Erməni təxribatlarının izi ilə: bu, sülhdən yayınmağa cəhddir - FAKT BUDUR!

11:15 13.01.2022 26
Erməni təxribatlarının izi ilə: bu, sülhdən yayınmağa cəhddir - FAKT BUDUR!
Zamantv.az Ermənistan silahlı qüvvələri bir neçə gündür ki, Azərbaycanla sərhəddə təxribatlar törətməkdədir. Yanvarın 11-də düşmənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz Ayaz Nəzərov şəhid olub. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Nazirlikdən vurğulanıb ki, baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Nazirliyin digər məlumatında qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub. Bildirilib ki, Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır: “Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb. Hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

“Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur”, - deyə nazirliyin məlumatında vurğulanıb.

Düşmənin təxribatlarının sayını artırması, İrəvanın bununla hansı mesajları verdiyini analitiklər müxtəlif səbəblərlə izah edirlər. Bildirilir ki, Ermənistan növbəti dəfə üçtərəfli bəyanatların icrasına, sərhədin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı əldə olunan ilkin razılaşmaları pozmağa cəhd göstərir.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin üzvü, deputat Elşad Mirbəşir AYNA-ya bildirib ki, Ermənistanın indiki halda sərhəd ərazidə gərginliyi artırması, təxribatlar törətməsi təəccüblü deyil: "Birincisi, Ermənistan mahiyyət etibarilə təxribatçı və terrorçu dövlətdir. Bütün dünya bilir ki, Cənubi Qafqaz regionunda təhlükəsizliyə, sülhə təhdid yaradan məhz Ermənistandır. Bu dövlət təxribatları ilə bölgədə sabitliyin olmasında maraqlı olmadığını nümayiş etdirir. İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli bəyanatlar imzalanıb ki, bunun şərtlərinə əməl olunması yekunda sülh sazişinin imzalanmasını şərtləndirməlidir. Ermənistan isə təxribatlarını davam etdirməklə göstərir ki, bəyanatların şərtlərinə əməl etməkdən yayınır. Bununla rəsmi İrəvan yekun sülh sazişinin imzalanması prosesini ləngitmək niyyəti güdür".

"Məlumdur ki, Qərbin bəlli dairələri münaqişə vəziyyətindən istifadə edərək Cənubi Qafqazda öz maraqlarını təmin edirdilər. Ermənistan da təxribatlar törədərək münaqişə vəziyyətinin qaldığı, münaqişənin bitmədiyi təəssüratını yaratmağa çalışır. Xüsusilə, Fransa və ABŞ artıq mövcud olmayan münaqişənin tənzimlənməsinin ATƏT-in Minsk Qrupu formatında davam etdirilməsi çağırışları ilə çıxış edirdilər. Düşünürəm ki, Ermənistanın addımları da bu istiqamətdə müzakirələrin yenidən başlamasına nail olmağa hesablanıb", - deyə millət vəkili söyləyib.

Deputat vurğulayıb ki, Azərbaycan təhlükəsizliyini təmin etmək istiqamətində bütün addımları atır, xəbərdarlıqlarını edir: "BMT nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq, dünya dövlətləri fərdi və ya kollektiv şəkildə təhlükəsizliyini təmin etmək hüquqlarına malikdirlər. Azərbaycan dövlət sərhədində təxribatlar törədən düşmən tərəfini susdurur".

"Təxribatlar ermənilərin yaşadığı Azərbaycan ərazilərində həyata keçirilərsə, ölkəmiz öz torpaqlarında antiterror əməliyyatları həyata keçirmək hüququna malikdir. Bununla bərabər, siyasi təxribatlara da layiqli cavab veriləcək. Bu gün Ermənistan artıq vəziyyəti dəyişəcək addımlar atmaq iqtidarında deyil. Törətdiyi təxribatların nəticəsinin ermənilər üçün necə ağrılı ola biləcəyini Vətən müharibəsində onlar yaxşı gördülər. Hesab edirəm ki, İrəvan bu təxribatlara son qoymalı, sülhə yaxınlaşmalıdır. Əks təqdirdə, vəziyyət onlar üçün ürəkaçan olmayacaq", - deyə deputat fikrini tamamlayıb.

Politoloq Fikrət Sadıqov da AYNA-ya deyib ki, Ermənistan sərhəddə törətdiyi təxribatlarla əldə olunan razılaşmaların icrasından imtina edir, dolayısı ilə sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışır: "Razılaşmalara qarant olan Rusiyadır ki, hesab edirəm, Moskva İrəvana təxribatlarla bağlı xəbərdarlıq etməlidir. Və belə təxribatların qarşısı alınmalıdır".

