“Diplomatik turizmi davam etdirə bilərlər, amma...” - REAKSİYA

20:48 14.01.2022 21
“Diplomatik turizmi davam etdirə bilərlər, amma...” - REAKSİYA
Zamantv.az : xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısının jurnalistlərin suallarını cavablandırarkən toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti olub:

“Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik.Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər”.

İkinci Qarabağ müharibəsindən əvvəl və sonra ATƏT-in Minsk Qrupunun münaqişənin həllindəki “parlaq” fəaliyyəti hər kəsə bəllidir. Maraqlıdır, bu qurum öz fəaliyyətini hazırda hansı istiqamətdə davam etdirə bilər? DİA.AZ-ın məlumatına görə, millət vəkili Asim Mollazadə də “Sherg.az”a bildirib ki, ATƏT-in Minsk Qrupu bundan sonrakı mərhələdə öz diplomatik turizmini davam etdirə bilər:

“Qarşıdakı illərdə onlar müxtəlif dünya ölkələrinin paytaxtlarında müzakirələr keçirib öz təkliflərini hazırlaya bilərlər. Qurumun təqribən növbəti 50,100 il müddətində yeni təkliflər üzərində çalışmaq imkanları var”.
A.Mollazadəyə görə, bundan sonra qurum tərəfindən humanitar sahədə eləcə də tərəflərdə bir-birinə qarşı inam hissinin artırılması istiqamətində müvafiq tədbirlər görülə bilər:

“Bu tədbirlər də beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməlidir”.

Millət vəkili 30 illik yubileyi olan bir qurumun indiyə qədər heç bir şeyi ciddi şəkildə həyata keçirmədiyini diqqətə çatdırıb və quruma bir sıra məsləhətlər verib:

“Onların turist maşınları hər zaman Avropanın ən gözəl paytaxtlarını əhatə edib.Qarşıdakı illərdə öz coğrafiyalarını genişləndirsələr, yəni, bu görüşləri Asiya, Afrika, Latın Amerikası təbiəti ilə tanış olmaq üçün təşkil etsələr daha effektiv nəticə verər. Çünki təbii olaraq mən də bir çoxları kimi ATƏT-in Minsk Qrupununun bundan sonrakı fəaliyyətindən hər hansısa bir ciddi addım gözləmirəm”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:34

"Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..." - Ekspert danışır

22:30

Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar

22:14

Mehdiyevin kürəkəni tərəfindən təzyiq göstərilən Ülkər Kərimova intihara cəhd etdi - TƏFƏRRÜAT

22:08

Oğluna restoran tikdirmək istəyən baş həkim necə aldadılıb? - MƏHKƏMƏ İŞİ

22:05

Xəstə çox, dərman baha: Azərbaycanda sağalmaq niyə günbəgün çətinləşir? - HƏQİQƏTƏN DƏ...

22:01

Arvadını qətlə yetirən şəxs məhkəmədə feministləri günahlandırıb - TƏFƏRRÜAT

20:58

“KİMLƏRSƏ “QARA BAZARA” PAS ÖTÜRÜR” – “Dövlətin iqtisadi qüdrətini sarsıdırlar”

20:44

Ətin bahalaşmasına təsir edən AMİLLƏR: - "Yeni sistemə keçid baş verməsə,.."

20:14

Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

20:12

DTX-dan yeni əməliyyat - Həbs olunanlar var

20:08

Paşinyandan hiyləgər gediş: - “Ermənilərlə güc dilində danışmalıyıq”

20:03

Hər zaman əlimiz tətikdə olmalıdır... - Başqa yolu YOXDUR!

15:42

'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ

15:39

Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub - DETALLAR

13:57

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

13:03

Yanvarın sonuna Omikron sunamisi gözlənilir – Güclü dalğa xəbərdarlığı

12:41

“Əgər kolbasa və sosiska ətdən hazırlanırsa, niyə ucuz qiymətə satılır?” - Ekspert danışır

12:31

Yağıntılı hava nə vaxta qədər davam edəcək?

12:24

Azərbaycanda təhsil ocağında daha bir zorakılıq: Şagird döyüldüyü üçün dərsə getmir

12:10

“Bakının mərkəzi rayonunun yaradılmasına güclü müqavimət var” - Elbay Qasımzadə

12:07

"BSU-da 3 illik təhsilə görə Dürdanə Əliyevaya 8250 manat verdim" - MƏHKƏMƏ

12:04

“Ermənistan konstitusiyasından “soyqırım”la bağlı istinadlar çıxarılacaq, gerbdə isə Ağrı dağı olmayacaq” - Şarmazanov

11:58

Niyazi Bayramov Gəncədə dövləti belə talayır - İdman Sarayının tikintisi adı ilə...

11:35

“Uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur”

11:31

Bakıda 48 yaşlı şəxs tanışını qətlə yetirib

11:23

İrəvanın yeni hədəfi: Azərbaycan sərhəddə mövqeləri gücləndirməlidir - Başqa yolu YOXDUR!

11:16

Gənc müəllim vəfat etdi

10:46

Baş həkim işdən çıxarıldı - FOTO

10:43

Bütün sahələrdə şəffaflıq əsas məqsədlərdəndir

13:51

"Mənə təkidlə “sığorta yalnız xaricdə keçərlidir” dedilər" - “Atəşgah Sığorta”dan HOQQABAZLIQ.

13:09

“Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir” - Raquf Orucovun xanımı

12:47

"Ermənistanda Baş nazir azərbaycanlı olsun" - Aloyandan TƏKLİF

12:37

“Ödəniş etmişik, amma mənzillər verilmir” - AAAF sakinləri NARAZILIQ EDİR

12:28

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb