərini demirik. Gürcülərin çörəyi doğrudan da dizlərinin üstündə imiş...

*****

AzÉrbaycan vÉ TürkiyÉ Gürcüstan TANAP ile ilgili görsel sonucu

Bəzi məlumatlara görə, rəsmi Tiflisin Bakı və Ankara əleyhinə belə bir de-marşı, daha doğrusu, ermənisayağı gedişi Rusiya amili ilə də bağlı ola bilərdi. İddialara görə, son vaxtlar rusiyayönlü Bidzina İvanişvilinin hökumətdəki “uşaqları” Gürcüstanla Rusiya arasında yaxınlaşmağa çalışırlar. TANAP, CQD isə bəllidir ki, Moskvanın strateji maraqlarına cavab vermir, çünki Avropanın Rusiya qazından asılılığını azaldacaq kəmərdir.

Lakin bu iddia ciddi görünmür. Ən azı ona görə ki, Putinin özü bu kəmər haqda pozitiv açıqlama vermişdi və üstəlik, deyildiyi kimi, Marqvelaşvili TANAP-ın təməl qoyma mərasimində iştirak edib. Bundan əlavə, az öncə məhz Kremlin təhriki ilə Suriya separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. O zaman motiv nə? Nədən gürcü tərəfi hadisənin önəminə kölgə salmağa çalışdı və Bakı və Ankarada özünə qarşı yersiz inamsızlıq yaratdı?

*****

Gürcüstan prezidenti ile ilgili görsel sonucu

“Belə görünür ki, Tiflis özünün nikbin gözləntiləri ilə Moskvada qıcıq yaratmaq istəmir - ki, nəhayət, Rusiya ilə əlaqələrin bərpasına nail olsun. Gürcü vətəndaşlar üçün Rusiyaya vizanın ləğvi, iqtisadi əlaqələrin reanimasiyası əlbəttə ki, inqilabi hadisələr sayıla bilər. Ancaq ”Türk axını"na rəqib olmayan TANAP-ın buna nə dəxli?" “Yeni Müsavat”ın məlumatına görə, bu barədə siyasi icmalçı Tofiq Abbasov minval.az-dakı şərhində yazıb.

“Ermənistana münasibət məsələsi də var. Əgər Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərlə anlaşma olsa, Ermənistan Gürcüstana ”güclü dividend axını", Tiflis isə tranzit qazancları qarşılığında İrəvana kömək vəd edir. Bununla da o, Bakıya arxadan zərbə vurur. Ancaq Moskva və İrəvanla oyun oynayan gürcü başbilənləri arıquşunu da əldən buraxa bilərlər, nəinki mifik durnanı tuta bilərlər. Yəni öz mövqeyindən sui-istifadə ən yaxın tərəfdaş ölkələrin ona yaratdığı üstünlüklərdən məhrum olmağa gətirə bilər", - deyə politoloq qeyd edib.

Georgi KvirikaÅvili ile ilgili görsel sonucu

“Georgi Marqvelaşvilinin, Georgi Kvirikaşvilinin, Gürcüstanın digər rəhbərlərinin Azərbaycana, Türkiyəyə və digər tərəfdaşlara münasibətdə yol verdikləri nankorluqla kişilənmə davranışı iki ucu olan dəyənək təhlükəsi yaradır. Hər halda, zəmin olmayan yerdə riskləri təhrik eləməyə dəyməz. Ehtiyatsız siyasət və ondan törəyən anlaşılmaz təhdidlər elə gözlənilməzliklərə gətirə bilər ki, əsla balaca görünməz. Oturduğun budağı kəsməzdən öncə yüz ölçüb bir biçmək gərəkdir...” - ekspert sonda əlavə edib.

Siyasət şöbəsi,
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU