"BSU-da 3 illik təhsilə görə Dürdanə Əliyevaya 8250 manat verdim" - MƏHKƏMƏ

12:07 17.01.2022 150
"BSU-da 3 illik təhsilə görə Dürdanə Əliyevaya 8250 manat verdim" - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Zamantv.az APA-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda iki nəfər şahid ifadə verib.

Şahid qismində ilk olaraq, Bakı İslam Universitetinin məzunu olmuş, sonradan əlavə təhsil üçün BSU-ya müraciət edən Təranə Ağayeva ifadə verib.

Şahid bildirib ki, 2018-ci ildə təhsildə sosial-psixologiya ixtisasına qəbul olmaq üçün universitetə müraciət edib. Daha sonra Dürdanə Əliyeva ondan təhsil ödənişi üçün 2500 manat pul istəyib: "Dürdanə xanımın otağına daxil olan kimi salam vermədən birbaşa neçə min gətirdiyimi soruşdu. Həmin vaxt bir anlıq çaşıb qaldım ki, dövlət universitetində belə şey olar? Mənə dedi ki, 2500 manat verməlisən, amma elanda 1500 manat yazılmışdı. Razılaşıb ilkin olaraq 1500 manat verdim. Üstündən bir müddət keçəndən sonra mənə zəng edib dedilər ki, sənin diplomunda problem var. Dürdanə Əliyeva mənə dedi ki, Təhsil Nazirliyi sənin diplomunu tanımır. Dedi nazirlikdə tanışım var, 3 min manat ver ona deyim həll etsin. Həmin 3 min manatı da verdim. Bir müddət dərslərdə iştirak etdim".

Şahid ifadəsində 3 illik təhsil müddətində Dürdanə Əliyevaya ümumilikdə 8250 manat pul verdiyini bildirib. Şahid deyib ki, son ödənişi ötən ilin noyabr ayının 8-də təqsirləndirilən şəxsə şəxsən ödəsə də, sonradan öyrənib ki, Dürdanə Əliyeva bir gün əvvəl işdən çıxarılıbmış.

Təqsirləndirilən şəxs şahidin ifadəsinə münasibət bildirərək, deyilənlərin yanlış olduğunu deyib. D.Əliyeva bildirib ki, Təranə Ağayevadan əlavə İslam Universitetinin dörd nəfər məzunu həmin vaxt təhsil alıb, onların heç birində problem olmayıb. O bildirib ki, diplom saxta olsaydı, şahid imtahanlarda iştirak edə bilməzdi.

Daha sonra şahid qismində Zərdab rayon sakini Elnur İmamzadə ifadə verib. Şahid bildirib ki, 2020-ci ildə nişanlı olduğu Elnurə Abdullayevanın əlavə təhsil almaq istəməsi ilə bağlı Bakı Slavyan Universitetinə müraciət edib. Universitetdə işləyən tanışları Fərrux adlı müəllim əlavə təhsil üçün 1600 manat pul verməli olduqlarını deyib: "1600 manatı verdik. Sonradan nə isə problem oldu, Fərrux müəllim 1600 manatı geri qaytardı. İş də alınmadı”.

Prosesdə şahidin hazırkı ifadəsi ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğu üçün əvvəlki ifadəsi elan olunub. Şahid əvvəlki ifadəsində Dürdanə Əliyeva ilə görüşdüyünü və nağd şəkildə 1600 manat pul verdiyini deyib.

Proses yanvarın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