"Azərbaycan Ordusu hər bir təxribata adekvat addımlar atır, atmaq iqtidarındadır və atacaq. Əgər Ermənistan bölgədə sülhün bərqərar olmasının tərəfdarıdırsa, üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsini gecikdirməməlidir. Lakin görünür ki, Ermənistan yekun sülh müqaviləsini imzalamağa hazır deyil. Ermənistanın daxili-siyasi vəziyyəti Baş nazir Nikol Paşinyanı vurnuxdurur. Paşinyan çalışır ki, daxildəki və xaricdəki bir sıra qüvvələrin maraqlarına uyğun addımlar atsın. Amma Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh müqaviləsi bağlanmalıdır. Bu, əslində Ermənistan üçün daha çox vacibdir. Bölgədə sülhün yaranmasını istəyən qüvvələr Ermənistana xəbərdarlıq etməlidirlər ki, təxribatlara son qoysun, adam kimi siyasət aparsın", - analitik dikrini yekunlaşdırıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:34

"Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..." - Ekspert danışır

22:30

Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar

22:14

Mehdiyevin kürəkəni tərəfindən təzyiq göstərilən Ülkər Kərimova intihara cəhd etdi - TƏFƏRRÜAT

22:08

Oğluna restoran tikdirmək istəyən baş həkim necə aldadılıb? - MƏHKƏMƏ İŞİ

22:05

Xəstə çox, dərman baha: Azərbaycanda sağalmaq niyə günbəgün çətinləşir? - HƏQİQƏTƏN DƏ...

22:01

Arvadını qətlə yetirən şəxs məhkəmədə feministləri günahlandırıb - TƏFƏRRÜAT

20:58

“KİMLƏRSƏ “QARA BAZARA” PAS ÖTÜRÜR” – “Dövlətin iqtisadi qüdrətini sarsıdırlar”

20:44

Ətin bahalaşmasına təsir edən AMİLLƏR: - "Yeni sistemə keçid baş verməsə,.."

20:14

Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

20:12

DTX-dan yeni əməliyyat - Həbs olunanlar var

20:08

Paşinyandan hiyləgər gediş: - “Ermənilərlə güc dilində danışmalıyıq”

20:03

Hər zaman əlimiz tətikdə olmalıdır... - Başqa yolu YOXDUR!

15:42

'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ

15:39

Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub - DETALLAR

13:57

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

13:03

Yanvarın sonuna Omikron sunamisi gözlənilir – Güclü dalğa xəbərdarlığı

12:41

“Əgər kolbasa və sosiska ətdən hazırlanırsa, niyə ucuz qiymətə satılır?” - Ekspert danışır

12:31

Yağıntılı hava nə vaxta qədər davam edəcək?

12:24

Azərbaycanda təhsil ocağında daha bir zorakılıq: Şagird döyüldüyü üçün dərsə getmir

12:10

“Bakının mərkəzi rayonunun yaradılmasına güclü müqavimət var” - Elbay Qasımzadə

12:07

"BSU-da 3 illik təhsilə görə Dürdanə Əliyevaya 8250 manat verdim" - MƏHKƏMƏ

12:04

“Ermənistan konstitusiyasından “soyqırım”la bağlı istinadlar çıxarılacaq, gerbdə isə Ağrı dağı olmayacaq” - Şarmazanov

11:58

Niyazi Bayramov Gəncədə dövləti belə talayır - İdman Sarayının tikintisi adı ilə...

11:35

“Uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur”

11:31

Bakıda 48 yaşlı şəxs tanışını qətlə yetirib

11:23

İrəvanın yeni hədəfi: Azərbaycan sərhəddə mövqeləri gücləndirməlidir - Başqa yolu YOXDUR!

11:16

Gənc müəllim vəfat etdi

10:46

Baş həkim işdən çıxarıldı - FOTO

10:43

Bütün sahələrdə şəffaflıq əsas məqsədlərdəndir

13:51

"Mənə təkidlə “sığorta yalnız xaricdə keçərlidir” dedilər" - “Atəşgah Sığorta”dan HOQQABAZLIQ.

13:09

“Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir” - Raquf Orucovun xanımı

12:47

"Ermənistanda Baş nazir azərbaycanlı olsun" - Aloyandan TƏKLİF

12:37

“Ödəniş etmişik, amma mənzillər verilmir” - AAAF sakinləri NARAZILIQ EDİR

12:28

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb